BRİTANİYADAN AZƏRBAYCANA SƏRT İSMARIC
Tarix: 10-05-2012, 13:11 | Çap et
“SİYASİ İSLAHATLAR MÜTLƏQ KEÇİRİLMƏLİDİR”
«Azərbaycan hökuməti son 10 ildə ölkədə demokratik yox, məhdud modernləşmə siyasəti aparıb». Bu barədə Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzinin yaydığı hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatı genişlənsə də siyasi motivli həbslər davam etdiyindən ölkədə siyasi azadlıq, ədalətli seçki və mətbuat azadlığı sahəsində vəziyyət pisləşib.
Hesabat müəllifləri xəbərdarlıq edir ki, artıq ölkədə neft bumu arxada qalıb və Azərbaycan hökuməti əldə etdiyi vəsaiti ağılla xərcləməli, korrupsiya və səriştəsizliyə qarşı mübarizəyə sərf etməlidir, əks halda ictimaiyyətin böyük təzyiqilə üzləşəcək.
«AZƏRBAYCAN DİQQƏT MƏRKƏZİNDƏ»
«Azərbaycan diqqət mərkəzində» adlanan hesabatda Azərbaycanın demokratik inkişaf, qanunun aliliyi, media azadlığı, mülkiyyət hüquqları və digər əsas idarəçilik və insan haqları sahələrində problemləri dərindən təhlil edilib. Həmçinin beynəlxalq münasibətlərin, iqtisadiyyatın, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin ölkədəki vəziyyətə təsiri araşdırılıb.
Hesabatda vurğulanır ki, Böyük Britaniya, Avropa Birliyi və Qərbin Azərbaycanda iştirakı enerji diplomatiyası ilə kifayətlənməməli, islahatlar üçün daha güclü təzyiq etməlidirlər.
Sənəddə belə bir fikir irəli sürülür ki, Azərbaycan hökuməti demokratik yox, məhdud modernləşdirmə siyasəti yürüdür. Bəzi qanunvericilik və dövlət prosesləri yaxşılaşdırılsa da, Azərbaycanda hakimiyyətin təbiəti plüralist deyil, insan haqlarına dair bəzi əsas sahələrdə və idarəçilikdə vəziyyət pisləşir. Buna görə də hesabatda Azərbaycan hökumətinə bir sıra tövsiyələr irəli sürülür.
AZƏRBAYCAN HÖKUMƏTİNƏ TÖVSİYƏLƏR
– Parlament seçkilərində namizədlik üçün 450 imza tələbi azaldılsın və seçkilərdə saxtakarlığa son qoyulsun; – 2011-ci ilin anti-korrupsiya kampaniyası canlandırılsın, monitorinq gücləndirilsin, dövlət kontraktları açıq tenderə çıxarılsın, bazarlara siyasi nəzarət aradan qaldırılsın. Vergi yoxlamalarında sui-istifadə halları aradan qaldırılsın; – Məhkəmə Hüquq Şurasına icra strukturlarının təsirini azaltmaq üçün islahatlar aparılsın, cinayət işlərində bəraət şansını artırmaq üçün ittihama meyllilik azaldılsın, siyasi işlərə, hökmlərə, cəzalara son qoyulsun; – Müdafiə vəkilləri üçün təhsil, ixtisasartırma və təlim şəraiti, onların müştərilərə çıxışı, məhkəmənin təyin etdiyi müdafiə vəkilləri, siyasi işlərdə təqsirləndirilənlərlə davranış yaxşılaşdırılsın; – Bütün siyasi məhbuslar buraxılsın, AŞPA-nın xüsusi məruzəçisinin ölkəyə çıxışına icazə verilsin; – Siyasi etirazların hədəf auditoriyasına yaxın yerlərdə keçirilməsi üçün Bakının mərkəzində yeni məkanlar təsdiqlənsin. Qanuni piketlər və digər siyasi fəaliyyətə polis müdaxiləsinə son qoyulsun; – QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunsun, onların qeydiyyata alınması yaxud imtina olunmasının aydın proseduraları müəyyən edilsin. Beynəlxalq QHT-lərə bürokratik təhdid və aşırı məhdudiyyətlərə son qoyulsun; – Rəqəmsal yayıma keçid imkanından istifadə edərək müstəqil kanalların Azərbaycanda yayımına şərait yaradılsın. Azərbaycan kanallarına beynəlxalq verilişləri təkrar yaymağa icazə verilsin və ya Azad Avropa/AzadlıqRadiosu, BBC və Amerikanın Səsi-nin milli tezliklərdə yayımı bərpa edilsin; – Milli Teleradio Yayım Şurası, Mətbuat Şurası və İctimai Televiziyanın strukturları və fəaliyyəti elə islah olunsun ki, onlar hökumətdən asılı olmasınlar. Müstəqil nəşrlər və jurnalistlər üçün iqtisadi imkanlar yaxşılaşdırılsın. Mətbuat Şurasının qara siyahısının dərci və müstəqil qəzet satanlara təzyiqlər dayandırılsın; – Müstəqil jurnalistlərin, bloqqerlərin və fəallara qarşı siyasi motivli təhdid və təqiblər dayandırılsın, onlara qarşı «xuliqanlıq» kimi qeyri-müəyyən və uydurma ittihamlara son qoyulsun; – İnternetə geniş zolaqlı çıxış ciddi şəkildə artırılsın. Bloqqerlərin hədəfə alınmasına, şəxsi e-mail hesablarına və sosial şəbəkələrdə tənqidlərin monitorinqinə son qoyulsun; – Qadınlar və cinsi azlıqlar üçün bərabərliyin təminatı sürətləndirilsin, din azadlığına bürokratik məhdudiyyətlər ləğv olunsun; – Dövlət Ehtiyacları üçün Torpaqların Alınması qanunu çərçivəsində hüquqi təminatlar gücləndirilsin, mülkiyyətin qanunsuz mənimsənilməsi və evindən məcburi çıxarılmaya son qoyulsun. Ədalətsiz kompensasiya sistemində islahatlar aparılsın; – Ombudsman İnstitutunun müstəqilliyi artırılsın, Milli İnsan Haqları Fəaliyyət Planı yerinə yetirilsin; – Münaqişə irsindən avtoritar nəzarəti gücləndirmək vasitəsi kimi istifadəyə, sülhyaratma cəhdlərinə maneələrə son qoyulsun; – Ümumdünya Ticarət Təşkilatına qoşulma cəhdləri bərpa olunsun, rəqabəti artırmaq üçün Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə iş aparılsın; – Dövlət Neft Fondunda tədbirli və uzun-müddətli idarəçilik təmin olunsun; – Maaşların artırılması və proqramların tam maliyyələşməsi üçün səhiyyə və təhsil sahəsinə investisiyalar artırılsın. Miqrasiyanın qarşısını almaq üçün iş yerləri yaradılsın.
BEYNƏLXALQ İCTİMAİYYƏTƏ TÖVSİYƏLƏR
– Azərbaycan hökumətinin yuxarıda göstərilən məsələlər üzrə islahatlar aparması təmin edilsin, hökumətin idarəçilik və insan haqlarına dair, xüsusilə də Avropa Şurası və Avropa Birliyi qarşısında beynəlxalq öhdəliklərinə əməl etməsinə nəzarət olunsun; – Avropa Birliyi özünün razılaşdırdığı insan haqları öhdəliklərinə nəzarəti və həmin öhdəliklərin müdafiəsini gücləndirsin. Azərbaycanın mülki cəmiyyətinə maliyyə və texniki yardım artırılsın; – Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi ərəfəsində insan haqları sahəsində konkret irəliləyişlər etməsi tələb edilsin, yoxsa institutsional sanksiyalar qoyulsun; – Minsk prosesi canlandırılsın, Azərbaycanın məcburi köçkün problemi barədə məlumatlılığı və problemə dəstəyi artırılsın; – Azərbaycanda gələcəkdə keçiriləcək beynəlxalq siyasi, iqtisadi, idman və mədəniyyət tədbirlərindən siyasi islahatlara çağırış üçün istifadə olunsun. İslahatlar aparılmasa, Azərbaycanın Olimpiya oyunları yaxud Avropa Çempionatına ev sahibliyinə uyğun gəlib-gəlməməsinə baxılsın.
Hesabat Xarici Siyasət Mərkəzindən Adam Hug tərəfindən redaktə olunub. Sənədin ayrı-ayrı bölümləri Azərbaycandan iqtisadçı Vüqar Bayramov, Human RightsWatch təşkilatından Giorgi Gogia, Media Hüquqları İnstitutundan Rəşid Hacılı, Təbib Hüseynov və başqaları tərəfindən hazırlanıb. / Azadlıq Radiosu /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49 |
|
|
|
|