ƏLİ HƏSƏNOV «QASİD» FİRMASINI ÇÖKDÜRDÜ
Tarix: 7-05-2012, 13:22 | Çap et
DEPUTATIN YAYIM FİRMASININ QƏZETLƏRƏ KÜLLİ MİQDARDA BORCU VAR
DİA.AZ: - Son zamanlar media bazarında böyük rıçaqlar ələ keçirməyə müvəffəq olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov daha bir təntənəsinin astanasındadır. Söhbət uzun müddətdir mətbuat yaımı bazarından sıxışdırılan «Qasid» firmasının tənəzzül ərəfəsində olmasından gedir.
Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun son zamanlar bir media maqnatına çevrildiyi hər kəsə məlumdur. Onlarla KİV-i və KİV-ə aid qurumları nəzarətində saxlayan Əli Həsənovun media imperiyasına telekanal, radio, mətbəə və yayım firmaları da daxildir. Sonuncu dəfə isə bu imperiya özününmətbuat yayımı biznesində inhisarçı addımları ilə diqqətləri cəlb etdi. Söhbət artıq Bakıda mətbuat yayım biznesini intensiv şəkildə işğal etməkdə olan «Press Köşk»lərin durmadan artmasından gedir.
Xatırladaq ki, bu məsələ yerli mətbuat səhifələrində davamlı olaraq işləndiyindən nəhayətdə PA rəsmisinin şəxsi reaksiyasına nədən oldu. Bu barədə jurnalistlərin suallarını cavablandıran Əli Həsənovun sözlərindən belə məlum oldu ki, «Press Köşk»lərin nə ona, nə də onun sahibi olduğu «Kaspi» Mətbuat Yayımı firmasına aidiyyatı yoxdur. PA rəsmisi bəyan etdi ki, yeni köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur.
Təbii ki, belə bir rəsmi reaksiyadan sonra hər kəs susmalı oldu. Və bu iddianı ortaya qoyanlar məcbur qalaraq əlavə sübutların toplanmasına baş vurdular. Və ortalığa real faktlar çıxarıldı. Aydın oldu ki, əslində yeni köşklər elə Əli Həsənova məxsusdur, bir başqasına deyil…
Məlumatlardan belə aydın oldu ki, həqiqətən də Əli Həsənovun media imperiyasına aidiyyatı olan «Press Köşk»lər artıq Bakının hüdudlarını da aşmaq üzərədir. Onu da qeyd edək ki, əslində həmin köşklərin hansı firmaya və yaxud da dövlət qurumuna aid olmasının elə bir önəmi yoxdur. Məsələ ondadır ki, bu köşklər qəzet və kitab satışı üçün nəzərdə tutulsa da, həmin köşklərdən əməlli-başlı ərzaq marketi kimi istifadə olunur. Qəzet, jurnal və kitablar yeni köşklərdə 2-ci və bəlkə də 3-cü dərəcəli mal kimi alıcıya təqdim olunur. Elə köşklərdə qəzetlər üçün ayrılan yerin özü də belə deməyə əsas yaradır. Əgər vəziyyət belədirsə, nədən ərzaq satışı ilə məşğul olan köşklərin adını «Press köşk» kimi təqdim edirlər? Yəni söhbət bundadır.
Məlumatlı mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, yeni «Press Köşk»lərin artıq Sumqayıt şəhərində də qoyulması planlaşdırılır. Bu barədə mənbəmizin söylədikləri: «Artıq Sumqayıtın mərkəzi hissəsində ilkin olaraq bu köşklərdən ikisinin qoyulması nəzərdə tutulub».
Bu zaman ortaya haqlı bir sual çıxır: Bəs deyirdiniz həmin köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur? Daha bir sual: Əgər siz haqlısınızsa, nə zamandan Sumqayıt şəhərinin ərazisi Hacıbala Abutalıbovun idarəsinin tabeçiliyinə verilib?
İndi isə gələk əsas məsələyə. «Qasid» başda olmaqla, digər yayım firmalarının çökdürülməsi prosesinə. Bildirək ki, buna qədər hakimiyyətin ən çox sıxışdırdığı yayım firması kimi, «Qaya» mətbuat yayımı şirkəti diqqətə gəlirdi ki, onun rəhbəri Xanhüseyn Əliyevin müxalif mövqeli bir şəxs olmasından burada bir bəhanə kimi istifadə olunurdu. Amma indi hədəfdə olan əsas şirkət «Qasid» firmasıdır və ona da hakimiyyətlə çox gözəl münasibətləri olan və zamanında mərhum prezident Heydər Əliyevin də sayğı ilə yanaşdığı bir seyid ocağının nümayəndəsi olan deputat Mirkazım Kazımov rəhbərlik edir. Yəni məsələ heç də kiminsə müxalif mövqedə dayanması ilə bağlı deylimiş. İş, sırf olaraq biznes marağındadır. Yəni Əli Həsənov biznes marağına görə, kimin hansı mövqedə dayanmasını belə nəzərə almır.
Bildirək ki, Bakı şəhərində qəzet satışı ilə bir sıra firmalar məşğul olur. İnsafla desək, "Qasid"in, "Qaya"nın və "Metro-servis"in ("Azərmətbuatyayımı" isə rayonlarda bu işi görür) xidmətlərindən elə bir ciddi narahatçılıq indiyədək olmayıb. Onsuz da Azərbaycanda qəzet bazarını bir-iki nəfər artıq bazara çevirib, KİV-ə Dəstək Fondunun vəsaitlərini pay-püşt etməklə məşğuldurlar.
Bəs qəzet istehsalı ilə məşğul olan əsil qəzetçilər neyləsinlər?
Araşdırmalarımız da təsdiqləyir ki, keçən ilin avqustunda paytaxta gətirilən yaşıl günbəzli yeni qəzet köşkləri ilə bağlı narahatlıq getdikcə artır. Bu köşklər əsasən "Qasid" mətbuat yayımı firmasının köşklərinin yerində qoyulur. Bildirək ki, yeni köşklərdə qəzet əvəzinə, daha çox şirniyyat və xırdavat satılır.
Oxucular isə köşklərdə müxalifət və müstəqil mətbuatı tapa bilmədiklərindən şikayətlənirlər. Redaksiyamıza gələn çoxsaylı oxucu şikayətləri göstərir ki, yeni köşklərdə müxalifət qəzetləri satılmır. Ekspertlər isə bildirirlər ki, yeni quraşdırılan obyektlər formal şəkildə qəzet köşkü adlansa da, onlarda poliqrafiya məmulatı satışı cəmi 10 faiz təşkil edir. Qəzet və jurnallarla yanaşı, köşklərdə içki, tütün məmulatı, şirniyyat, müxtəlif məhsullar, dəftərxana ləvazimatı satılır, həmçinin surət çıxarılır...
Dünən paytaxtda yeni qoyulan bu səliqəli köşklərin bir neçəsində olub vəziyyətlə maraqlandıq. Vəziyyət oxucular dediyindən də acınacaqlı idi. Bəzi yeni köşklər yerləşdirilsə də, hələ işləmir. "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında qoyulan yeni köşkün yanında "Qasid"in köşkü fəaliyyət göstərir. Satıcıdan öyrənirik ki, metro stansiyasının yaxınlığına üç yeni köşk quraşdırılsa da, heç biri fəaliyyət göstərmir. O, yeni köşklərin əvəzində "Qasid"in köşkünün sökülüb-sökülməyəcəyindən də xəbərsizdir... Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qoyulmuş yeni köşk isə daha çox mini marketə oxşayır. Burada xırdavatdan tutmuş, müxtəlif çeşidli şirniyyatlara, yeni il aksessuarlarına qədər çox şeyə rast gəlmək mümkündür...
Onu da bildirək ki, yaranmış gərgin durumla bağlı ara-sıra rəsmi açıqlamalar da verilir. Məsələn, bu barədə mətbuata danışan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov qeyd etmişdi ki, Bakıda quraşdırılan yeni köşklərin sayı 30-u keçib: "Hamısı da işləyir. Köşklərdə "Qasid"in məhsullarından istifadə olunur". Köşklərin mini marketlərə bənzəməsi barədə iradımızı eşidən Ə.Bağırov bildirir ki, bu cür gileyləri dəfələrlə eşidib: "Məqsədimiz odur ki, şəhərimizdə qəzet köşkləri dəyişdirilsin, yeni, vahid dizayna malik köşklər qoyulsun. Köşklərdə şirələrin, şirniyyatın kim tərəfindən gətirilməsindən xəbərsizəm. Sabah ola bilər ki, bu köşklərdə ət, balıq, süd də satılsın. Mən də istəyirəm bu köşklərdə qəzet satılsın".
Onu da bildirək ki, israrlı inkara baxmayaraq yeni köşklər son zamanlar media aləmində çox ciddi güc sahibinə çevrilən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənova aiddir. Bu barədə redaksiyamıza ötürülən məlumatlardan o da aydın olur ki, Əli Həsənovun yeni köşklərinə ümumiyyətlə vergi tətbiq olunmur.
Bu barədə redaksiyamıza məlumat verən vergilər nazirliyindəkö mötəbər qaynaq bildirir ki, ilk əvvəl VN strukturları yeni köşklərə «həmlələr» etmək istəsələr də alınmayıb: «Əvvəlcə bizə bildirdilər ki, kökşklər Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur. Sonradan isə BŞİH-dən də məlumatı təkzib etdilər. Və nəhayətdə Preziden Administrasiyasından gələn tapşırığa əsasən VN-nin əməkdaşlarının yeni köşkləri hansısa formada təftiş etməsi qadağan edildi».
Təbii ki, belə bir xüsusi imtiyazlara sahib olan firmanın enində-sonunda «Qasid»i çökdürəcəyi heç şübhəsiz idi. Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, artıq deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi şirkət tənəzzül dövrünə qədəm qoyub: «Şirkətin ən gəlirli yerlərdəki köşklərinin yığışdırılması «Qasid»ə böyük zərbə vurub. Həm işsizlik problemi yaranıb, həm də şirkətin kassaları durmadan boşalmaqdadır. Yeni köşklərə verilən qəzetlər isə ən yxşı halda 10 faiz satışla gəlir ki, bu da şirkətin tam çökdürülməsi deməkdir».
Məlumatlı mənbə bildirir ki, nəticədə qəzet redaksiyalarına külli miqdarda borclanan «Qasid» firmasının fəaliyyətini dayandırma məsələsi də gündəmə gəlib: «Əli Həsənov deputatın firmasına başqa bir yol qoymayıb. Elə qabaqcadan istədikləri də bu idi ki, «Qasid» fəaliyyətini dayandırsın. Artıq buna nail olurlar. Qəzetlərə olan borcun isə hansı vəsait hesabına ödəniləcəyi də məlum deyil».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49 |
|
|
|
|