OQTAY GÜLALIYEVƏ HƏMKAR DƏSTƏYİ
Tarix: 23-04-2012, 12:23 | Çap et
QHT KOALİSİYASI GÜLALIYEVİN HƏBSİNİ PİSLƏYİR
DİA.AZ: - Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin qanunsuz həbsilə bağlı bəyanat yayıb. DİA.AZ-a daxil olan bəyanatda deyilir:
“Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Monitorinq Qrupunun üzvü, “Demokratik İslahatlar Uğrunda” İctimai Birliyin sədri, “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqından ziyan çəkmiş vətəndaşlara yardımın ədalətli paylanması tələbi ilə etiraz aksiyası keçirən yerli sakinlərlə görüşü zamanı qanunsuz olaraq saxlanılıb və ona 12 sutka inzibati həbs cəzası verilib. Aprelin 19-da isə Sabirabad rayon prokurorluğu Oqtay Gülalıyevə qarşı CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açıb və elə həmin gün məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Oqtay Gülalıyevə qarşı irəli sürülən hər iki ittiham üzrə məhkəmə prosesi gizli aparılaraq kobud qanun pozuntusuna yol verilib. Belə ki, o, vəkillə təmin olunmayıb.
Eyni zamanda, O.Gülalıyevin Sabirabad rayon Polis Şöbəsində saxlanılarkən şöbənin rəis müavini Rauf Məcidov tərəfindən döyüldüyünü bildirməsinə və bu barədə Daxili İşlər Nazirinə müraciət edilməsinə baxmayaraq bununla bağlı araşdırma aparılmayıb.
O.Gülalıyev Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün genişlənməsi, neft gəlirləri üzərində ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin xərclənməsi zamanı korrupsiya qarşı mübarizə istiqamətində prinsipial fəaliyyəti ilə seçilən QHT rəhbəridir. O, iki dəfə Ictimai Birliklərin MSŞA Koalisiya Şurasının üzvü seçilib. Son illər ərzində həmçinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi kimi daşqınlardan əziyyət çəkmiş insanlara büdcədən ayrılan 500 milyon dollaradək vəsaitin ədalətli şəkildə bölüşdürülməsinə ictimai nəzarətin təmin edilməsi, bu sahədə mövcud olan problemlərin, korrupsiya hallarını aşkara çıxarılması istiqamətində fəaliyyət göstəririb.
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası hesab edir ki, O.Gülalıyevin həbsinin motivi onun vətəndaş cəmiyyəti fəalı kimi peşəkar fəaliyyətinin, neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindki davamlı işi ilə əlaqədardır. Odur ki, MSŞA Koalisiyası bu qərarın onun və bütövlükdə şəffaflıq uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti fəallarının susudurulmasına xidmət etdiyini bəyan edir, neft gəlirləinin xərclənməsi sahəsində şəffaflığın təminatında vətəndaş cəmiyyətinin iştirakının məhdudlaşdırlmasına yönələn addım kimi qiymətləndirir. Koalisiya hesab edir ki, baş vermiş hadisə Azərbaycanda hüquq müdafiəçilərini, şəffaflığın artırılmasına çalışan və korrupsiya qarşı mübarizədə fəal olan digər QHT fəallarını da qorxutmaq, onları insan hüquq və azadlıqlarının müdafiəsindən, neft gəlirlərinin xərclənməsi prosesində ictimai nəzarət təşəbbüslərindən çəkindirmək məqsədi daşıyır. MSŞA Koalisiyası Oqtay Gülalıyevin həbsini qanunsuz hesab edir, onun dərhal azad olunmasını tələb edir.
MSŞT Koalisiyası ölkə ictimaiyyətini, beynəlxalq təşkilatları, diplomatik korpusları və KİV nüməyəndələrinə müraciət edərək, Oqtay Gülalıyevin hüquqlarının bərpası və müdafiəsində iştirak etməyə və yerli vətəndaş cəmiyyətinin haqlı tələbinə dəstək verməyə çağırır.
Sıralarında 170-ə yaxın QHT-ni birləşdirən İctimai Birliklərin MSŞA Koalisiyası bəyan edir ki, bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ilə daha yaxından əməkdaşlıq edərək, Qərargahın fəaliyyətinin daha da gücləndirilmsi yönündə və eyni zamanda Oqtay Güləliyevin azadlığı uğrunda ictimai dəstəyini əsirgəməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|