Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Hadisə, Manşet > "811 xəstəyə xidmət etmişəm, 734 manat pul yazıb"
"811 xəstəyə xidmət etmişəm, 734 manat pul yazıb"10-03-2023, 10:22 |
7 saylı Birləşmiş Şəhər Xəstəxanasının pediatrı Elsevər Kərimovun feysbuk profilindən yazdığı şərh sosial şəbəkələrdə gündəm olub. DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, pediatrın şərhi bir çox sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb və müzakirə mövzusuna çevrilib. E.Kərimov yazdığı şərhdə gəlirin düzgün bölünməməsindən şikayətlənib: “Noyabr ayında 811 xəstəyə xidmət etmişəm, mənə 734 manat pul yazıb. Dekabr hələ qalıb. Hesabladım, adamın biri 90 qəpiyə düşür. Ona görə Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa, hər xəstəyə görə həkimə 5 azn ödənilsə, 4-5 min pulumuzu alarıq. Adam özünü qul kimi hiss edir. Zülmünü isə xalq çəkir: keyfiyyətsiz tibbi xidmət”. Geri qayıt |