Daha bir sahibkar ölkəni tərk edib... - "MTN işi"...
Tarix: 1-02-2016, 09:08 | Çap et
Artıq bir neçə gündür mətbuatda "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovla bağlı olduqca ciddi məlumatlar yayılmaqdadır. Həmin məlumatların əsasında isə onun ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovla yaxın olması, onun biznesinin bir hissəsinə şəriklik etməsi və digər məqamlar dayanır.
«Akula Akif»lə Paris görüşü
JAM.AZ xəbər verir ki, Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması çoxdan məlum olan məsələlərdəndir. Bu barədə mövcud olan məlumatlarda vurğulanır ki, «Akula» ölkədə keçirilən milyonluq layihələrin əksəriyyətinin başında durub. Və ona bu işdə Eldar Mahmudov yardımçı olub. Daha doğrusu, şərait yaradıb.
İddia olunur ki, Xəlil Göyüşov ona məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri də məhz "Akula"nın dəstəyi ilə əldə edib. Akif Mustafayevin ölkədən qaçmasından sonra onun izinə düşən Göyüşov qısa müddətdə «Aukla»nı Parisdə tapıb. Ötən ilin sonlarında Fransa paytaxtına səfər edən şirət rəhbəri orada Mustafayevlə görüşüb və onun Bakıdakı şirkətlərini şərikli şəkildə işlətməyə razılıq verib.
Əslində, «Akula» ilə Xəlil Göyüşovun münasibətləri xeyli əvvəldən varmış. Və bunu təsdiq edən əsas amillərdən biri isə 2 il əvvələ təsadüf edir. JAM.AZ-a çatan məlumatlarda vurğulanır ki, Göyüşovun oğlu hərbi qulluğunu MTN-in hərbi hissəsində keçirib və ona bu şəraiti yaradan isə elə Akif Mustafayev olub.
Adı əsgərlikdə, özü isə barlarda
Göyüşovun oğlunun MTN-in hərbi hissədə adı gedib. Özü isə hərbi xidmət dövründə Bakının küçələrində 10 ZZ 040 dövlət nömrə nişanlı maşınla şütüyüb, gecələr də barlardan çıxmayıb. Hətta bir neçə il əvvəl oğul Göyüşovun şəhərin mərkəzində yol hərəkət qaydalarını kobud şəkildə pozduğuna görə, DYP əməkdaşları tərəfindən saxlanıldığı mətbuatda da yer almışdı. Məlum olmuşdu ki, hərbi xidmətdə olduğu halda şəhərdə mülki formada avtomobili darə edən Göyüşovun sənədləri də qaydasında deyil. Lakin Xəlil Göyüşovun işə qarışmasından sonra məsələ həllini tapmışdı.
Hərçənd «Körpü Bina Tikinti» şirkətinin rəhbərinin oğlu indi də köhnə şakərindən əl çəkməyib. Bəzi iddialara görə, o, yenə də şəhərin mərkəzində «avtoşluq» etməkdən çəkinmir, hərəkət qaydalarını pozur, DYP əməkdaşlarının tələblərinə məhəl qoymur.
Eldar Mahmudovla bank bağlılığı
JAM.AZ bildirir ki, Göyüşovların Eldar Mahmudova bağlılıqları təkcə tikinti və digər işlərlə yekunlaşmır. Həmçinin sabiq nazirin əsas maliyyə qaynaqlarından biri olan «Muğan Bank»la da şərikliliyinin olduğu üzə çıxıb. Adı «MTN işi»ndə keçən bankın mərkəz filialının rəhbəri Xəlil Göyüşovun qardaşı, Binəqədinin «sahibi» kimi ad çıxarmış Ramiz Göyüşovun oğlu Rəşad Göyüşovdur.
Göyüşovun Rövşən adlı qardaşının oğlu Urfan isə 2009-cu ildən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindən biridir.
Xəlilovun MTN-dəki adamı kimdir?
Maraqlı məqamlardan biri də odur ki, Eldar Mahmudovla bağlılıq Göyüşovların vəzifə ilə mükafatlandırılmasına da yol açıb. Məsələn, ləğv olunmuş nazirliyin Nizami rayon şöbəsinin rəisi Fariz Göyüşov olub.
Hal hazırda da vəzifəsini icra edən Fariz Göyüşovun yerində qalması üçün bir sıra cəhdlər edildiyi deyilir. İddia olunur ki, yeni yaradılmış DTX-da fəaliyyətini davam etdirməsi üçün Xəlil Göyüşov bir neçə nəfərə minnətçi düşüb.
YAP-ı saya salmayan adam necə YAP-ın yerli təşkilatının sədri oldu?
«Körpü Bina Tikinti» MMC-nin direktoru Xəlil Göyüşovun qardaşı Ramiz Göyüşovun işləri isə həddindən artıq çoxdur. Onun YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsinə gətirilməsi də təsadüfi olmayıb.
JAM.AZ xəbər verir ki, bu işdə E.Mahmudov “zəncirinin” digər başı - “Aztelekom” MMC-nin həbsdə olan Baş direktoru, YAP Nəzarət - Təşftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəstəyi də az olmayıb. M.Məmmədov keçmişı nazirlər - Əli Abbasov və Eldar Mahmudovun tapşırığı ilə R.Göyüşovun rayon təşkilatının sədrliyinə gətirilməsinə YAP-ın Mərkəzi Qərargahında dəstək verib. MTN keçmiş şefi Eldar Mahmudov isə vergilər naziri Fazil Məmmədov vasitəsilə Binəqədinin icra başçısı Xaləddin İsgəndərova təzyiq göstərib. Hətta vurğulanır ki, E.Mahmudov məhz R.Göyüşovun vasitəsilə Binəqədi rayonuna - xüsusən də Fazil Məmmədovun kadrı Xaləddin İsgəndərova nəzarət edirmiş.
Qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının əvvəlki sədri Nəbi Xəlilovu 2013-cü il iyulun 1-də Bakı şəhər Vergilər Departamenti Xidmət İdarəsinin rəis müavini vəzifəsinə “sürgün edən” X.İsgəndərov R.Göyüşov üçün bütün yollarda “yaşıl işıq” yandırıb. R.Göyüşov həmçinin 1997-ci ildə AXCP-dən YAP-a transfer edib. Adı həm Elşad Abdullayev, həm də nurçularla hallanan R.Göyüşovun 1992-ci ildə YAP-a dəvət olunduğu bildirilir: “Həmin çətin ictimai-siyasi vəziyyətdə Mingəçevirdə partiyanın rayon təşkilatının qurulmasında xüsusi xidmətləri olmuş Aydın Mirzəzadə R.Göyüşovu partiyanın qurulmasına dəstək olmağa dəvət edib.
Maraqlı nüans ondan ibarətdir ki, R. Göyüşov həmin vaxt bir çox insanların yanında A.Mirzəzadəyə “Heydər Əliyevin bir ayağı o dünyadadır” deyərək partiyanın heç bir prespektivinin olmadığını bəyan edib.
Xəlil Göyüşov ölkədən qaçıb?
JAM.AZ-a daxil olan məlumata görə, «Körpü Bina Tikinti» MMC-nin direktoru Xəlil Göyüşov ötən gün ölkəni tərk edib. Onun Azərbaycandan qaçaraq, Avropa ölkələrindən birinə sığındığı deyilir. Qaçışının səbəbi kimi isə adının «MTN işi»ndə daha qabarıq şəkildə hallanması və Eldar Mahmudovla şərilikliyini təsdiq edən faktların üzə çıxmasıdır.
Mənbə iddia edir ki, Xəlil Göyüşovdan fərqli olaraq, qardaşı Ramiz Göyüşovun işi isə çox çətindir. Buna səbəb onunla bağlı cinayət işinin açıla biləcəyidir. JAM.AZ-a verilən məlumata görə, Ramiz Göyüşovla bağlı artıq bütün materiallar yığılıb və istintaq orqanları tərəfindən araşdırılır. Güman edilir ki, Eldar Mahmudovla əlaqələrindən dolayı Göyüşovlardan daha bir neçə nəfər həbs oluna bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|