“Türkiyənin düşmənlərinin sayı çoxalıb” - deputat
Tarix: 20-02-2016, 10:56 | Çap et
Türkiyənin paytaxt şəhəri Ankarada fevralın 17-də törədilən terror aktı nəticəsində 28 həlak olub, 61 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin törətdiyini açıqlayıb. ABŞ-ın Dövlət Departamenti isə belə bir ərəfədə bəyanat yayaraq PYD-ni müttəfiqi adlandırıb. Departamentin rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, PYD İŞİD-lə mübarizədə ciddi rol oynayıb. Onun sözlərinə görə, NATO tərəfindən bu qruplaşmanın bütün əməliyyatı havadan dəstəklənir və gələcəkdə də PYD-yə hərbi yardımların davam edəcəyi gözləniləndir. Türkiyədəki terror hadisəsi, bu aktın arxasında dayanan siyasi maraqlar, açqın miqrantlar arasında terrorçuların olması, onlara qarşı mübarizə və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin deputatı, politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Ankarada törədilən və çoxsaylı insan itkisi ilə müşayiət olunan terror aktının arxasında nə dayanır, terrorçuların məqsədi nədir? - Paytaxt Ankarada törədilən terror aktının arxasında dayanan əsas amil Türkiyənin regionda son dərəcə ciddi fiqura çevrilməsidir. Baş nazir Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən bildirmişdi ki, 20 il bundan öncə Türkiyə Yaxın Şərq regionunda baş verən hadisələrə müdaxilə etməz, bunu öz işi hesab etməzdi. Türkiyə ancaq öz problemləri ilə məşğul olurdu. Lakin bu gün Türkiyə regionda elə bir güclü oyunçuya çevrilib ki, ətrafında baş verən hadisələrə biganə qala bilməz və bilmir. Bu istiqamətdə Türkiyənin dövlət, milli maraqları nəzərə alınır və müvafiq addımlar atılır. Bu fikirlərlə Davudoğlu demək istəyirdi ki, beynəlxalq aləm Türkiyənin addımlarını, onun motivlərini başa düşsün. Nəzərə alaq ki, Ankarada terror aktını PKK-nın Suriya qanadının törətdiyi məlumdur. Belə şəraitdə, hadisənin motivlərini Türkiyənin Suriya siyasətində daha çox tapmaq mümkündür. Türkiyə Suriyada baş verən hadisələrə çox böyük həssaslıqla yanaşır və rəsmi Ankaranın bu mövqeyi başadüşüləndir. Suriyada müharibə başlayandan 4,5 milyona yaxın insan qaçqın, 7 milyondan artıq adam isə məcburi köçkün vəziyyətinə düşüb. Ümumilikdə götürsək, 11 milyona yaxın suriyalı öz evindən, vətənindən didərgin düşüb, bir çox ölkələrə səpələnib. Bu isə 22 milyonluq Suriya əhalisinin 50 faizi deməkdir. 4,5 milyona yaxın suriyalı qaçqının 1,2 milyonu Livana, 2 milyonu Türkiyəyə sığınıb. Bu da Türkiyə üçün çox ciddi problemə çevrilib. Böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Çünki həmin qaçqınların içərisində terrorçu qruplaşmaların üzvlərinin də olması mümkündür. Onlar qaçqın kimi Türkiyə ərazisində daxil olur, sonradan terror aktlarında iştirakçıya çevrilirlər. Bununla yanaşı, indiki dönəmdə Türkiyənin düşmənlərinin sayı kifayət qədər çoxalıb. Bu düşmənlər sırasında PKK, İŞİD, Suriyadakı Bəşər Əsəd rejimi də var. Heç kimə sirr deyil ki, rəsmi Ankara Bəşər Əsəd rejiminin legitimliyini tanımır. Belə olan halda, həmin qüvvələr Türkiyəyə qarşı çıxış edir, bu dövləti hədəf seçirlər. Bir qədər əvvəl qeyd etdiyim kimi, Türkiyənin regionda çox güclü dövlətə çevrilməsi, Yaxın Şərqin fövqəldövləti statusuna iddia etməsi, milli maraqlara söykənən, olduqca fəal və çevik, müstəqil siyasət həyata keçirməsi terrorçu qruplaşmaların Türkiyəyə qarşı fəallığını artırır. Burada PKK-nın Suriyadakı qanadının özü də bir alətdir. Daha böyük qüvvələr həmin terrorçu qruplaşmalardan Türkiyə əleyhinə istifadə edə bilərlər.
- Hadisədən sonra Prezident R.T.Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin YPG qruplaşmasının törətdiyini açıqladı. ABŞ Dövlət Departamenti isə bəyan etdi ki, PYD onun müttəfiqidir. Amerikanın Türkiyəyə, həmçinin terrorçu təşkilata qarşı belə münasibəti necə izah etmək olar? - XXI əsrin vəbası sayılan beynəlxalq terrorizmə qarşı mübarizə imkanları hazırda ona görə məhdudlaşır ki, ortada “yaxşı” və “pis” terrorçu bölgüsü var. Misal üçün, “Əl-Qaida”, İŞİD pis, radikal terror təşkilatı kimi tanınır, qəbul edilir. Amma ASALA, Daşnaksutyun kimi terror təşkilatlarına belə münasibət göstərilmir. Hətta terror təşkilatı olan Daşnaksutyun siyasi partiya kimi Ermənistan parlamentində təmsil olunur. Amerikanın özündə də terrorizmə münasibətdə ikili yanaşmalar nəticə etibarilə terrorçuların mənafeyinə xidmət edir. Necə olur ki, PKK ABŞ-da terror təşkilatı kimi tanınır, amma onun Suriyada Bəşər Əsədə qarşı müxalifətdə olan bir qanadı terrorçu kimi qəbul edilmir? Deməli, terrorizmə yanaşmada da siyasi maraqlar ön plana keçir. Əgər sabah PKK-nın Suriya qanadı Bəşər Əsədə loyallıq göstərərsə, heç şübhəsiz ABŞ onu da terror təşkilatı kimi qəbul edəcək. Bu cür siyasi yanaşmalar, ikili standartlar beynəlxalq terrorizmə qarşı mübarizə imkanlarını məhdudlaşdırır. Bu da nəticə etibarilə ABŞ-Türkiyə münasibətlərində “soyuqluğun” yaranmasına səbəb olur. Prezident Ərdoğan açıq şəkildə Amerikaya bildirdi ki, ya biz müttəfiqinizi müdafiə edin, ya da terrorçu təşkilatı. Bununla ABŞ-ı seçim qarşısında qoydu. ABŞ Dövlət Departamenti isə buna cavab olaraq bildirdi ki, rəsmi Vaşinqton “yaxşı” qüvvələri silahlandırıb, ancaq bəzi təsadüfi hallar nəticəsində o silahlar “pis” qüvvələrin də əlinə keçib. Halbuki, departament rəsmisinin bəyanatında yer alan “yaxşı” və “pis” qüvvənin hər ikisi terror təşkilatıdır. Belə yanaşma qətiyyən qəbul edilməzdir. Nə qədər ki, “yaxşı” və “pis” terrorçu bölgüsü var, nə qədər ki, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparılmır, bu bəlaya qalib gəlmək imkanları xeyli məhdudlaşır. Ankarada baş verən son terror aktı bu məntiqi bir daha təsdiq edir. Xatırlayırsınızsa, Parisdə baş verən terror hadisəsindən sonra Fransanın paytaxtında dünya ölkələrinin dövlət və hökumət başçıları, digər rəsmiləri beynəlxalq terrorizmə qarşı yürüş təşkil etdilər, xristian həmrəyliyi göstərdilər. Lakin Türkiyənin paytaxtında törədilən terror aktından sonra belə bir həmrəyliyi, yürüşü biz müşahidə etmədik. Bu faktın özü də ikili standartların bariz nümunəsidir.
- Siz bayaq qeyd etdiniz ki, böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Bəs nə etməli? Bəlkə bəzi Avropa ölkələri kimi Türkiyə də sərhədi bağlasın, qaçqın miqrantları qəbul etməsin? Yaxud, Ankara terrorunu törədənin suriyalı qaçqın olduğu nəzərə alınıb, Çeçenistan prezidenti Ramzan Kadırovun etdiyi kimi terror iştirakçısı olan istənilən şəxsin bütün ailə üzvləri ölkədən deportasiya olunsun? - Ümumiyyətlə, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verilməlidir. Avropa İttifaqı belə bir mövqe bildirib ki, Türkiyə Avropaya miqrant-qaçqın axınının alınmasında ciddi səddir. Bunun üçün təxminən 3 milyard avro həcmində vəsaitin ayrılması qərarına gəlinib. Halbuki, həmin vəsait hələ də lazımi ünvanına çatmayıb. Miqrantları qəbul etmək bir məsələdir, onların tərkibində terrorçuların da ölkəyə soxulması ikinci məsələdir. Suriyadan Türkiyəyə sığınan insan özünü mülki əhali kimi təqdim edir, sərhədi keçir, sonra isə ölkə daxilində terror niyyətlərini reallaşdırır. Ona görə də təhlükəsizlik baxımından belə məsələlərdə Türkiyəyə dəstək verilməsi, hətta terrorçu olmasına şübhələr olduğu, dəqiqləşdirmələr aparıldığı halda şəxsin həbsi, ailəsinin deportasiyası da vacibdir. Təsəvvür edin, hansısa terrorçu tutulub saxlanılırsa, zərərsizləşdirilirsə, onun ailə üzvləri, qohum-əqrəbası potensial terrorçuya çevrilə bilərlər. Kim zəmanət verə bilər ki, həmin terrorçunun ailə üzvləri, o cümlədən həyat yoldaşı, yaxud da digər qohumları buna görə hüquq-mühafizə orqanlarından qisas almayacaq, haradasa terror aktı törədib bu həbsə etiraz etməyəcək? Ona görə də Suriyadan Türkiyəyə miqrant və ya qaçqın kimi daxil olan, lakin terrorizmi özünə fəaliyyət seçən insanların üzə çıxarılması, həmçinin onlara bağlı insanlar, ailə üzvləri ilə əlaqədar da müəyyən addımlar atılmalıdır. Çünki arxayın olmaq qeyri-mümkündür. Heç kim deyə bilməz ki, terrorçu həbs olunandan sonra onun ailə üzvləri, qohumları dinc yerində oturacaq, baş verənlərlə barışacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
|