Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                     Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                     ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib .....                 

"Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik" - Partiya sədri
Tarix: 5-06-2021, 09:06 | Çap et
"Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik"
“Psixoloji üstünlüyümüzü qorumaq üçün qətiyyən güzəştə getməməliyik. Hətta bir santimetr torpağa görə Ermənistana müharibə də elan edə bilərik. Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik ki, güzəştə getməyəcəyik və güzəşt olmayacaq. Hər kəsə o mesajı verməliyik ki, yeri gəlsə, antiterror əməliyyatlarına başlayarıq, Ermənistana müharibə elan edib sərhədlərimizi bərpa edərik. Bu qətiyyət, birlik və siyasi iradə bizdə var”.

Ağ Partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Xarici təzyiqlərin olduğu bir vaxtda Azərbaycan siyasi iradə nümayiş etdirərək erməni terrorçularını mühakimə edir. Təzyiqlər bu prosesi dayandıra bilərmi?

- Biz hər sahədə - istər diaspor, istər diplomatiya, istərsə də digər sahələrdə mübarizəmizi davam etdirməliyik. Bu təzyiqlərə qarşı təsirli addımlar atmaq lazımdır. Təbii ki, biz hər tərəfdən Ermənistanla mübarizə aparırıq: həm sərhədlərimizi müəyyən etməyə, həm təxribatların qarşısını almağa və təhlükəsizliyimizi təmin etməyə çalışırıq – digər yandan da, ermənilərə himayədarlıq edən dünya ilə vuruşuruq. Biz erməniləri himayə edənlərin üzərində düşünməliyik. Yəni beynəlxalq siyasətdə də, özünümüdafiədən hücum siyasətinə keçməliyik.

Erməni lobbisinin üstünə getməliyik. Bura Fransa, ABŞ, Rusiya və digər ölkələrdəki erməni lobbiləri daxildir. Düşünürəm ki, erməni diasporu və lobbisinin apardığı kampaniyalara qarşı özünümüdafiədən hücum mövqeyinə keçməliyik.

Erməni lobbisi və diasporunun güclü olduğu Fransa, ABŞ, Rusiya, Hollandiya və sair kimi dövlətlərə özümüzə inandırmağı bacarmalıyıq. Məsələn, bunun üçün Fransanın siyasi partiyaları ilə təmaslar qurmaq olar. Yaxın günlərdə YAP-la Türkiyənin hakim partiyası (AKP) arasında belə təmaslar quruldu. Bunu Avropanın aparıcı dövlətləri ilə də etmək olar.

- Ermənistan cidd-cəhdlə Azərbaycana sərhədlərini müəyyənləşdirməsinə mane olmağa, xarici ölkələri də buna cəlb etməyə çalışır. Bu proseslə bağlı proqnozunuz nədir?

- Hərdən erməni hərbçiləri ərazilərimizə girməyə cəhdlər edirlər, əsgərlərimiz də onları təpiklə qovur. Ermənistana sual vermək lazımdır ki, sən 30 ildir işğalda saxladığın Qarabağı əldən çıxardın, bəs indi bu məsələ - 300-400 metrlik torpaq sənin üçün niyə “prinsipial” olub?

Əslində ermənilər başa düşürlər ki, burada söhbət 1-2 metr torpaqdan yox, psixoloji savaşdan gedir. Ermənilər bununla həm öz cəmiyyətlərinə, həm də Azərbaycana göstərmək istəyirlər ki, “biz hər santimetr uğrunda mübarizə aparırıq”. Bununla guya məğlub olmadıqlarını göstərməyə çalışırlar. Halbuki onlar kilometrlərlə işğal etdiyi əraziləri əldən çıxarıblar. İndi də guya "hər qarış uğrunda döyüşürlər”.

Biz bu məsələdə qətiyyən geri durmamalıyıq, bir santimetr də geri çəkilməməliyik. Çünki biz qalib dövlət, qalib ordu, qalib xalqıq. Buna görə də, ermənilərin psixoloji durumu dəyişdirməyə hesablanmış addımlarını da nəzərdən qaçırmamalıyıq, bunları doğru qiymətləndirməliyik.

Psixoloji üstünlüyümüzü qorumaq üçün qətiyyən güzəştə getməməliyik. Hətta bir santimetr torpağa görə Ermənistana müharibə elan edə bilərik. Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik ki, güzəştə getməyəcəyik və güzəşt olmayacaq. Hər kəsə o mesajı verməliyik ki, yeri gəlsə, antiterror əməliyyatlarına başlayarıq, Ermənistana müharibə elan edib sərhədlərimizi bərpa edərik. Bu qətiyyət, birlik və siyasi iradə bizdə var.

- Bu proses də erməni təxribatları ilə müşayiət olunur. Sizcə, bu təxribatlar davamlı olsa, antiterror əməliyyatları yenidən başlaya bilərmi?

- Mesaj konkret belə olmalıdır ki, təxribatlar olsa, antiterror əməliyyatlarına başlayıb terror yuvasını neytrallaşdıracağıq. Yaxud belə bir mesaj verə bilərik ki, sərhədlərimizə bir də müdaxilə olsa, bunu Ermənistan tərəfdən müharibə elanı kimi qəbul edəcəyik. Gələcəkdə belə halların qarşısını almaq üçün addımlar indidən atılmalıdır. Yersiz yumşaqlıq daha böyük problemlər yarada bilər.

Prezident İlham Əliyev müharibə dövründə açıq şəkildə bildirdi ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki qüvvələrini çıxarmaq üçün konkret tarix və qrafik versin, əməliyyatlar dayandırılsın. Ermənistandan tələb olundu ki, rayonların qaytarılması üçün konkret cədvəl ver. İndi də elə olmalıdır.

Ermənilərdən konkret tarix tələb olunmalı, ardından da lazımi addımlar atılmalıdır. Yaxın zamanlarda Azərbaycan ordusu 15 günlük antiterror təlimləri keçirdi. Həmin vaxt ermənilər quzuya dönmüşdülər, çünki bu onlara bir mesaj idi. Bütün dünyaya mesaj verməliyik ki, tələblərimiz yerinə yetirilməsə, hər an müharibəyə başlaya bilərik.

- Rusiya Qarabağ məsələsində olduğu kimi, bu prosesdə də vasitəçiliyə səy göstərir. Rusiyanın buradakı iştirakı prosesin uzanmasına səbəb olmayacaqmı?

- Bu, nəinki prosesin uzanmasına, hətta dərinləşməsinə səbəb olacaq. Ruslar ora gəlsələr, bu məsələnin dalana dirənməsi üçün əllərindən gələni edəcəklər. Rusiya 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədri kimi, guya münaqişənin həllinə çalışırdı, əslində isə Ermənistana pulsuz silah verirdi. Çünki Ermənistanla güc balansının Azərbaycanın xeyrinə pozulmasını istəmirdi. Balans pozulanda da tərəflərdən biri güclü olana güzəştə getməyə məcbur olur.

Rusiya Azərbaycanın qarşısında zəif duruma düşməməsi üçün Ermənistan ordusuna milyardlarla pul xərclədi, silah-sursat verdi. Ona görə belə edirdi ki, Ermənistan Azərbaycanla eyni gücdə olsun və bu münaqişə uzansın. İndi də imkan verməməliyik ki, Rusiya hansısa formada sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etsin.

Biz suveren dövlətik, məsələlərimizi özümüz həll edə bilirik. Ərdoğan demiş, öz göbəyimizi özümüz kəsməliyik. Yəni Ermənistanla problemləri öz aramızda həll etməliyik. İndi Ermənistan kimisə öz sərhədlərini qorumağa dəvət edirsə, bu onların öz işidir.

- Ermənistan daxilində də maraqlı gəlişmələr gedir. Sabiq prezident Robert Köçəryan özündən əmin danışır, deyir ki, seçkilərin qalibi o olacaq. Bunun üçün Köçəryanın imkanları nə qədərdir?

- Düşünürəm ki, Köçəryanın nə legitim, nə də digər yollarla hakimiyyətə gəlməsi mümkündür. Bunun üçün Köçəryan nə xalqın legitim səsini ala biləcək, nə də “məxməri inqilab”la bunu edə bilər. Köçəryan bu resurslarını çoxdan tükədib. Sərkisyanın özü də... Erməni xalqı onlara nifrət edir, heç vaxt onları yenidən hakimiyyətə gətirməz.

İndi Rusiyanın orbitində olan hansısa qüvvələr Köçəryan və Sərkisyana dəstək verirlər, amma bu dəstək də məhduddur. Rusiyanın özü də Sərkisyan və Köçəryanın güclənməsində maraqlı deyil. Rusiya onların qalib gəlməyəcəyini bilir. Potensial qalibin Paşinyan olduğunu bildiyi üçün gərgin olan münasibətləri daha da gərginləşdirmək istəmir.

Rusiya üçün Qərbin layihəsi olan Paşinyanı əl meymununa çevirdikdən sonra onunla işləmək daha rahatdır, nəinki dünyanın avtoritar və qatil kimi tanıdığı Sərkisyan və ya Köçəryanla. Əslində, Paşinyan bu gün Rusiyanın dediyindən kənara çıxa bilməz. Çünki tam olaraq Rusiyadan asılıdır. Bir sözlə, düşünmürəm ki, Ermənistanda Paşinyandan başqa hakimiyyətə gəlmək üçün kiminsə şansı var.

Mənə elə gəlir ki, biz Ermənistanda kimin hakimiyyətə gəlib-gəlməyəcəyi məsələsinə lazımından artıq diqqət ayırırıq. Qənaətimə görə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu günki siyasi kurs dəyişməyəcək. Bu, mümkün deyil.

Ermənistan elə bir hərbi gücə malik deyil ki, yenidən müharibə etsin, Rusiya və ya Avropaya qarşı çıxsın. Yəni Köçəryanın özü seçilsə, nə dəyişəcək ki?.. Paşinyanın özü olsun, heç nə dəyişməyəcək. Buna görə də, Ermənistanda kimin hakimiyyətdə olub-olmaması Azərbaycan üçün maraqlı olmamalıdır, özləri bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru