Beyləqanda şah üsul-idarəsi nə zaman bitəcək... - NARAZILIQ VAR...
Tarix: 11-09-2015, 10:55 | Çap et
Son zamanlar mətbuatın gündəmini zəbt edən şəxslərdən biri də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, onun və tabeliyində çalışan bir sıra yerli məmurların yol verdikləri nöqsanlar artıq rayon sakinlərinin ciddi narazılığına səbəb olduğundan əhali onları narahat edən problemlərlə bağlı yuxarı instansiyalara şikayət xarakterli müraciətlər ünvanlamağa başlayıblar.
Mövzu ilə əlaqədar əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, dövlət büdcəsindən Beyləqan rayonuna ayrılan subsidiyalar lazımi ünvana çatmır. Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, bir müddət öncə istifadəyə verilən Beyləqan şəhər stadionu ətrafında yaranan qalmaqal Vaqif Abdullayevə ciddi problem yarada bilər: "Deyilənlərə görə, icra başçısı stadionda təmir-bərpa işləri görən şirkətin pulunu ödəməkdən imtina edir. Belə ki, ötən ilin fevral ayında Vaqif Abdullayev İSPİK şirkətinin rəhbəri Qabil Mustafayevi qəbul edib və stadionun bərpa işlərini onlara təklif edib. Beləcə, şirkət 2014-cü ilin aprel ayında bərpa işlərinə başladı. Şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Lakin nədənsə tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-ün aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Deyilənlərə görə, İSPİK şirkətinin rəhbərliyi artıq üzləşdikləri problemlə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də digər müvafiq qurumlara müraciət edib. Bu isə sonda Vaqif Abdullayevin ciddi şəkildə cəzalandırılması ilə nəticələnə bilər".
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Vaqif Abdullayev rəhbərlik etdiyi rayonun inkişafı üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: "Onun icra başçısı kimi fəaliyyəti beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. 2012-ci ildən indiyə qədər tikinti-abadlıq işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır. Bu sahənin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur. Deyilənlərə görə, Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri hesabına əldə edib. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımi şərait qurub, hətta hərəsinə bir villa da alıb".
Vaqif Abdullayevin həyata keçirdiyi idarəçiliyin bu gün Beyləqanı sağalmaz dərdə saldığını deyən məlumatlı şəxs qeyd edir ki, bu yaxınlarda rayonun Dostluq kəndi B.Sərdarov küç ev-37 ünvanında yaşayan Musa Fərman oğlu Zalov üzləşdiyi problemlə əlaqədar mətbuata müraciət edib. Belə ki, "Bu gün Beyləqanda hər cür qanunsuzluqlar, ədalətsizliklər baş alıb gedir. Baş verənlərlə bağlı səlahiyyətli orqanlara silsilə müraciətlər ünvanlasaq da, nədənsə Vaqif Abdullayev barəsində müvafiq ölçü götürən yoxdur" deyən rayon sakininin sözlərinə görə, Dostluq kəndi ərazisində vəziyyət olduqca acınacaqlıdır: "Çünki vaxtilə sovxozun ərazisi olan sahələr, hansı ki, islahat komissiyasının qərarı ilə sadə vətəndaşlara verilən pay torpaqları, icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta dövlət aktları da verilib. Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilib. Hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılıb. Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirib. Bundan başqa, elə ki, ölkə başçısının tapşırığı əsasında nazirlər, komitə sədrləri və digər vəzifə sahibləri bölgələrə gedib əhali ilə görüşürlər, onların problemləri ilə maraqlanırlar, bu zaman bizim istəyimiz gözümüzdə qalır. Çünki 30 may 2015-ci il tarixdə Bərdə şəhərində daxili işlər nazirinin, 24 iyul 2015-ci il tarixdə İmişlidə baş prokurorun qəbuluna getsək də, Beyləqan rayon prokuroru Azər Qasımov, rayon polis şöbəsində müavin vəzifəsini daşıyan İlham Məmmədov və polis şöbəsində vəzifə daşıyan digər şəxslər Vaqif Abdullayevdən aldıqları tapşırıqlar əsasında beyləqanlıları görüşə buraxmadılar". Musa Zalov bildirir ki, "Dosluq" sovxozunun mədəni otlaq adlanan ərazisindən 264 hektarı, Haramı qışlağı vaxtilə soxozun mərkəzi olub, oradan isə 280 hektar ərazi bilərəkdən xəritədən çıxarılıb.: "Belə bir qeyri-qanuni addımlar vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri olmuş Rəfael Pəsiyevin və onun işçisi, eyni zamanda "sağ əli" hesab olunan Tofiq Quliyevin "xidmətləri" sayəsində baş tutub. Sovxozun mədəni otlaq sahəsində 110 hektardan çox sahə sovxozda işləməyən, yaşamayan, sovxozla heç bir əlaqəsi olmayan pullu şəxslərə sənədsiz verilib. Halbuki ölkə başçısı tərəfindən hələ 01 oktyabr 2007-ci il tarixdə fərman verilib ki, dövlət torpaqları vəzifə sahibləri tərəfindən heç cürə zəbt oluna bilməz. Lakin buna baxmayaraq, bu gün Beyləqanda ölkə rəhbərinin verdiyi fərmanı bir kimsə saya salmır. Nəticədə torpaq növbəsində olanlar yox, pulu çox olan adamlar hektarlarla sahələrə sahib olurlar. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri torpaq sahələrində tikinti işləri aparıb sonradan baha qiymətə satırlar. Bu da öz növbəsində kütləvi narazılıqların əmələ gəlməsinə səbəb olur…" Görünən odur ki, Beyləqan rayon sakinləri icra başçısı Vaqif Abdullayevin əməllərindən, yol verilən nöqsanlardan cana doyduqları, həmçinin müvafiq qurumların olub-bitənlərə lazımi reaksiya vermədikləri üçün daha sərt addımlara baş vurmaq niyyətindədir. Əgər bu baş verərsə, o zaman icra başçısı kreslosu ilə vidalaşmalı olacaq… Vertikal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
|