“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                     Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür .....                     Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... .....                     Jurnalistlərə qadağa qoyuldu .....                 

“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” - GƏLİŞMƏ
Tarix: 11-08-2020, 09:02 | Çap et
“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır”
Azərbaycanda icra başçılarının fəaliyyəti hər zaman müşahidə olunub. Hamısına aid edilməsə də, onların əksərinin savadsız olmaları, rüşvətxorluq, korrupsiya hallarına yol vermələri barədə fikirlərə tez-tez rast gəlirik. Son aylarda bir neçə rayonun icra başçısının həbs olunmasının da şahidi olduq.

Reallıq budur ki, rəhbərlik etdikləri rayonları özlərinin şəxsi mülkləri sayan “kiçik padşahlar” kifayət qədər çoxdur. Yerlərdən gələn informasiyalar da onu göstərir ki, hələ də cəzalandırılan həmkarlarının taleyindən nəticə çıxarmayan, köhnə qaydalarla çalışan icra başçıları mövcuddur. Məsələn, bu günlərdə deputat Fazil Mustafa bununla bağlı parlamentdə bir açıqlama ilə çıxış etdi. Fazil Mustafanın Milli Məclisdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısını tənqid etməsi daha sonra skandala çevrildi və o, facebook səhifəsində açıqlama ilə çıxış etdi.

Sitat: “Milli Məclisin iclasında sahibkarlara divan tutan, məhkəmə qərarlarını heçə sayan Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin əməllərini tənqid etmişdim. Üzərindən heç bir gün keçməmiş guya Göyçay sakinlərinin bu tənqiddən qəzəblənib İcra Hakimiyyətinə gələrək mənim çıxışımla bağlı öz narazılıqlarını bildirməsi barədə mediada Göyçay Rayon İcra Hakimiyyəti adından bir açıqlama yer aldı. Açığı mənim üçün sürpriz oldu, çünki belə anlaşılır ki, Göyçay sakinləri öz rayonlarının icra başçılarını o qədər çox sevirlər ki, onun barəsində kiçik bir tənqid eşitdiklərində çox ciddi əsəb keçirirlər. Maraqlıdır ki, hazırda xeyli sayda Göyçay sakinindən də icra başçısının yarıtmaz əməlləri barədə müraciətlər ünvanıma daxil olur və oxuduqca anlayırsan ki, bu cür ”təmiz, dürüst, korrupsiyaya bulaşmamış bir müqəddəs" məmur haqqında bəzi göyçaylılar heç də ədalətli mövqedə deyillərmiş.

Həmin sakinlərdən biri olan Göyçay rayonu Hacalıkəndində yaşayan sahibkar xanım Xəlilova Məhluqə Rəhman qızı bir millət vəkili kimi şəxsimə müraciət edərək Göyçay bələdiyyəsi tərəfindən hüquqlarının pozulmasını bildirmiş və məndən pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş etmişdir. Məsələnin məğzi budur ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin balansında olan 5 ha torpaq sahəsi “əsaslı və ya müvəqqəti tikilinin inşasına yol verilməməsi” şərti ilə abadlaşdırılması və yaşıllığın salınması məqsədi ilə rəsmi qaydada sahibkar Xəlilovanın istifadəsinə verilmiş və burada təyinatına uyğun olaraq sahibkar tərəfindən yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır. Lakin az sonra Göyçay bələdiyyəsi özünə heç bir aidiyyatı olmayan, yəni bələdiyyənin mülkiyyətində olmayan həmin torpaq sahəsi barədə qanunsuz qərar çıxarmış və dərhal zəbt olunduğunu iddia etdikləri 2,7 ha torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Bələdiyyənin bu qərarından sahibkar Xəlilova Şəki İnzibati Məhkəməsinə şikayət etmiş və məhkəmə bələdiyyənin qanunsuz qərarının icrasını dayandırmaq barədə qərardad qəbul etmişdir. Məhkəmənin qərardadına əhəmiyyət verməyən icra başçısı sahibkarın torpaq sahəsinin əlindən zorla alınması üçün icra hakimiyyətinin və bələdiyyənin işçilərinə göstəriş vermiş, torpaq sahəsinin hasarları ağır texnika ilə uçurulmuşdur. Biz, bir millət vəkili olaraq bütün vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına çalışdığımız kimi bu məsələyə də həssas yanaşmış və icra hakimiyyətinin özbaşınalığı barədə Milli Məclisin 07 avqust 2020-ci il tarixli iclasında tənqidi fikirlərimizi səsləndirmişik. Bu çıxışdan nəticə çıxarmaq əvəzinə özünü rayonun kiçik padşahı kimi aparan icra başçısının göstərişi ilə media orqanlarında əleyhimizə əsassız ittihamlar səsləndirilmişdir. Diqqət edirsinizsə, ölkə başçısının korrupsiya və özbaşınalığa qarşı apardığı qətiyyətli mübarizə nəticəsində ötən aylarda bir neçə rayon icra hakimiyyət başçısı öz otağında həbs olundu.

Həmin şəxslərin hər birinin yüksək hakimiyyət eşalonunda himayəçiləri olmasına rağmən prezident xalqı incitdiklərinə və etimadı doğrultmadıqlarına görə onları bağışlamadı. Onların yerinə də korrupsiyaya bulaşmamış nisbətən gənc kadrları təyin etməklə həmin rayonlarda özbaşınalığa son qoydu və bu addım əksər vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən də yüksək dəstək qazandı. Həmin rayonlarda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlı idi. İndi həmin problem Göyçay rayonunda da özünü qabarıq göstərir. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm rayonun həm məhkəməsiyəm, həm də sahibiyəm. Doğrudanmı bu cür vəzifəli şəxslər digər rayonlarda baş verənlərdən, korrupsioner, sahibkarları, vətəndaşları incidən icra başçıları ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərt və ədalətli çıxışlarını izləyib nəticə çıxarmayıblar? Necə ola bilər ki, məhkəmə sahibkarın hüququnu qoruyan qərar çıxarır, məhkəmə icraçıları bu qərarın icra olunması üçün qətiyyətli mövqe göstərir, rayonun icra başçısı isə Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hüququ pozulmuş şəxs kim olursa olsun, istər sahibkar Məhluqə Xəlilova, istər keçmiş millət vəkili Elxan Süleymanov, istər istənilən Azərbaycan vətəndaşı, istərsə də rayon icra hakimiyyətinin başçısı olsun, bir millət vəkili olaraq bizim üçün fərq etməz, hər birinin hüquqlarını qorumaq bizim borcumuzdur. Bir rayonun icra başçısının Azərbaycan dövləti adından məhkəmənin çıxardığı qərara əhəmiyyət verməməsi, yalnız bu qərarı çıxaran məhkəməyə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Azərbaycan dövlətinə qarşı hörmətsizlik göstərən hər bir şəxs kimliyindən, vəzifəsindən, himayədarlarının kimliyindən asılı olmayaraq bundan sonra da tərəfimizdən ən sərt mövqe ilə qarşılaşacaq"...

Deputatların da çıxışları göstərir ki, yerlərdə narazılıq yaradan, yenə də öz ənənəvi metodlarından çəkilməyən icra başçıları qalmaqdadır.

Belə halda suallar yaranır ki, köhnə məmurlar aparılan islahatlara uyuşmaq istəmir. Belə olduğu təqdirdə təkliflər səslənir ki, icra başçıları gənc, perspektlivli kadrlarla əvəzlənsin.

Onlara bu qədər dözümlü yanaşılmasının səbəbləri barədə də müzakirələr gedir, suallar verilir.

Bu müzakirələrdə hakimiyyətin gənc kadrlarla bağlı qıtlıq yaşadığını düşünənlər də var, bunun əksini deyənlər də...

Bəs müxalifətin bu istiqamətdə təklifi varmı? Onlar nə cür düşünür?

AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyət islahatlarda səmimi olarsa, əməkdaşlığa hazır olduqlarını dedi: “Təəssüf ki, deyilənlər həqiqətdir. Hələ də rayonlarda icra başçılarının böyük əksəriyyəti geri qafalı və sovet təfəkkürlü insanlardır. Baxmayaraq ki, hakimiyyət islahatlar kursu elan edib və dövlət idarəçiliyində dəyişikliklər edib. Doğrudur ki, 4-5 rayonun icra başçısı dəyişdirilib gənc kadrlarla əvəzləndi. Ancaq ümumən götürdükdə böyük əksəriyyət dəyişdirilmədən saxlanılıb”.

Tural Abbaslı hesab edir ki, hakimiyyətdaxili bəzi qüvvələr bu prosesin sürətli getməsinin qarşısını almağa çalışa bilər: “Lakin dəyişim prosesinin ağrılarına baxmayaraq bu mərhələ tez bir zamanda tamamlanmalıdır. Müxalifət olaraq biz hakimiyyət səmimi islahatlar edəcəyi halda onunla əməkdaşlıq etməyə hazırıq. İstər kadr məsələlərində, istərsə də islahatlar paketi təqdim etmək mövzusunda təkliflər verməyə hazırıq. Biz zatən proseslərin demokratikləşməsinin tərəfdarıyıq və bunun üçün çalışırıq”.

Partiya sədri deyir ki, hakimiyyət bu prosesləri sürətləndirmək məqsədi ilə müxalifətlə birgə addımlamaq üçün ortaya siyasi iradə qoyarsa, onlar buna hazırdırlar.

ALDP rəhbəri Fuad Əliyev kadr üçün iqtidarın müxalifətə müraciətini vacib sayır: “Hakimiyyət iki ildir ki, kadr islahatı aparır, artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var. Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların əksəri varlı ailələrin uşaqlarıdırlar, onların da bir çoxunda normal savad yoxdur. Bir də xaricdə təhsil almaq, hələ o demək deyil ki, onlar idarəçiliyi bilirlər. İdarəçilik böyük bir məktəbdir. Sovet sistemində hansısa vəzifəyə təyinata öncə kadrın idarəetmə təcrübəsi əsas götürülürdü, idarəetmə qabiliyyətinə, təşkilatçılıq amillərinə üstünlük verilirdi. Düzdür, bu gün o sistem deyil, kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipi əsas götürülür. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər. Hakimiyyətin bilikli ehtiyat kadrları yoxdur. İllər boyu icra strukturlarında yerdəyişmə olub. Məmur üçün 5-7 il bəs edir ki, öz iş potensialını ortalığa qoysun. Bu illərdə o çalışır ki, bir iş görsün. Əgər 5-7 ildən sonra o vəzifədə qalırsa, artıq öz maraqlarına xidmət edir. Bizdə isə 20 ildən çox vəzifədə olanlar var. Hətta 20 il parlamentə gedib-gələn deputatlar var. Fikrimcə, kadrın təyinatında onun idarəetmə qabiliyyəti və təcrübəsi əsas götürməlidir. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. Məmurlar başa düşməlidirlər ki, onlar dövlət qulluqçularıdırlar. Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir. Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar. Dəfələrlə təklif vermişəm ki, müxalifət daxilində savadlı, idarəçiliyi və işini bilən mütəxəssis kadrlar var. Müraciət etsinlər, biz də kadrlarımızı verək. Bu dövlət hamımızındır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, hər kəs öz bildiyi sahəyə gətirilməlidir: “Fikrimcə, bu sual daha çox hakimiyyətə yönləndirilməlidir ki, niyə rüşvətxor, korrupsioner icra başçıları hələ də vəzifədə saxlanılır. Düzdür, bir sıra icra başçıları barədə sərt tədbirlər görüldü, cəmiyyət də bunu xoş qarşıladı. Nədənsə proses bir qədər dayandı. Amma bütün gücü ilə davam etdirilməlidir. Rüşvət, korrupsiya xərçəng kimi, ölkəni içdən yeyir, odur ki, ona qarşı fundamental tədbir görülməlidir. O ki, qaldı yeni kadrların vəzifəyə gətirilməsinə - biz bunu o halda dəstəkləyirik ki, hərə öz yerində, öz bildiyi sahədə vəzifəyə gətirilsin. Ümumiyyətlə, götürüldükdə isə bizdəki mövcud idarəetmə, o cümlədən də, yerli idarəçilik və özünüidarəetmə ciddi dəyişiklik, islahat tələb edir. Mövcud idarəetməmiz aşağıdan yuxarıya daha çox mərkəzləşmiş və inzibatçılığa söykənən idarəetmədir. Demokratik olması üçün yerli özünüidarəetməni gücləndirib, mərkəzin təmsilçisi olan yerli icra hakimiyyətinin səlahiyyətlərini və işçilərinin sayını azaltmalıyıq”.

AMİP katibi Əli Orucov: “Kadr məsələsi bütün hakimiyyətlərin uzunömürlülüyündə və keyfiyyətli fəaliyyətində başlıca faktorlardan biridir. Odur ki, iqtidarlar kadr seçimində diqqətli olurlar. Azərbaycanda isə əksinə kadr seçimində peşəkarlığa, işgüzarlığa və bu kimi müsbət keyfiyyətlərə görə deyil, əksər hallarda sadiqliyə, qohumluq əlaqələrinə və digər amillərə görə təyin edirlər. Bu da nəticə etibarı ilə kadrların iş prinsipinə və fəaliyyətinə mənfi təsir göstərir. Özbaşınalıq və arxayınçılıq yaradır. Doğrudur, son dövrlər prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır. Həm yerli, həm də mərkəzi hakimiyyət orqanlarına gənclər təyinatlar alıblar. Lakin bu yetərli deyil. Həm də ona görə ki, gənc kadrlar köhnə idarəçilik metodları ilə fəaliyyət göstərmək məcburiyyətindədirlər. Onların sərbəstliyinə və təşəbbüskarlığına imkan verilmir. Yenə də sərt mərkəzləşdirilmiş idarəçilikdə qalırlar. Eyni zamanda, harasa bağlılıq, sadiqlik, qanunlarda boşluqlar və bir sıra neqativ hallar müasirliyi və yeni idarəçilik texnologiyalarının tətbiqini mümkünsüz edir. Üstəlik də korrupsiya və rüşvətxorluq halları müxtəlif formalarda qalır. Şəffaflıq yoxdur, ona görə də bəzən gənc kadrlar özlərini doğrulda bilmirlər. Müxalifət olaraq hesab edirik ki, kadrların seçimində ayrı-seçkilik hallarına, hakimiyyətə sadiqliyinə, qohumluq və yaxınlıq əlaqələrinə görə, maddi maraqlara görə deyil, peşəkarlığa, işgüzarlığa, insanlarla işləmək bacarığına və bu kimi keyfiyyətlərinə görə seçildilər. Eyni zamanda, burada siyasi baxışlar və ideologiya ciddi rol oynamamalıdır. Tutaq ki, hansısa sahə üzrə hazırlıqlı kadr hakim partiyanın ideologiyası daşımır, lakın onun potensialından istifadəyə fayda var. Biz dəfələrlə bu istiqamətdə təkliflərimizi vermişik. Ümid edirik ki, hakimiyyətin kadr islahatı imitasiya xarakteri daşımayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru