“YEDDİ GÖZƏL” ŞƏLALƏSİ PULLU OLACAQ?
Tarix: 18-04-2012, 13:01 | Çap et
VƏ YA QƏBƏLƏLİ KAKADUNUN TARİXÇƏSİ Tarixi və təbii yerlərin özəlləşdirilməsi qanunla qadağandır. Lakin Azərbaycanda bir çox digər qanunlar kimi, bu qanun da işləmir. Bu acı həqiqətlər Euronews və CNN-də saysız-hesabsız reklamları, turizm ili, ekologiya ili elan edilməsi və ölkədə istirahət üçün cəlbedici və geniş imkanlar haqqında digər şüarları məhv edir. Bunu yəqin etmək üçün turizm sahəsində ən uğurlu layihələrdən biri kimi təqdim edilən hakimiyyətin sevimli məskəni - Qəbələdəki vəziyyətlə tanış olmaq kifayətdir. Bu rayonda qiymətlər nəinki xəyaldan keçmir, heç xəyal belə gəlməz. Deyək ki, ürəyiniz zoğal və ya böyürtkən mürəbbəsi ilə (yerli meşələrdə bu bitkilərdən boldur) çay istədi, yerinə görə sizdən 20-25 manat alacaqlar. Bakıda nüfuzlu bir restoranda bu qiymət insanı təəccübləndirməyə bilər, amma burada, meşənin və dağların arasında isə?... Həm də bu müəssisələrin adları ya Karib ekzotikasını, ya Kuba qumarxanalarını xatırladır – “Kakadu”. “Fil”, “Qırmızı əjdaha”, “Qu quşu” və s. Lakin bütün xidmətlərin qiyməti Karib adalarında olduğundan dəfələrlə bahadır (hələ sosialist Kubasını demirəm). Məsələn, sıradan olan otellərdə birnəfərlik nömrənin qiyməti 70 manatdan başlayır. Hakimiyyətin və bu rayonun hamisi FHN rəhbərinin qurur mənbəyi olan “Qafqaz Resort” və “Riversayd” otellərinə gəlincə, burada otaqların qiyməti 2-3 dəfə bahadır, hətta günü 1000 manata olan kotteclər var. Bu qiymətlər Manhettendə və ya London sitidə, yaxud Parisdə mümkün ola bilər, amma Qəbələdə... Başçılarımızın bənzəməyə çalışdıqları İsveçrə ilə müqayisə aparsaq, bu ölkədə bütün kateqoriyadan olan insanlar – zənginlər və orta imkanlılar üçün turizm var. Məsələn, elə vaxtlar olur ki, turistləri bilərəkdən aşağı qiymətlərlə cəlb edirlər ki, otel boş qalmasın. Bu dövrdə İsveçrənin dağ kurortunda istirahət bizim üçün gülməli qiymətə - adambaşına bir həftəlik yaşayış 170-200 avroya başa gələ bilər. Britaniyalı tanışım ötən qışda bir ailə üzvü üçün məhz bu qədər ödəyib. Qəbələdəki 4 ulduzlu oteldə bir günü 25-30 avroya qalmaq olar?... Yarım saat gözləmək məcburiyyətində qalmağını, kənd uşaqlarının servis səviyyəsini də nəzərə alsaq, daha adamda iştah qalmaz. Yerli restoranlarda nahar və ya şam yeməyi yeməyə risk etsəniz sizə müxtəliflik olaraq ayı, qaban əti, habelə dağkeçisi, cüyür və s. kimi nadir heyvanların ətini təklif edə bilərlər. Ancaq bu ekzotikanın qiyməti ayrı bir məsələdir. Amma hətta hansısa yerli ədviyyatlarla hazırlanmış adi kabab belə qiymətinə görə fua-qra kimi məzəyə bənzəyəcək. Bütün bu qiymət ekstremizmi sıravi vətəndaşlardan yan keçmir. Belə ki, “Vedrə bazarı” adlı ilk bazarda yerli alma və armudları sizə Bakıdakından 30% baha sırıyacaqlar. Mürəbbə, şirə və ya bunun kimi başqa bir şey almaq istəsəniz, qiymət Təzə Bazardakından 50-100% baha olacaq. (Məsələn, məşhur Qızıl Əhməd almasını Bakıda daha ucuz ala bilərsiniz). Bu zaman satıcılar uşaqlarının canına and içəcəklər ki, almaları və armudları öz həyətlərindən yeni toplayıblar və plastmas vedrəni sizə hədiyyə edirlər. Lakin evə gəldiyinizdə vedrənin altındakı meyvələrin yarısının çürük, çəkisinə görə isə çəki ilə ala biləcəyinizdən çox-çox baha olduğunu anlayacaqsınız. Burada başqa hər şeyin qiyməti də analojidir, hətta