“Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər” - ÇAĞIRIŞ
Tarix: 14-10-2020, 08:58 | Çap et
![“Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər” “Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər”](/uploads/posts/2020-10/1602651488_0001.jpg) İşğalçı Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə şəhərlərinə, Tərtərə, Ağcabədiyə və digər rayonlara mülki əhalinin üzərinə raket zərbələri endirməsi bu şəhərlərin əhalisinin ruh yüksəkliyini sındıra bilməyib. Adı çəkilən şəhərlərə isə paytaxtın diqqətini daha da artırıb. Raket zərbəsindəın ziyan görən şəhərlərimizin insanlarında ruh yükəskliyini daha da artırmaq üçün müvafiq addımlar atılır. Lakin diqqətçəkən məqamlardan biri odur ki, bu prosesdə “siyasi partiyaların liderləri sərhəd bölgələrinə, atəşə tutulan Gəncəyə, Mingəçevirə, Bərdəyə, Tərtərə niyə getmir” sualı da buradan yaranır.
Bu barədə fikirlərini öyrəndiyimiz ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, istər cəbhəyə əsgərlərlə görüşə, istərsə də Ermənistanın raket zərbələri endirdiyi Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərimizə hadisə yerinə siyasi partiyaların sədrlərinin səfərini təşkil etmək lazımdır. Bunu vahid mərkəzləşdirilmiş formada hökumət təşkil etməlidir ki, effekti olsun, xaos formasında olmasın: “Siyasi partiyaların sədrləri gedib insanlarda vətənpərvərlik ruhunu yüksəltməlidir. Qeyri-ciddi adamların, qeyri-ciddi sahənin təmsilçilərinin cəbhə xəttinə gediş-gəlişinə isə şərait yaradılmamalıdır.
Biz partiya sədrlərinin özfəaliyyət formasında cəbhə xəttinə və ya raket zərbələri endirilmiş şəhərlərimizə gedişinin tərəfdarı deyilik. Çünki hərbi vəziyyətdir, komendant saatı tətbiq edilir. Ona görə də səfəri hökumət təşkil etməlidir. Bu olsa çoxlarımız getməyə hazırıq. Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dedi ki, raket zərbələri endirilən şəhərlərimizə siyasi partiya sədrlərinin getməməsinin səbəbləri var: “Ölkədə 50-dən yuxarı partiya qeydiyyatdadır. Bunlardan təxminən 20-sinin real fəaliyyəti nəzərə çarpır. İkincisi, biz siyasilər məsuliyyətimizi dərk edən adamlarıq. Müharibə gedir və belə vəziyyətdə biz Azərbaycan hakimiyyəti ilə müttəfiqik, siyasi təşkilatlar öz fəaliyyətlərini faktiki olaraq dondurublar. Hakimiyyətin müharibə ilə bağlı hansı təşkil etdiyi və edəcəyi tədbir varsa, biz orada iştirak etməyə hazırıq. Ona görə də komandanlıq, hakimiyyət məsləhət bilsə və təşkil edilsə, siyasi partiyaların sədrləri həmin şəhərlərə və cəbhə xəttinə getməyə hazırdırlar. Bu cür işlər özfəaliyyətlə olmamalıdır. Bu sahəyə nəzarət edən adamlar, Prezident Administrasiyası əgər məqsədəuyğundursa, siyasilərin səfərlərini təşkil etməlidir. Bu cür ciddi iş planlı şəkildə olmalıdır, kortəbii formada olmamalıdır. Hətta özfəaliyyət şəklində səfər etsək belə, Azərbaycan telekanallarının çoxu bizi, əsasən müxalifət partiyalarının sədrlərini boykot ediblər, insanlarda ruh yüksəkliyi yaratmaq üçün etdiyimiz səfəri işıqlandırmayacaqlar. Efirə elə adamlar çıxarılır ki, nə bir ictimai nüfuzu var, nə danışığının məsuliyyətini dərk edə bilmir”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, hazırda çox həssas dönəmdir və bəzi partiya sədrlərinin bu dönəmdə səbhə xəttinə və oraya yaxın şəhərlərə səfər təşkil edilməsi ilə bağlı təklifləri olub: “Biz təklif etmişik ki, bu cür səfərləri hökumət özü təşkil eləsin. Siyasi partiyaların sədrləri həmin şəhərlərə gedərək həmrəylik nümayiş etdirsinlər. Onsuz da siyasi partiyalar ümumi prosesdə həmrəydirlər və dövlətin yanındadırlar. Düşmən hədəfində olan yerlərimizdə partiya sədrlərinin birgə görünərək yerli əhali ilə həmrəylik nümayiş etdirməsi yaxşı effekt verər. Biz buna hazırıq. Biz o bölgəyə ayrı-ayrı getmək və bunu reklam eləmək fikrindən uzağıq. Bizim partiya olaraq konkret atdığımız addımlar var, amma bunu reklam etmirik. Hökumət səfəri təşkil edərsə, biz hazırıq”. “Yeni Müsavat”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Dünən, 14:10 |
|
|
|
• “Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Dünən, 14:02 |
|
|
|
• İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Dünən, 14:00 |
|
|
|
|