“Onlar maraqlıdır ki, Tofiq bəyin durumu ağırlaşsın, ölüm olsun və onlar da aylarla şou düzəltsinlər” - QALMAQAL
Tarix: 15-09-2020, 08:29 | Çap et
Həbsdə olan Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu sentyabrın 2-dən etibarən keçirdiyi aclıq aksiyasını dayandırmır.
Tibb elmləri doktoru Adil Qeybullanın xahişi ilə onun işlədiyi “City Hosbital”a köçürülən T.Yaqublu israrla aksiyanı burada da davam etdirir.
Penitensiar Xidmətin bu məsələyə dair məlumatında deyilir ki, T.Yaqublu ilə müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.
T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya - “City Hospital”a köçürülüb.
Sentyabrın 14-də isə vəkil Elçin Sadıqov T.Yaqublu ilə görüşüb. O, bu barədə T.Yaqublunun qızı Nigar Həziyə məlumat verib.
“Elçin bəy dedi ki, Tofiq Yaqublu uzanıqlıydı və halı yox idi qalxmağa. Qida qəbul etmir, gözləri çox dərinə düşüb. Təzyiqi düşübmüş, sonra tənzimləyiblər” - deyə N.Həzi deyib.
Ombudsman Aparatının nümayəndələri də sentyabrın 14-də Tofiq Yaqublu ilə görüşüblər.
APA-nın xəbərinə görə, bu barədə onun qızı N.Həzi məlumat verib.
O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb.
N.Həzinin özü də sentyabrın 14-də atası ilə görüşməyə nail olub. Görüşdən sonra o deyib: “Artıq sistemləri də dayandırıb. Bildirdi ki, bundan sonra sistem vurulmasına imkan verməyəcək. Hətta doktor Adil Qeybulla belə israr etsə də, bu olmayacaq. Xeyli zəifləyib. Vəkillərinin hər gün onunla görüşünə icazə verilməsini tələb edir”.
Onun sözlərinə görə, Tofiq Yaqublu zəifləməsinə baxmayaraq, aksiyanı davam etdirməkdə israrlıdır: “Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm. Heç bir qidalanmadan söhbət gedə bilməz. Ona vurulan sistemlər də qida tərkibli deyil”.
Qeyd edək ki, T.Yaqublunun aksiyaya başladığı ilk gündən onun ətrafında şou yaratmaq istəyən qüvvələr peyda olub. Onların önündə isə əsasən AXCP-dən ibarət olan Milli Şura və xaricdəki bəzi mühacirlər gedir. Burada Amerikada yaşayan və internet üzərindən canlı yayımlar edən jurnalist Sevinc Osmanqızı da çox aktiv görünür. Açıq şəkildə müşahidə olunur ki, bu qüvvələr T.Yaqublunun aksiyanı dayandırmasını heç bir halda arzulamırlar, əksinə, hökumətin üzərinə getmək üçün əllərinə düşən şansdan sona qədər yararlanmağa çalışırlar.
Bu qüvvələrin ittiham etdiyi tərəflərdən biri də A.Qeybulladır. Onu hökumətin sifarişini yerinə yetirərək, T.Yaqublunu işlədiyi xəstəxanaya gətirib, komaya salmaq niyyətində olmaqda ittiham edirlər. Hətta ötən ilin oktyabrından komaya düşən və hələ də ayılmayan hüquq müdafiəçisi O.Gülalıyevi də bu məsələyə qoşur, onun bu vəziyyətə düşməsində A.Qeybullanı günahkar çıxarmağa çalışırlar. Belə müdhiş iddia irəli sürürlər ki, həkim bilərəkdən Gülalıyevin əməliyyatını gecikdirib. Qəzadan sonra ilk olaraq, “City Hosbital”a yerləşdirilən hüquq müdafiəçisinin oradan çıxarılmasında da A.Qeybulla suçlu bilinir. O.Gülalıyevin iki oğlu-Təbriz və Əli-yazdıqları statuslarda ən sərt formada ittiham hədəfinə “City Hosbital”ın həkimini çıxarıblar.
Bütün bu ittihamlarla bağlı A.Qeybulla Musavat.TV-nin canlı efirinə çıxaraq, məsələyə geniş şəkildə əvvəldən axıra qədər bu cür aydınlıq gətirib: “Mən bu ailə ilə 30 ildir dostam. Ortada bir güvən var. İcazədən sonra Tofiq bəyi normal bir şəraitdə müayinə etdim. Ümumi durumu, müalicəsi, tibb işçilərinin ona münasibəti ilə maraqlandım. Razılığını bildirdi. Mən də ondan aclıq aksiyasını dayandırmağı xahiş etdim. Əslində onun bu aksiyası çox təhlükəlidir. Bu, ölümə gedən aclıqdır. Yaşlı adamda ciddi risklər yaradır. Şəxsi nəzarətim altında xəstəxanaların birində müalicəsinə şərait yaradılması ilə bağlı müraciətim nəzərə alındı. Bunun üçün təşəkkür edirəm. Mən neçə ildir ki, burada çalışdığım üçün bura köçürdülər. Əslində Tofiq Yaqublunun kamerası oradan bura dəyişdirilib. Konvoylar ciddi nəzarət edirlər. Tofiq bəyin təhlükəsizliyi tam təmin olunub. Onun vəziyyəti, hər halda, bura gələndən yaxşıdır. Nəzarət altındadır. Aclıq aksiyası davam edir. Hər şey ciddi kontrol altındadır. Məhbus olduğu üçün yanına heç kəs buraxılmır. Ümumiyyətlə, aclıq aksiyası keçirən adamın yanına heç kimi buraxmaq olmaz. O, tibbi nəzarətdə olmalıdır. Tofiq bəy ayrıca bir palataya yerləşdirilib. Hesab edirəm ki, heç bir narahatlığa əsas yoxdur. Mütəmadi olaraq, ailə üzvlərinə məlumatlar verilir. Əlbəttə, onun aclıq askiyası keçirdiyi üçün durumu narahatlıq doğurur. Onun yanına vəkillər və Ombudsman Aparatının nümayəndələri girə bilirlər. O da iki dəqiqə sözünü deyir və çıxırlar. Tofiq bəy Amerikada oturub boş-boş danışanların danışıqlarına rəğmən danışa bilir. Hər şeyə rəğmən hələ də aclıq aksiyasını davam etdirməkdə israrlıdır. İttiham olunmağıma gəlincə, bu məsələnin ətrafında panika yaradanlar iki qrupa bölünürlər. Birincisi, vəziyyətdən səmimi narahat olanlardır. İkincisi isə bu məsələnin ətrafında şou yaratmaq, siyasi divident qazanmaq, haradansa qrant almaq və gündəmdə qalmağa çalışanlardır. Təəssüflər olsun ki, müəyyən adamlar sosial şəbəkələrdə bu avatürist adamların axarına düşürlər, səmimi yanılırlar və nəticədə müxtəlif nəticələr çıxarırlar. Bu cür fikirlər yayanların təsəvvürləri ya yanlışdır, ya da məqsədli şəkildə bunu edirlər. Sezdiyim odur ki, bir qrup Tofiq Yaqublunun bu aksiyanı davam etdirməsində maraqlıdır; Tofiq bəyin durumu ağırlaşsın, ölüm olsun və onlar da bunun ətrafında aylarla şou düzəltsinlər. Çünki danışmağa başqa mövzuları yoxdur. Onlar son enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aksiyanı davam etdirsin...”
Həkim O.Gülalıyevlə bağlı ittihamlara da cavab verib: “Watsapp üzərindən Oqtay Gülalıyevin həyat yoldaşının imtina ərizəsini atacam. Orada Oqtay bəyin başqa xəstəxanaya aparılması yer alır. Yəni o qərar yoldaşı tərəfindən verilib. Deyilənlər tamamilə yanlışdır. Bu məsələni üzərimə çevirmək konkret məqsədli xarakter daşıyır. Oqtay Gülalıyevin ”City Hospital"ı suçlayan oğlunun tərbiyəsində qüsur var. Amma həmin hadisədən bir ay əvvəl burnundan burada əməliyyat olunub. Oqtay bəyi burada gördüm, soruşdum, dedi ki, uşaq əməliyyat olub. İndi nə oldu ki, bura onun dediyi kimi oldu? İnsanın bir etikası olar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Bu gün, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Bu gün, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Bu gün, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Bu gün, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Bu gün, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Bu gün, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10 |
|
|
|
• “Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02 |
|
|
|
• İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00 |
|
|
|
• Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58 |
|
|
|
• Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12 |
|
|
|
|