Nizami rayonunun növbəti icra başçısı kim ola bilər? - Versiyalar...
Tarix: 14-08-2015, 10:41 | Çap et
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərancama əsasən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən azad edilərək Dövlət Statistika Komitəsinin sədri təyin olundu. Çoxları üçün gözlənilməz olan bu təyinat ətrafında ciddi ictimai müzakirələr aparılmaqdadır. Əsasən də, sual doğuran məsələ Tahir Budaqovun yerinə yeni kadrın təyin olunmaması ilə bağlıdır. Adətən rayon icra başçılarının yerdəyişməsi rotasiya qaydasında baş tutduğundan, Tahir Budaqovun karyera nərdivanında irəliləyərək öz yerini boş buraxması Nizami rayonuna diqqəti bir qədər də artırıb. İndi hamının bir sual düşündürür – Tahir Budaqovun yerini kim tutacaq?
Qeyd edək ki, Nizami rayonu Bakının ən strateji rayonlarından biri sayılır. Həmin rayonun qeyri-formal olaraq ARDNŞ-ın şefi Rövnəq Abdullayevin kurasiyasında olduğu bildirilir və icra başçısı təyinatında onun rəyinə ciddi önəm verilir. Rövnəq Abdullayevin məhz Nizami rayonundan millət vəkili seçilməsi, Tahir Budaqov və ondan əvvəlki icra başçısı Mehbalı Əliyevin əslən Naxçıvandan olmaları və ARDNŞ şefi ilə yaxınlıqları bu təxminləri inandırıcı edir. Nizami rayonunda icra başçısı olmağa can atanların kimliyilə bağlı məlumatlı mənbə Azinforum.az-a aşağıdakıları danışıb:“Hazırda Rövnəq Abdullayevə yaxınlığı ilə seçilən 3 şəxs həmin posta iddialıdır. Onların hamısı əslən Naxçıvan MR-dəndirlər və Rövnəq Abdullayevə yaxınlıqları ilə seçilirlər. İddialı şəxslərin ikisi hazırda icra başçısı postunu tutur. Digəri bir nəfər isə biznesmendi. Həmin biznesmenin Nizami rayon ərazisində Rövnəq Abdullayevlə şərik bəzi iri ticarət obyektləri var. Ancaq sözügedən biznesmenin dövlət idarəçiliyində təcrübəsinin olmaması onun namizədliyini arxa plana keçirmiş olur. Baxmayaraq ki, kommersant həmin vəzifəyə doğru iri addımlarla irəliləməkdə maraqlıdır”.
Mənbənin dediyinə görə, vəzifəyə ən real sayılan namizədlər isə, hazırda icra başçısı postunu tutan şəxslərdi: “Onların Nizami ilə müqayisədə nisbətən kiçik rayonlara rəhbərlik etmələri vakant qalan başçı kreslosuna maraqlarını cəlb etməsinə təbii baxmaq olar. Adı hallananlardan biri, Bakının 12-ci rayonu kimi yaradılan Pirallahının icra başçısı- Vasif Həsən oğlu İmanovdur. Digəri isə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğludur. Hazırda əsas rəqabət bu iki namizədin arasında gedir”. Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. O, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub. Vasif İmanov 2001-ci ilin sentyabrında Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif edilib. Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olun. Bu rayonun inzibati ərazisində ümumilikdə 18.000 əhalinin yaşadığı bildirilir. Yeri gəlmişkən, xatırlayırsızsa, rayonun yaradılması ilə bağlı hələ Milli Məclisdə müzakirələr gedərkən, deputatlar arasında fikir ayrılığına səbəb olmuşdu. Məsələn, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev iddia edirdi ki, bu tipli icra strukturların yaradılması xalqı yükləmək və məmurları çoxaltmaqdır: “Məmurları azaltmaq lazımdır. Bunların hamısına büdcədən maaş veriləcək. Bunlar nəyə gərəkdir? Onsuz da bizdə məmurlar gen-boldur. Belə getsə, Azərbaycanda hər kəndə, qəsəbəyə belə status veriləcək. Ölkədə məmur olmayan adamları barmaqla göstərəcəklər”.
Adı namizəd kimi hallanan digər şəxs – Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var. Təbiidir ki, son sözü Prezidentin imzası deyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
• Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00 |
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
|