Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                     Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                     ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib .....                     “Baydenin dövründə Azərbaycan 4 il itirdi” .....                 

"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik" - deputat
Tarix: 5-06-2021, 08:46 | Çap et
"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik"
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Bu yarış paytaxtımızda artıq 5-ci dəfədir keçirilir. Lakin əhalinin yarışı sevinclə qarşıladığını söyləmək mümkün deyil. Çünki “Formula-1” hələ başlamamış şəhərin mərkəzi hissəsi qadağan olunmuş zonaya çevrilir, yollar və küçələr bağlanır, nəticədə Bakının digər yerlərində tıxaclar yaranır, insanlar əziyyət çəkir. Xüsusən Bayıl istiqamətində yaşayan əhalinin iş və digər məqsədlər üçün mərkəzə gəlib-getməsində böyük çətinliklər yaranır. Sosial mediadakı reaksiyalardan da aydın görmək olur ki, insanlar “Formula-1”i ciddi problem sayır, onun tez yekunlaşması və bir daha Bakıda keçirilməməsi üçün az qala dua edirlər.

Bəs, bu yarışın keçirilməsi ölkəyə nə verir? Bəlkə ölkənin reklamına və turist axınına ciddi töhfəsi var, əhali bunu bilmir? Əhalinin əksəriyyəti bu yarışın keçirilməsini arzu etmədiyi halda, hökumət niyə ictimai rəyi nəzərə alıb, “Formula-1” sevdasından vaz keçmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında “Formula 1” və onun kimi idman yarışlarının faydasından söhbət açdı:

“Bu cür yarışların keçirilməsi Azərbaycan üçün bir imic məsələsidir. Biz dünyada tanınmış bir ölkəyik. Dünya bizimlə hesablaşır. Bu, cənab Prezidentin praqmatik, strateji siyasətidir. Uğurlu müharibədən yeddi-səkkiz ay keçib, biz artıq “Formula 1” kimi dünya miqyaslı yarışlara ev sahibliyi edirik. Cənab Prezident deyir ki, mən istəyirəm, Azərbaycanı bütün dünyada bir daha tanıdaq. Qoy, hamı bizi tanısın və bilsin ki, Azərbaycan budur. Müharibədən, pandemiyadan, dünya iqtisadi böhranından uğurla çıxdıq. Biz bir daha təsdiq edirik ki, çox güclü, dayanıqlı, inkişaf etmiş bir ölkəyik. Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik”.

İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:

“Ancaq təəssüf ki, “Formula 1” kimi layihələr onsuz da sıxlıq yaranmış şəhərin vəziyyətini daha da çətinləşdirir. Paytaxtın mərkəzi küçələrini bağlayıb, yarış dövründə əhaliyə əziyyət verməyə və kütləvi narazılıq yaratmağa adətkardırlar. Başqa ölkələrin təcrübəsində şəhərdən kənar yerlər hazırlanır və “Formula 1” yarışları orada keçirilir. Yalnız Monako burada istisnalıq (Monako Qran Prisi) təşkil edir. Orada yarış şəhərin daxilində keçirilir, həmin yerə də şəhərdaxili demək olmaz. Monako balaca bir yerdir“.

Ekspertin fikrincə, yarışın keçirilməsi üçün Azərbaycanda kifayət qədər yer tapıla bilərdi:

“Yarışın şəhərdə keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə ictimaiyyətinə qaranlıq qalıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti ictimai fikri heçə sayır. Bu isə çox mənfi haldır. Bildiyim qədərilə reklam şirkətləri “Formula 1” yarışları ilə əlaqədar Azərbaycana az reklam verirlər”.

N. Bəydəmirli bu cür yarışlar keçirilərkən gəlir və xərclərin araşdırılmasını təlkif edir:

“Niyə müqavilə məcburən 5 il bağlanmışdı və 5 il uzadılmaq şərtilə hər il keçirilir? Onsuz da dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənir. Vəsaitlər ora-bura xərcləndiyindən, Azərbaycan vətəndaşı da bu cür yarışlara yaxşı baxmır. Hökumət isə düşünür ki, nə olacaq, 8 milyard dollarlıq Avropa Oyunları keçirmişik, “Formula 1” nədir ki?..”

N.Bəydəmirli “Formula 1” üçün hazırlıq başlayarkən və küçələr daraldılarkən şəhərdən çıxdığını deyir:

“Saatlarla tıxaclarda qalmaq insanlara əziyyət verməkdən başqa bir şey deyil. Azərbaycan əhalisinin təqribən altmış faizindən çoxu şəhərdə yaşayır. Bütün bunları nəzərə almamaq, ictimai fikrə hörmət etməmək ondan xəbər verir ki, Azərbaycan hökuməti nə vətəndaşın vergisindən, nə də səsindən asılıdır. Hökumət o zaman insanları dinləyir və ictimai fikrə önəm verir ki, sadaladığım bu iki amil ortada olsun. Bunlar olmadıqda ictimai fikrə önəm verilmir. Bir məmur vəzifədən gedərkən, dünyasını dəyişərkən insanların onların arxasından yazdıqları və danışdıqlarını hamımız görürük. Məmurlar həmin sözlərdən nəticə çıxarmalıdır. Sosial şəbəkələrdə onlar barədə gedən müzakirələrə göz gəzdirsinlər. Başa düşməlidirlər ki, istənilən vəzifə müvəqqətidir. Bürokratlar, bizim xidmətimizdə duran insanlar vətəndaşları qul gözündə görməməlidirlər. Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, bu cür siyasətdən imtina edilməlidir”.

İqtisad Universitetinin professoru Elşad Məmmədov hesab edir ki, “Formula 1” kimi beynəlxalq, mötəbər idman yarışının Azərbaycanda keçirilməsi sözsüz ki, ölkəmizə müəyyən dividentlər gətirir:

“Amma eyni zamanda, bu tip yarışların təşkili prosesində mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyəti, ictimai münasibətləri nəzərə almalıyıq. İctimaiyyətin bu tədbirlərə reaksiyasını öyrənməliyik. Çünki son nəticədə ölkədə keçirilən tədbirlər əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməlidir”.

Ekspertin qənaətinə görə, iqtisadi nöqteyi-nəzərdən prioritetlər düzgün qurulmalıdır:

“Aydındır ki, bu tip yarışların keçirilməsinin müsbət nəticələri var. Amma ölkədə həllini gözləyən bir çox sosial-iqtisadi məsələlər var ki, onlara lazımı səviyyədə diqqət verilməsinə ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda bundan sonra keçirilən tədbirlərin planlaşdırılmasında mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyət nəzərə alınmalı, bu tədbirlərin müsbət və mənfi nəticələri barədə gözləntilər planlaşdırma ilə bağlı olan tədqiqatlarda öz əksini tapmalıdır”.

E.Məmmədovun fikrincə, əgər prioritet hesab olunan sosial-iqtisadi layihələr öz həllini tapıbsa, bu tip yarışların keçirilməsi ölkənin beynəlxalq arenada tanınmasında müsbət təsir göstərə bilər:

“Amma sosial yönümlü, iqtisadi inkişafla bağlı layihələrin icrasına bu gün ehtiyac var ki, mütləq şəkildə onlar qəbul olunan qərarlarda öz əksini tapmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru