İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                     "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                 

"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük" - Şəhid əmisi Sərdar Cəlaloğlu
Tarix: 15-04-2016, 08:33 | Çap et
"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük"
2-5 aprel tarixlərində erməni təxribatının qarşısını olan zaman şəhid olan hərbiçilərimizin xatirəsi xalqımız tərəfindən qürur hissi ilə yad edilir. Bu gün Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbə vuran və qəhrəmancasına şəhid olan ADP sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədovun anım mərasimi keçirildi.

Qeyd edək ki, 3 aprel tarixində şəhid olan mayor Rasim Məmmədov aprelin 5-də Naxçıvanda torpağa tapşırılıb. Şəhidin dəfn mərasiminə 10 mindən çox adam qatılıb. Şəhid R.Məmmədovun Naxçıvanda olan yas mərasiminə qatıla bilməyənlər üçün isə Bakıda yerləşən mərasim zallarının birində anım mərasimi təşkil olunub.

Mərasimə biz də qatıldıq və şahidi olduq ki, bu, təkcə Rasim Məmmədovun xatirəsinə deyil, bütün şəhidlərimizi yad etmək istəyənlər üçün təşkil olunan mərasimdir. Mərasimdə bir sıra ictimai xadimlər, partiya sədrləri və sıravi vətəndaşlar iştirak edirdilər. Hər kəs şəhidlərimizlə qürur hissi keçirdiyini söyləyib, onların xatirələrinə dualar oxuyurdular.

Şəhidin əmisi, ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu gün onlar qürur hissi keçirirlər: “Şəhidimizlə bağlı təşkil olunan yas mərasiminə Naxçıvanda da həddindən artıq çox insan qatıldı. Bakıdan da insanlar yas mərasimində iştirak etmək arzularını bildirdilər. Lakin məsafə uzaq olduğu üçün biz buna razı olmadıq. Ona görə də nəzərdə tutduq ki, bir gün də Bakıda yas saxlayaq. Əslində biz bu mərasimi Rasim üçün təşkil etməmişik. Mərasim zalının divarına bütün şəhidlərimizin şəkillərini vurmuşuq. Məclisdə də elan etdik ki, bu, Azərbaycan şəhidləri üçün təşkil olunan anım mərasimidir. Kimsə hansısa rayona şəhid yasına gedə bilməyibsə, buranı ziyarət edə bilər. Bizim üçün fərqi yoxdur. Şəhidlərimizin hamısı xalqımızın, millətimizindir. Ailənin şəhidi ola bilməz. Ailəninki bir can itkisi ola bilər. Biz Naxçıvanda olduğumuz zaman Türkiyənin İğdır vilayətinin rəhbərləri özləri ilə gətirdikləri din xadimləri ilə birlikdə yas mərasimində iştirak etdilər. Türkiyənin vətəndaşları adından başsağlıqlarını bildirdilər. Eyni zamanda Türkiyə səfiri də şəxsən mənə zəng edərək, öz başsağlığını verib. Yəni bu hal artıq şəhidlikdən çıxıb, böyük hadisəyə dönüb”.

S.Cəlaloğlu bildirdi ki, son hadisələr Azərbaycan xalqının qüdrətini ortaya qoydu: “Biz əvvəllər siyasi nümayəndə heyəti kimi xarici ölkələrdə olduğumuz zaman yüksək rütbəli adamlarla görüşürdük. Qarabağla bağlı Azərbaycana kömək istədiyimiz zaman bizə bir cavab verirdilər ki, sizin xalq döyüşmək istəmir və siz öz torpaqlarınızı almaq istəmirsiz. Lakin son hadisələr göstərdi ki, Azərbaycan xalqı öz torpağını qorumaq üçün hər şeyə hazırdır. Xalqda çox qeyri-adi ruh yüksəkliyi var. Çox maraqlı bir məlumat əldə etdim ki, insanlar könüllü şəkildə orduya getmək üçün adlarını yazdırıblar. Bu zaman içərilərində bir nəfər də hərbiyə yararsız şəxs olub. Ona deyiblər ki, sən hərbiyə yararsızsan, sənin adını yaza bilmərik. Həmin şəxs bildirib ki, döyüşməyə yararsızamsa, yük daşımağa, əsgərlərimizə digər bu kimi yardım etməyə yararlıyam. Adımı yazın. Açığı, bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük. Bizə elə gəlirdi ki, gənclərimizdə vətənpərvərlik hissi yoxdur. Ancaq indi bunun əksinin şahidi olduq. Naxçıvanda Rasim Məmmədovun tabutuna əlimizi vura və dəfn mərasimində insan çoxluğundan ona yaxınlaşa bilmədik. Gənclərin də demək olar ki, hamısı həqiqətən ölümə getməyə hazır idi. İndi dünya deyir ki, Azərbaycan istəsə, gedib İrəvanı da tutar. Bu, artıq danışıqlarda status-kvonun dəyişməsi deməkdir. Erməni başa düşür ki, torpaqların müharibə yolu ilə qaytarılması, Ermənistanın süqutuna səbəb ola bilər. Eyni zamanda artıq Rusiya da gördü ki, dünyanın bir çox ölkələri Azərbaycanın tərəfindədir və müharibənin başlaması onların da xeyrinə olmayacaq. İndi növbə Azərbaycan diplomatiyasının, siyasətinindir. Əgər biz, cəbhədə hərbiçilərimizin əldə etdikləri bu nailiyyəti, siyasi və diplomatik nailiyyətə çevirə bilməsək, millət kimi uduzacağıq. Çevirərsək, irəliyə doğru nəhəng bir addım atmış olacağıq”.

Sərdar Cəlaloğlu indiki halda iqtidar-müxalifət münasibətlərinin gərginləşməsinin əleyhinə olduğunu da söylədi: “İqtidarı hansısa xəyanətdə ittiham etmək, kiminsə evinin qarşısında aksiya keçirmək tamam yanlışdır. Baxın, İraq-İran müharibəsində 1 milyon adam öldü. Müharibənin sonunda hər iki dövlət öz sərhədində qaldı. Ancaq heç kim bu iki dövlətə demədi ki, 1 milyon əsgər öldü, bəs, niyə nailiyyət əldə olunmadı. Çünki müharibədə yalnız qələbə olmur. Ona görə də bizdə də indi hər məsələyə ləkə atmaq lazım deyil. Ordu bu xalqın, dövlətindir. Ordunun hakimiyyətə aidiyyəti yoxdur. Xalqın ruhunu qırmaq, ordunun nailiyyətinə kölgə salmaq olmaz. Ermənilər, Rusiya etiraf edir ki, Azərbaycan Ermənistandan bir çox məsələlərdə qat-qat üstündür. Ona görə də şəxsən mən bir şəhid ailəsi kimi qürur hissi keçirib, fəxr edirəm. Heç kəsə də şəhid verdiyimizə görə nə minnət edirik, nə də irad tuturuq. Məncə başqa şəhid ailələri də bu cür düşünür. Çünki biz övladımızı vətən üçün böyütmüşük. Vətənin torpağı ilə böyüyüb, vətənə də qurban gediblər. Burada qeyri-adi heç nə yoxdur”.

S.Cəlaloğlu bildirib ki, şəhidlərimizin 30 faizinin zabit olması bir məqama diqqəti çəkir: “Əvvəla deyim ki, mənim qardaşım oğlu da daxil olmaqla, digər zabitlərimiz də könüllü şəkildə irəli atılıblar. Ola bilər ki, ilk baxışda bizə bu, yanlış kimi gələ bilər. Lakin burada məhz zabitlər nümunə göstəriblər. O nümunə əsasında əsgərləri irəli aparıblar. Bir çox yerlərdə bu adamlar bildiriblər ki, əsgərlər geri çəkilsin, biz döyüşəcəyik. Şəxsən Rasim Məmmədov irəliyə atılanlardan olub. Elə birinci də o şəhid olub. Bu, onu göstərir ki, ordunun özündə münasibətlər artıq tamam fərqlidir. Bundan öncə belə bir münasibət var idi ki, əsgəri verirlər qabağa və ölən də o olur. Ancaq indi tam fərqli mənzərənin şahidi olduq və artıq düşüncələr də dəyişdi. Rasim Məmmədov tabor komandiri olub. Tabeliyində 500-ə yaxın hərbi qulluqçu olub. Bu adamın özünün qabağa getməsi artıq onu göstərir ki, bizim ordumuzda da Türkiyə ordusunda olduğu kimi, zabitlər öndə gedirlər. Hər birimizdə bir məğlubiyyət kompleksi var idi. Artıq o yoxdur”.

S.Cəlaloğlu Rasim Məmmədovun ölümündən 4 saat əvvəl ailəsinə telefon açaraq, söylədiyi fikirlər barəsində də danışıb: “Rasimin atası da birinci qrup əlildir. O da tabor komandiri olub. Hətta Heydər Əliyev ona milli qəhrəman adı da vermişdi. O zamanlar Ali Sovetdə onun sənədlərini itirdilər. Rasim hələ 6-7-ci sinifdə oxuduğu zaman atası yaralanmışdı. Hərbçinin həyatının necə olması ona bəlli idi. Lakin buna baxmayaraq o, Hərbi Akademiyaya qəbul olub, hərbçi oldu. Hərbi xidmətinin 90 faizini ön cəbhədə keçirdi. Onu da qeyd edim ki, ailəmizdə 3 zabit, bir əsgər cəbhədədir. Vətən uğrunda ölməsək, ölümə razı olmasaq, bu itkilərdən narahat olsaq, heç zaman Qarabağı azad edə bilməyəcəyik. Rasim şəhid olmadan öncə gedib, atası ilə görüşüb. Atasına deyib ki, mən səndən də 1 mərtəbə yuxarı çıxacağam. Bu isə onun şəhid olmaq istəyinin göstəricisidir. Ölümündən bir neçə gün əvvəl isə həyat yoldaşına zəng edib, bildirmişdi ki, mən ad günümə şəhid kimi gələcəyəm. 2-3 gün sonra onun ad günüdür. Rasim şəhid olduqdan sonra ailə üzvlərimizdən heç birimizdə ruh düşkünlüyü yoxdur. Əksinə, cəbhədə olan qohumlarımız daha da mübariz formada xidmətlərini davam etdirirlər. Rasim ölümündən 4 saat öncə ailəsi ilə telefonla danışıb. O, bildirib ki, ermənilərə elə “turp əkdim” ki, bir daha özlərinə gələ bilməyəcəklər. Atasına da deyib ki, sənin intiqamını aldım. 4 saat ondan sonra şəhid olmuşdu. Hər baxımdan qəlbimiz sakitdir. O, ölümündən öncə öz qisasını da almışdı. Hər birimiz öləcəyik. Ancaq şəhid kimi ölmək başqadır. Hesab edirəm ki, Azərbaycan xalqı şəhidlərə borcludur. Şəhidlər bizim bayrağımız kimi bir atributumuzdur. Onları çox yüksək tutmalıyıq. Bu ruhda xalqı tərbiyə etsək, tezliklə Qarabağı da alacağıq. Əsas olan ruh yüksəkliyidir. Ruhumuz sınmasa, özümüzdən qat-qat güclü dövlətin də qarşısında əyilmədən dayana biləcəyik”.(musavat.com)

"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru