Xaləddin İsgəndərovun dizi necə yerə gətirilir... - O isə qurtulduğunu zənn edirdi...
Tarix: 14-09-2015, 09:10 | Çap et
Mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 16 nəfərin ölümü, 60 sakinin isə ağır yaralanması ilə nəticələn məlum yanğın hadisəsindən sonra köşəsinə çəkilən İcra başçısı Xaləddin İsgəndərov son 4 gündə 2 ayrı-ayrı yerlərdə keçirdiyi iclaslarla yenidən gündəmə gəlib. Həmişəki kimi iclaslara rayonun prokuroru, məhkəmə sədri, polis rəisi və digər icra strukturları rəhbərlərinin müşayiəti ilə qatılan X.İsgəndərov yenə də “unikal” çıxışları ilə yadda qalıb.
İstiqlal.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsində keçirilən iclasda maraqlı anlar yaşanıb. Bildirilir ki, bundan əvvəlki iclaslarda bələdiyyə sədrlərinin şəninə təriflər deyiləndə Xaləddin İsgəndərov kənd sakinlərinin “ağızlarından” vurduğu halda, hazırkı sədr - öz kadrı Aytac Əliyevanın tərifləyənlərə isə “yaşıl işıq” yandırıb. Hətta kənd camaatına üzünü tutaraq “özünüz seçmisiniz, sizin kəndin sakindir” - deyə A.Əliyevaya açıq dəstək nümayiş etdirib. Baxmayaraq ki, Aytac Əliyeva sədri olduğu Binəqədi qəsəbəsində bir gün də olsun yaşamayıb. Xanım sədr bələdiyyə seçkilərinə 1 ay qalmış X.İsgəndərovun tapşırığı ilə qəsəbəyə qeydiyyata düşüb.
Sentyabrın 12-də rayonun təhsil işçiləri ilə keçirilən görüş isə daha “məhsuldar” olub. İclas boyu ancaq 4-5 xanım kadrını tərifləyən X.İsgəndərovun çıxışına tədbirdə iştirak edən Bilik Fondunun sədri Oqtay Səmədovun reaksiyası gözlənilməz olub. O.Səmədov istehza ilə bildirib ki, “sanki 8 mart Qadınlar bayramı ərəfəsində toplaşmışıq”.
Saat 10.00-da iclasa başlayıb 16.00-da bitirən (6 saat) X.İsgəndərov daha çox təhsilə aidiyyatı olmayan çıxışı ilə yadda qalıb. İcra başçısı məktəblə bağlı uşaqlıq xatirələrini danışarkən gənclərə “örnək” olası şagird olduğu illərdən söz açıb. Bildirib ki, o şagird olanda stullara mıx vururmuş ki, oturanların yumşaq yerinə batsın!!!
X.İsgəndərov “kadr islahatlarından” danışmağı da unutmayıb. Bildirib ki, mən X.İsgəndərov bir gündə əmr verib 4 cavan qızı işə götürə bilərəm, amma Sitarə Cabbarlı (Binəqədi bələdiyyəsinin sədri) 4 cavan oğlanı əmr verib hamısını bir gündə işə götürə bilməz...
“Adam yalan danışmaz, vəzifəli şəxs isə heç yalan danışmaz” aforizminin “müəllifliyinə” iddia edən X.İsgəndərov rayon ərazisində aparılan tikintilərdən haqq alınması barədə yayılan söz-söhbətlərin isə quru böhtan olduğunu deyib. Qeyd olunur ki, bu sözlərdən sonra təəccüblə bir-birinə baxan iclas iştirakçılarını X.İsgəndərov təəccübləndirməkdə davam edib: “Mənim işçilərimin evin üstünə şifer vuran sakinlərdən pul aldıqları deyilir, bu ağ yalandır, onlar (yəni işçiləri) kömək üçün evlərin damına çıxıb şiferləri özləri vururlar”.
X.İsgəndərovla bağlı maraqlı xəbərlərdən biri də iclaslarda hər zaman yumruğu ilə masanı “sillələməsidir”. X.İsgəndərovun bu hərəkətinə Prezident Administrasiyasından da reaksiya verilib. Bu barədə başçıya ciddi töhmət elan olunsa da X.İsgəndərov köhnə şakərində əl çəkməyəcəyini, əlini masaya çırparaq sevimli vərdişini tərgitməyəcəyini bəyan edib.
İstiqlal.az-da daxil olan digər məlumata görə, X.İsgəndərovun Binəqədidə gördüyü ən “mühim” iki “yeniliyin” hər iksi artıq tarixin oxunmayan arxivinə göndərilir. Onlardan biri İsgəndərovun yaratdığı süni təpələrdir ki, artıq onlar da yerlə-yeksan edilir. Digəri isə 16 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən “ölüm üzlükləri”dir ki, onlar da Prezidentin göstərişi ilə 1 həftəyə sökülərək Balaxanı zibilliyinə atılıb.
Bu arada Binəqədidə yanan bina ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, binanın üzlənməsi ilə bağlı İcra Hakimiyyətinin tərəf kimi imzaladığı sənədin itdiyini bəhanə edərək istintaqa verməkdən imtina edən X.İsgəndərova Baş prokuror Zakir Qaralovun peşəkar müstəntiqləri əməlli-başlı sürpriz ediblər. Sənədi üzə çıxaran müstəntiqlər Cənab İsgəndərovu çətin vəziyyətdə qoyublar. İstintaqın uzadılmasının səbəbi də elə X.İsgəndərovdan tələb olunan həmin sənədləri “yoxa çıxartması” ilə bağlı olduğu deyilir. Elə məhz bu səbəbə görə də həbs edilmiş şəxslərin istintaq müddəti məhkəmənin qərarı ilə daha 4 ay müddətinə artırılıb. Çünki “ölüm üzlükləri” ilə bağlı iş ölkə prezidentinin nəzarətində olduğundan X.İsgəndərov heç bir iş görə bilmir və artıq dalana dirənib. Təcrübə göstərir ki, Prezident heç vaxt belə yarıtmaz iş görən kadrlarını bağışlamır və istintaqın bu qədər yubanması da elə 16 nəfərin ölümü ilə nəticələnən yanğının tüstüsünün artıq X.İsgəndərova tərəf gəlməsinə işarədir.
Qeyd edək ki, bu il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
|