“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                 

"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq" - deputat
Tarix: 16-10-2020, 08:43 | Çap et
"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq"
Ölkədə koronavirusla bağlı vəziyyət yenidən gərginləşməyə başlayıb. Belə ki, oktyabrın 14-də ölkədə koronavirus infeksiyasına yeni 369 yoluxma faktı qeydə alınıb. Yoluxma sayının birdən-birə artması xeyli təşviş doğurub. Qeyd edək ki, Quba və Lənkəranda pandemiya ilə bağlı vəziyyət gərginləşdiyi üçün 15 oktyabrdan etibarən qeyd olunan rayonların bəzi kəndlərinə giriş-çıxış dayandırılıb.

Belə ki, Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Bir neçə gün öncə Sabirabadda da koronavirusla bağlı vəziyyətin gərginləşdiyi haqda məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar rəsmi olaraq öz təsdiqini tapdı və bildirildi ki, oktyabrın 14-dən etibarən Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılır.

Beləliklə, yaranmış vəziyyəti nəzərə alaraq, bir çoxları hesab edir ki, yenidən ölkədə karantin rejimi sərtləşdirilə, SMS icazə yenidən tətbiq edilə bilər.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bu barədə vətəndaşlara çağırış edərək bildirib: “Sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə ordumuz üçün təhlükə törədir. Hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm”.

Ölkədə koronavirusun sürətlə artması yenidən Bakıya və bölgələrə giriş-çıxış qadağasını gətirə bilərmi? Ekspertlər mövcud vəziyyəti necə dəyərləndirir?

Mövzu ilə bağlı deputat, tibb elmləri namizədi Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Hələ avqust ayında mütəxəssislər bu barədə öz fikirlərini söyləyirdi. Proqnozlaşdırılırdı ki, oktyabr-noyabr aylarında koronavirusa yoluxanların sayı artacaq. Bu da iqlim dəyişikliyi, havaların soyuması, rütubətli havaların artması ilə bağlıdır. Payız-qışa doğru immunitetin zəifləməsi məsələsi də var. Eyni zamanda son 2 həftədə biz koronavirusla mübarizəni sanki arxa plana keçirdik. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, vətəndaşlarımızın bu məsələyə münasibəti demək olar ki, koronavirusla mübarizəni bir qədər unutdurdu. ”Hər şey qələbə, cəbhə üçün" deyirik, amma arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq".

Musa Quliyev qeyd edib ki, bütün təbliğat vasitələrində koronavirusla mübarizə yenidən ön plana keçməlidir: “Artıq biz mətbuatda, mediada koronavirusla bağlı təbliğat materiallarını görmürük və bu da insanların istər- istəməz sayıqlığını azaldır, gizli və təhlükəli düşməni olduğunu yaddan çıxardır. Bu mənada Qubada və Lənkəranda karantinin rejiminin sərtləşdirilməsi ciddi bir siqnaldır. Nəzərə alsaq ki, bizim tibb kollektivimizin bir hissəsi orduya cəlb olunub, koronavirusla mübarizəyə diqqəti artırmaq lazımdır. Cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə toplantılar çox olur. Məsələn, hərbi xidmətə yola salma, şəhid və yaralıları qarşılanması zamanı bəzən çoxlu sayda insan bir yerə toplaşır. Lakin burada da vətəndaşlar gərəkdir ki, sayıqlığını qorusunlar. Təbii ki, yaxın vaxtlarda tezliklə biz Qarabağı tamamilə işğaldan azad edəcək və zəfər yürüşümüzü qələbə ilə tamamlayacağıq. Lakin eyni zamanda daxildə koronavirusla mübarizəni zəfərlə başa vurmağa çalışmalıyıq və düşünməliyik ki, nə qədər pandemiyanın spesifik müalicəsi tapılmayıb, virus əleyhinə geniş şəkildə vaksin tətbiq olunmayıb, biz öz-özümüzü qoruma tədbirlərindən ciddi şəkildə istifadə etməliyik. Qaydalar da həmişə olduğu kimidir, qapalı məkanlarda maska taxmalı, insanların kütləvi şəkildə toplaşmasına imkan verməməliyik. Xüsusən də nəqliyyat vasitələrində qaydalara riayət etməli, sosial məsafəni gözləməliyik”.

Musa Quliyev qeyd edib ki, əgər Bakıya və bölgələrə giriş-çıxış qadağası yenidən tətbiq olunarsa, bunun yalnız müsbət tərəfləri olacaq: “Əgər qadağa tətbiq edilərsə, bu o deməkdir ki, arxa cəbhədə vətəndaşlarımızı qoruyacağıq”.

Musa Quliyev qeyd etdi ki, ön cəbhədə koronavursun yayılması ehtimalı demək olar ki, yoxdur: “Çünki ordumuzda bu məsələ ciddi nəzarət altındadır. O cümlədən də orduya çağırılan, səfərbərliyə cəlb olunan hər bir gənc koronavirus testindən keçir, müəyyən prosedurlardan sonra kütləvi şəkildə ordu sıralarına cəlb olunur. Bu baxımdan ön cəbhədə təhlükə olmayacaq. Lakin arxa cəbhədə vətəndaşlarımızı koronavirusdan qorumalıyıq ki, vəziyyət daha da gərginləşməsin".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev isə son açıqlamasında bildirib ki, karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac yoxdur:

“Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejimini sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Dünən, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Dünən, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru