Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                 

Talıbovun əsas məmurları “vitrində”… - Səbuhi Məmmədovun “Arkoz” sevgisi nədən qaynaqlanır?
Tarix: 25-12-2023, 09:27 | Çap et
Talıbovun əsas məmurları “vitrində”…
Vasif Talıbovun vəzifəsilə vidalaşmasından bir ildən artıq vaxt ötüb. Bəs bu müddət ərzində Naxçıvanda fundamental dəyişiklik olubmu? Əslində, bir ilə bunu gözləmək də məntiqsiz olardı. Cünki illərdən bəri yığışıb qalan problemlərin cəmi bir il ərzində həlli mümkün deyildi. Ancaq sadə naxçıvanlılar hesab edir ki, heç olmasa tikinti sektorunu canlandırmaqla iş yerlərinin açılmasına nail olmaq mümkün idi. Etiraf edək ki, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra, əhalinin daha çox çalışdığı sahələrdən olan tikinti sektorunda sükunət hökm sürür. Əvvəl bu vəziyyəti biz də başqaları kimi yeni komandanın səriştəsizliyi kimi qəbul edirdik. Ancaq son günlər ərzində önümüzdə canlanan mənzərə, təqdim olunan faktlar mövzuya olan münasibətimizə bir qədər korrektələr etmiş oldu. Sən demə, tikinti sahəsində hökm sürən sükutun çox dərin və obyektiv səbəbləri varmış. Bir neçə gündür ki, Naxçıvanda tikinti sektorda baş vermiş özbaşınalıqlarla bağlı çeşidli məlumatlar tirajlanır. Həmin materiallarla tanış olduqda bəlli olur ki, demə, Vasif Talıbov dönəmində icra edilən böyük tikinti layihələrinin əksəriyyətinin nəinki normal sənədləri, heç layihəsi və smetası belə olmayıb. Bütün bu işləri görən şirkət isə talıbovlarla , türk əsilli iş adamı – Emin Uçalın şərik işlətdikləri “Gəmiqaya” , sonra isə ondan törəyən “Arkoz” olub. Naxçıvandakı yeni rəhbərlik “Arkoz”un gördüyü işləri təhvil götürəndə dəhşətli mənzərə ilə üzləşib. Görüblər ki, hətta Prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi strateji tikililər qısa müddət ərzində dağılıb, ciddi aşınmaya məruz qalıb. Məlum olub ki, tikintilərdə keyfiyyətsiz materiallardan istifadə edilib. “Arkoz”dan etdikləri nöqsanları aradan qaldırmaq tələb olunanda isə, onlar bunu tələb edənlərin üzərinə media preysinqi ilə cavab veriblər. Etiraf edək ki, “Arkoz”un mövqeyini ifadə edən yazıları biz də digər KİV-lərə istinadən saytımızda vermişik və istəyənlər axtarış verib, onlarla tanış ola bilər. Bunu ona görə xatırladırıq ki, kimsə bizi birtərəfli olmaqda ittiham etməsin. Təsəvvürümüz nə vaxt dəyişdi? “Arkoz”un ittihamlarına tuş gələn və oradakı layihələrin konsaltinqini həyata keçirən şirkət Naxçıvana bir media tur təşkil etdi. Həmin media turda iştirak edənlərdən biri də, hörmətli həmkarımız Heydər Oğuz oldu. Məhz Heydər Oğuzun konkret faktlara əsaslanan silsilə reportajlarından sonra belə qənaətə gəldik ki, əslində, “Arkoz” – un qaldırdığı bu səs-küy məsuliyyətdən yayınmaq üçün imiş.
Məhz bunları tam dərk edəndən sonra, “Naxçıvanın tikinti sektorunda kompromat savaşı” adlı bir videomateral hazırladıq. Bundan sonra, bilirsinizmi, “Arkoz”la bağlı nə qədər şikayət aldıq? Məsələn, Quliyev Malik İbrahim oğlu bizimlə əlaqə saxlayaraq bildirdi ki, o, “Naxçıvançay İstirahət Mərkəzinin” tikintisində podratçı kimi 201 min manatlıq iş görüb, ancaq “Arkoz” onun vəsaitini ödəmək istəmir. Hazırda bu işin məhkəmə müstəvisində araşdırıldığı bildirildi. Sözügedən iş adamı “Arkoz”un bu özbaşınalığı ilə bağlı bizə geniş videomüsahibə də verməyə hazır olduğunu bildirdi. “Arkoz”la bağlı edilən çoxsaylı şikayətlərdən sonra həmin şirkətin

Naxçıvandakı “vitrinini” araşdırdıq. Rəhbərlik və əsas söz sahiblərinin köhnə Vasif Talıbov komandasının məmur təmsilçilərindən təşkil edildiyinin şahidi olduq. Məsələn, onlardan birinin adını qeyd edək: Asəf Məmmədov. Bu adam Talıbov hakimiyyəti dönəmində Tikinti Komitəsinin sədri, sonra isə Baş nazir Səbuhi Məmmədovun müavini işləyib. Demək olar ki, tikintiyə görə əsas məsuliyyət daşıyan adam olub. Sonra Vasif Talıbov bu adamı əməlli başlı “sıxıb suyunu” çıxardı. Həmin vaxt mediada Asəf Məmmədovun özünü asdığına dair məlumat yayıldı. Bu adam qorxusundan ölü yox, diri olduğunu belə çıxıb mediaya deməyə cəsarət etmirdi. Özü ilə danışıb, dəqiqləşdirəndən sonra onun ölməyib, diri olduğunu ilk olaraq biz yaydıq. Bu adamın Bakıda dəyəri milyonlarla ölçülən mülkləri var. Məsələn, Yasamal ərazisindəki “Tri korona” deyilən binanın birinci mərtəbəsində “Araz” marketə icarəyə verilən iri həcmli “obyektin” də sahibinin bu şəxs olduğu bildirilir. Asəf Məmmədovun elə həmin binada bir neçə mənzili də var. Onun Novxanıda bahalı villaları, “Həsənoğlu” şirkətinin inşa etdirdiyi binalarda bir neçə bahalı mənzilinin olduğu da dəqiqdir. Aydındır ki, Asəf Məmmədov bu varidata halal yollarla sahib olmayıb. Bəs onda niyə ona “gözün üstə qaşın var” deyən yoxdur? Bəyəm, “Arkoz”un çətiri altında olmaq ona toxunulmazlıq qazandırır? Kimdir bu adamı himayə edən ki, o, bir vaxtlar məmur kimi etdiyi qanunsuzluqları indi də “Arkoz”da davam etdirir?

“Arkoz”un Naxçıvanda əsas işgörənlərindən biri də Elçin Qəhrəmanov adlı şəxsdir. Bu adam da əvvəl Tikinti Komitəsinin sədri olub. Onun Hümbət adlı oğlu Seymur Talıbovla bacanaqdır. Hümbət Qəhrəmanov “Badamlı”, “Bahar karqo”nun əsas idarəçilərindən olub. Həm Asəf Məmmədovun, həm də Elçin Qəhrəmanovun korrupsioner keçmişlərinə baxmayaraq, burunlarının belə “qanamaması” bir sıra suallar doğurur: bacanağının atasını Seymur Talıbov himayə edirsə, bəs, Asəf Məmmədovun bu toxunulmazlığını kim təmin edir?
Maraqlıdır ki, bu adamların hər biri hazırda Naxçıvanın Baş naziri olan Səbuhi Məmmədova yaxınlıqları ilə seçilirlər. Hətta belə məlumatlar var ki, “Arkoz”un mövqeyini ifadə edən və Naxçıvanda gedən bəzi prosesləri dəqiq özündə əks etdirən bəzi məlumatları da mediaya məhz bu qrup tərəfindən sızdırılır. Biz bir dəfə bu mövzuya detallı toxunmuşuq. Əslində, Vasif Talıbov dönəminin əsas məsuliyyətini daşımalı olan şəxslərdən biri də məhz Baş nazir Səbuhi Məmmədov olmalıydı. Çünki onun tutduğu vəzifə bunu deməyə əsas verir. Biz isə Səbuhi Məmmədovun nəinki məsuliyyət daşıdığını, əksinə, öz mövqeyini qorumağı bacardığını, hətta yeri gələndə müəyyən işləri sabotaj edə bildiyinin də şahidi oluruq. Çox maraqlıdır ki, Vasif Talıbovun mövqeyi laxlayan vaxt, onun özünü və komandasını “yıxıb sürüyən” media Səbuhi Məmmədov və onun kurasiyasında olan vəzifəli şəxslərin üzərindən sükutla keçməli oldu. Bu faktın özü, çox mətləblərə aydınlıq gətirmiş olmurmu?

Deməli, belə çıxır ki, Naxçıvanın Baş nazirinin hazırkı mövqeyi MR-dəki strateji obyektləri zay vəziyyətə salan “Arkoz”dan şəffaflığın təmin olunmasını tələb edənlərlə deyil, Emil Uçar və onun ətrafında olan sabiq məmurlarla daha çox uzlaşır! Görəsən niyə?..

Azinforum.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru