Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                 

“İnsanlara real qəhrəmanlar lazımdır” - deputat
Tarix: 1-09-2020, 08:44 | Çap et
“İnsanlara real qəhrəmanlar lazımdır”
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var. Qeyd olunur ki, birinci Qarabağ savaşı zamanı qəhrəmanlıq göstərənlərin, habelə atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin dərsliklərdə geniş təbliğatına ehtiyac var.

Bu günə qədər dərsliklərdə Koroğlu, Qaçaq Nəbi, Babək haqqında yetərincə şeirlər, dastanlar öz əksini tapıb. Lakin bəzən bu qəhrəmanlar çox şişirdilmiş, bəzən nağılvari şəkildə tərənnüm olunur. Polad Həşimov, Raquf Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimiz isə real və gerçək qəhrəmanlardır.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblillər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq, məktəbli uşaqlara pulsuz paylanılmışdı. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu cür generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını təklif etmişdi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Musa Qasımlı qeyd edib ki, hazırkı dövrdə şagirdlərə daha çox qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklər verilməlidir:

“Dövlətimizin təhsil strategiyasının tərkib hissələrindən biri olan dərslik siyasəti müstəqillik illərində böyük bir yol keçib. Tarix dərsliklərində müstəqil dövlətçilik, vətən, torpaq, millət sevgisi aşılayan mövzular, tarixi şəxsiyyətlərimiz və dövlət xadimlərimiz haqqında məlumatlar vardır. Bütün keçmiş minilliklər tariximizi bilməyimiz vacibdir. Orada bizim milli və dövlətçilik köklərimiz yatır.

Bununla yanaşı, hesab edirəm ki, biz şagirdlərimizə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan bilikləri daha çox verməliyik. Ona görə də dərsliklərdə general-mayor Polad Həşimov haqqında məlumatların verilməsi yaxşı olardı. Şagirdlərimiz ondan vətəni sevməkdə, qorumaqda və düşmənə sinə gərməkdə örnək alardılar. Tarix dərslikləri quru, bəzən də heç bir məna daşımayan statistik, xronoloji məlumatlardan təmizlənməli, başlıca olaraq vətən, torpaq, dövlət, millət sevgisi aşılamalı, yaxşı vətəndaş yetişdirilməsində başlıca rol oynamalıdır".

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, ən böyük qəhrəmanlarımızdan biri də Nuru Paşadır: “Lakin onun adı mücərrəd qəhrəmanlar, Azərbaycana dəxli olmayan, fəaliyyəti müstəqilliyimiz üçün əhəmiyyət kəsb etməyən şəxslərlə müqayisədə çox arxa planda qalır. Eyni zamanda son dövrlərin qəhrəmanlarından olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov və digər dəyərli şəhid zabit və əsgərlərimizin obrazlarını təqdim etməyə tələsmirik. Əslində isə insanlara real qəhrəmanlar lazımdır. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün çox valideyn qız övladına Natəvan adını verir. Məlum olduğu kimi, zamanında Xan qızı Xurşudbani övladı vəfat etdikdən sonra Natəvan təxəllüsünü özünə götürüb. Natəvan ”yazıq, miskin insan" deməkdir. Bu gün də adın fərqinə varmadan bu adı övlada qoyurlar. Bu isə mahiyyətcə doğru deyil. Eləcə də qəhrəmanların mahiyyətinə baxışımız kökündən yanlışdır, təhrif olunmuşdur. Bu səbəbdən real qəhrəmanlara qayıtmalıyıq. Məsələn, əgər Qarabağda qalib gəlmək istəyiriksə, bizim obrazımız Koroğlu, Babək ola bilməz. Obrazımız Nuru Paşa olmalıdır, hansı ki, Bakını işğalçılardan azad edib. Yəni bu obrazı daha dərindən anlasaq, bilərik ki, qalib gəlmək mümkündür. Və yaxud vətən üçün şəhid olmaq obrazı deyəndə Mübariz İbrahimovu, Polad Həşimovu, Raquf Orucovu göstərmək kifayət edər.

Bizə real qəhrəman ona görə lazımdır ki, biz görək ki, bizdən biri olan, bizimlə eyni yeməyi yeyən şəxs gəlib Bakını azad edə bildi. Necə ola bilər ki, Azərbaycan zabiti özünü bu ruhda hazırlamasın və Qarabağı azad etmək haqda düşünməsin. Amma bir daha qeyd edirəm, bunu koroğluçuluqla təbliğ etmək çox çətin olacaq".

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Azərbaycan Respublikasının dərslik siyasətinə görə dərsliklər şəxsiyyət yetişdirməlidir. Xüsusən də son dövrdə Azərbaycanda Qarabağ müharibəsində baş verən proseslər dərsliklərdə insanları qələbəyə olan inamı artırmalıdır. Ona görə də dərsliklər gənc nəslin milli-vətənpərvər ruhunda yetişməsinə, eyni zamanda bu hisslərin oyadılmasına müsbət təsir etməlidir.

Birmənalı şəkildə istər 2016-cı ildə baş verən Aprel döyüşləri, istərsə də 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmanlıq göstərən zabit və əsgərlərimiz haqqında məlumatlar mütləq şəkildə dərsliklərə salınmalıdır. Çünki bu hadisələr həm Azərbaycan, həm də dünya əhəmiyyətli hadisələrdir.

Etiraf edək ki, son dövrlərdə ölkədə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün müsbət milli qəhrəman obrazlarında çatışmazlıqlar var. Məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digərlərin adları, onların haqqında məlumatların dərsliklərə gətirilməsi bu boşluqları aradan qaldıra bilər.

Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru