Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümov Füzuli Ələkbərovdan qalma daha iki kadrı yola salmağa hazırlaşır
Səlim Müslümov Füzuli Ələkbərovdan qalma daha iki kadrı yola salmağa hazırlaşır17-04-2015, 11:19 |
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiə nazirliyində kadr dəyişiklikləri gözlənilir. Bu barədə DİA.AZ-a verilən məlumatda qeyd olunur ki, əslində gözlənilən dəyişikliklər keçmiş nazir Səlim Müslümovdan qalma digər kadrların da yola salınmasına hesablanıb. Məlumatı verən mənbənin diaaz.space-a söylədikləri: «Məlumdur ki, bu gün ƏƏSMN-nin strukturlarında hələ də keçmiş nazir Füzuli Ələkbərovun kadrları var. Məsələn, nazirliyin iki nüfuzlu siması köhnədən qalandır. Sadəcə olaraq S.Müslümov bu günə kimi işlərində peşəkar hesab olunan həmin əməkdaşları ilə yollarını ayıra bilməyib. Yəni onlar işlərindən alınsalar, nazirliyin sənədləşmə işlərində ciddi axsamaların ola biləcəyi səbəbi həmin kadrların yerində qalmalarına nədən olub». Amma artıq onlara da «əlvida» deyiləcək vaxtın yetişdiyini söyləyən qaynaq bildirir ki, artıq hər iki nüfuzlu məmura nazirin adından müvafiq sözlər deyilib: «Yəni onlara deyilib ki, vəzifələrindən alınacaqlar, özlərinə başqa yerdə iş axtarsınlar». Geri qayıt |