paytaxtda olduğundan bahalıdır. Belə bir fikir yarana bilər ki, bu, güclü iqtisadi inkişafın göstəricisi və bazarın təsiridir, yəni, qiymətlər yüksək tələbatın nəticəsidir. Təəssüf ki, səbəb bu deyil. Artıq bir neçə ildir rayona FHN rəhbərinin özəl investisiyaları ilə “Qəbələ klassik musiqi festivalı”, Oğuz-Qəbələ-Bakı su kəməri tikintisi, beynəlxalq hava limanının və ya növbəti dağ-xizək kurortunun tikintisi kimi iri məbləğdə pullar axır. Hətta “iqtisadiyyatın belə güclü inkişafı” ilk baxışdan anlaşılmaz olan bəzi qəribəliklər aşkara çıxarıb. Belə ki, bu yaxınlarda tikilmiş meyvə şirəsi zavodu (məşhur Jalə) yerli olmayan meyvələrdən məhsul istehsal edir. Daha doğrusu istehsal edir, amma məhdud miqdarda. Əsas məhsul İndoneziyada alınan meyvə konsentratlarıdır. Niyə deyə Soruşacaqsınız? Özünüz hesablayın: 1 litr alma şirəsi hazırlamaq üçün ən azı 2-2,5 kq alma lazımdır. 1 kq yerli almanın topdan qiyməti 70-80 qəpik, bəzilərinki isə 1 manatdır. Belə olan halda bir litr alma şirəsinin maya dəyəri 1,5 manat olar, o isə 90 qəpiyə satılır! Nar, armud və bütün digər şirələr də eynilə. Doğrudur, Qəbələ festivalı günlərində London simfonik orkestri və digər mühüm qonaqlar beşulduzlu otellərdə qalarkən bu otellərin restoranlarına təbii şirələr verilir... Turizm sahəsini “dəstəkləmək” və investisiyaları doğrultmaq, yay mövsümündə turizmin uğurla inkişaf etdiyini sübut etmək üçün gömrük, vergi orqanları, FHN əməkdaşları mütləq ailələri ilə rayondakı ən bahalı otellərə getmək, əslində isə Qəbələnin əlverişli və məşhur olduğunu təsdiq etmək göstərişi alırlar. Hətta bir dəfə sözügedən otellərə yol çəkilişini vaxtında tamamlamaq üçün gömrük xidmətinin hər bir əməkdaşına Qəbələyə bir yük maşını asfalt göndərilməsini ödəmək tapşırılmışdı. Bu “bolluğu” görən yerli əhali başını və gerçəklik hissini itirir. İndi də icra hakimiyyətinin Vandam qəsəbəsindəki nümayəndəsinin şəxsində bir yerli xadimin ağlına təbii obyekt olan “Yeddi gözəl” şəlaləsini özəlləşdirmək kimi “dahi ideya” gəlib. Bu ildən etibarən şəlalənin girişində kordon qoyulub. Burada bir neçə gənc turistlərdən keçib şəlaləyə baxmaq üçün ödəniş tələb edir! Ölkə qanunvericiliyinə əsasən, təbiət obyektləri özəlləşdirilə bilməz və ümumi və sərbəst istifadə obyektidir. Amma, görünür, bütün bunlar Qəbələyə aid deyil. Brakonyerlərin, restoranların qəfəslərində vəhşi heyvanların qanunsuz saxlanması haqda məruzə etməyi sevən Ekologiya Naziri nədənsə bu əcaib qanun pozuntusunu və təbii obyektdən hüquqazidd istifadəni görmür. Milyonlarla qiyməti olan villaların abadlaşdırılmasına və tikintisinə böyük pullar xərcləyən rayon sahibləri bu nadir şəlalənin turistlər üçün əlçatan olmasına, səliqə-sahmana salınmasına özləri də vəsait ayıra bilərdilər. Amma, görünür, onların daha vacib işləri var. Bu sətirlərin müəllifi bir həftə əvvəl bu şəlaləyə çıxaraq, onun şəklini çəkməyə müvəffəq olub. Qarların əriməsilə yeddiqayalı şəlalədə (şəlalənin adı bununla bağlıdır) suyun güclənməsi bu günlərdə mənzərə xüsusilə xoş təsir bağışlayır. Şəlalənin ümumi yüksəkliyi 60-70 metrdir, hər pilləsi isə 5-12 metr arasında dəyişir. Lakin bütün bu gözəllik də rayonun özü kimi, Batumi, Krım və hətta Türkiyədə istirahəti daha ucuz və rahat sayan turistlərin əksəriyyəti üçün əlçatmaz ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|