Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                 

İşdən xəbəri olmayanlar İŞ BAŞINDA... - NARAZILIQ VAR...
Tarix: 7-12-2023, 10:05 | Çap et
İşdən xəbəri olmayanlar İŞ BAŞINDA...
Hələ iki il öncə saytımızda hamının “Moskva Univermağı” kimi tanıdığı “Moskva” Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QTSC) fəaliyyətində bir sıra qanunsuzluqlar, o cümlədən külli miqdarda vergidən yayınma halları barədə redaksiyamıza daxil olmuş məlumatlar əsasında “Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur” başlıqlı məqalə dərc olunmuşdu.
O vaxt Univermaqda adlarının hallanmasını istəməyən ticarətlə məşğul olan şəxslərin sözlərinə görə, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət binanın həyətyanı mağaza və ofislərlə birgə icarəyə verilən 11000 m2 (o cümlədən təmiz qızıl satışı altına icarəyə verilən 3600 kv2) sahəsində piştaxtalar heç bir normativlə uzlaşdırılmadan sahəsinə görə kvadrat-metrlə deyil, uzunluğuna görə metrlə icarəyə verilir ki, bu da ticarətçiləri asan aldatmaq üçündür. Piştaxtanın hər metrinə görə icarəçidən 1000 manat nağd pul alınır, hərçənd, həmin pulun icarə haqqı kimi 200-250 manatı mədaxil edilərək mühasibatlıqda rəsmiləşdirilirdi. Məlumatda qeyd olunurdu ki, 2000-2500 nəfərin işlədiyi Moskva univermağında cəmi 200 nəfərə yaxın vergi ödəyicisi var və onların da ödədikləri vergi haqqları ödəməli olduqları pulun heç beşdə birini də eləmir.
Qeyd olunurdu ki, qızıl sektorunda istehlakçılar aldadılır, məmulatların tərkibi yoxlamadan keçmədən satışa çıxarılır, bütün problar hamısı saxta yolla elə univermağın içində sexlərdə plomblanır.
Redaksiya olaraq öz növbəmizdə xatırlatmışdıq ki, “Moskva” univermağında əvvəllər qarətlər və yanğınlar baş verib və həmişə də malları oğurlanan və yanan ticarətçilər köməksiz duruma düşüb, sığorta pulunu ala bilməyiblər. Zərərçəkən mal yiyələrinin haqlı tələbləri KİV-ə çıxıb, lakin etirazlarına məhəl qoyan olmayıb.
Ticarətçilərin yanğın təhlükəsizliyinin etibarlı təmin olunmaması ilə bağlı narahatlıqlarını 14.07.2023-cü il tarixli 118 saylı məktubumuzla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə çatdırmışdıq. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktubumuza yalnız 4 ay sonra - 8.11.2023-cü il tarixdə cavab vermişdir: “Qaldırılan məsələ ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi – 5 ünvanda “Moskva Ticarət Mərkəzi” QSC-ya məxsus ticarət mərkəzinin fasad hissəsində quraşdırılmış üzlük materiallarının odadavamlılığının müəyyən ediulməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. Agentliyin rəis müavini Zenfira Rzayeva imza atdığı cavab məktubunda izah etməmişdir ki, nəyə görə araşdırmaya 4 ay qabaq deyil, məhz indi başlanılıb.
Noyabrın 23-də “Dərnəgül” bazarında baş vermiş yanğın və onu müşayiət edən mənfi assosiasiyalar “Moskva” Univermağında ticarətlə məşğul olan şəxslərin də əndişəsini artırmışdır. Bu günlərdə onlar redaksiyamıza məktubla müraciət etmişlər. Məktubu təqdim edirik:
“Kollektiv arasında səngimək bilməyən söhbətlər onu bizə yazmağa əsas verir ki, hal-hazırki icraçı direktor Əhməd “müəllim” hətta orta məktəbi belə qurtarmayıb, onun əhatə dairəsində olan buyruq qullarından elektrik montyoru Mübariz isə orta və ya natamam orta təhsillidir, univermağın elektrik avadanlıqlarının gücünü və güc vahidini yalnız pulla ölçə bilən bir kadrdır. Təsərrüfat müdiri Mübariz Məmmədovun isə ali təhsilli qazçıxarma mühəndisi diplomu olsa da, deyilənlərə görə adı və soyadını düzgün yaza bilmir. Yanğından mühafizə müfəttişi Şaiq Niftalıyev isə FHN-i sistemindən xəstəliyi ilə əlaqədar tez-tələsik işdən pensiyaya çıxarılmış və buraya hansısa başqa “yüksək keyfiyyətinə” görə işə düzəldilmiş, hal-hazırda ticarət mərkəzində özünə dəllallıqla biznes qurmuşdur. Belə ki, hətta istismar müddətinin vaxtı keçməmiş yanğın söndürmə balonlarını biz icarəçilərə hər bir balonu ürəyi istəyən qiymətə (65-68 manata) satır. Biz onun qiymətinin şişirdildiyini irad tutduqda, “damarınıza baxıb qanınızı alıram” deyir. Faktiki olaraq, yanğından mühafizə qurğuları və avadanlıqları baxımsız vəziyyətə düşərək istismara yararsız və bərbaddır. Hər-hansı yanğın və fövqəlvəziyyət hadisələri baş verərsə, “Moskva” TM QSC-nin taleyini “Diqlas” TM-nin, “Euro HOME” TM-nin və “Dərnəgül” ticarət bazarının aqibəti gözləyir. Hətta indi onların hərəkətlərindən görürük ki, həmin bu üçlükdə polis sistemindən yaşına və boyuna görə tərxis olunmuş Mais Piriyev də var ki, biz bütün olan-olmazımızı gecə-gündüz bu dəllallara etibar edirik. Bu yaxınlarda “Dərnəgül” bazarında baş vermiş yanğına bənzər bir şey olarsa, onların hamısı Bakıdan belə yoxa çıxacaqlar.
İndi siz özünüz deyin, bizim hörmətli nazirlər, cənab Mikayıl Cabbarov, cənab Vilayət Eyvazov, cənab Kəmaləddin Heydərov, cənab Samir Şərifov, olan-olmaz sərvətimizi qızıl-zinət əşyalarına çevirib, satışdan gələn gəlirdən gəlir vergisi ödəyərək ailə-uşaqlarımızı saxlayırıq, bəs bu kimi adamlara 2000-3000 nəfərlik kollektivi hüquqi şəxs qismində təmsil edən Əhməd “müəllimə” və yanındakı qullara necə etibar etmək olar? Hətta bir həftə olar deyirlər ki, ticarət mərkəzinin axşamlar bağlanıb “mühafizə polisinə” təhvil verilməsini də Əhməd “müəllim” üçlüyü canla-başla yerinə yetirir - hansı əsasnamə, nizamnamə, əmrlərlə və görəsən nə vaxta qədər? Hətta icarəçilər arasında bunların hərəkətləri məzhəkəyə çevrilib ki, bunlara ata-anaları heç 3 baş qoyun da etibar etməzlər ki, onlar otarsın!
Bax beləcə! Hörmətli nazirlər və aidiyyəti olan yoldaşlar, bütün ümidimiz sizlərədir. Sizlərdən imdad diləyirik.
Vaxtilə ulu öndərin 1973-1978-ci illərdə inşa etdirib 1978-ci ildə özü açılışını etdiyi Bakı şəhərinin arxitektura tikintisi “Moskva” Univermağı sizlərdən imdad diləyir”.

Müəllif: İbrahim Hümbətov - Mənbə: azerinfo.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru