"Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik" - Partiya sədri
Tarix: 10-06-2021, 08:10 | Çap et
“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”. “HaberGlobal” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.
R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.
Səfər barədə fikirlərini “Sherg.az”la bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, Türkiyə Prezidentinin ölkəmizə gəlişi bütün dünya üçün ciddi bir mesajdır:
“Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik, Azərbaycan onun evidir. Qardaş ölkə bütün müharibə dövründə torpaqlarımızın gerçək döyüşçüsü kimi vuruşdu. Söhbət mənəvi və siyasi mübarizədən gedir. Bütün dünya da gördü ki, Türkiyə və Azərbaycan bir yerdədir. Ərdoğanın da dediyi kimi “ortaq gələcəyimizi birlikdə müəyyənləşdiririk”. Ard-arda mesajlar bu minvalla verilirdi ki, Azərbaycan-Türkiyə bir yerdədir, dostlarımız və düşmənlərimiz eynidir. Qardaş ölkə hər zaman bildirirdi ki, Azərbaycanın bütün problemləri bizim problemimiz sayılır və birlikdə həll olunur.
Brüssel səfərindən sonra Ərdoğanın ilk olaraq ölkəmizə gəlməsi böyük hadisədir. Düzdür, səfər əvvəlcədən planlaşdırılmışdı. Amma Brüsseldə Qarabağ məsələsi də müzakirə olundu.
Onun Azərbaycana gəlməsi yalnız istirahət və ziyarət məqsədi daşımır. Müəyyən məsləhətləşmələr də olacaq. Bu isə çox önəmli məsələdir, dünyaya mesajdır. Hesab edirəm ki, qarışıq bir zamanda Ərdoğanın ailəsi ilə birlikdə Şuşaya gəlməsi o deməkdir ki, Azərbaycan əldə etdiyi nailiyyətləri qoruyacaq və yeni yaranmış şəraitdə hər kəsə imkanlar yaranacaq. Çünki Ərdoğan çıxışı zamanı da bildirmişdi: “Elə bir şərait yaranacaq ki, hər bir dövlət bu durumdan istifadə edəcək”. Lakin kim kənarda qalıb, proseslərdə iştirak etməyəcəksə, günah onun özündədir”.
F.Quliyev qeyd edib ki, Ərdoğanın Şuşaya gəlməsinin digər səbəbi nəzərdə tutulan bütün strateji planların həyata keçirilməsidir:
“Ona görə də qətiyyətli şəkildə mövqe nümayiş etdirəcəyik. Bu, son zamanlar Amerika və Fransanın ATƏT-in Minsk qrupunu “diriltməklə” bağlı fəaliyyəti və Türkiyəni kənarda qoymaq cəhdlərinə cavabdır. Çünki Türkiyə Cənubi Qafqazda oturuşmuş siyasətini yürüdəcək. Ona görə də bu səfər olduqca mühümdür. Səfər həm Azərbaycan, həm Türkiyə, həm də bölgə üçün ciddi bir mesajdır. Dünya gücləri özlərinə lazım olan mesajları götürəcəklər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01 |
|
|
|
• Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59 |
|
|
|
• Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52 |
|
|
|
• "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48 |
|
|
|
• İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46 |
|
|
|
• Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43 |
|
|
|
• "İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39 |
|
|
|
• Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36 |
|
|
|
• Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26 |
|
|
|
• Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21 |
|
|
|
• Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19 |
|
|
|
• Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12 |
|
|
|
• Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00 |
|
|
|
• “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56 |
|
|
|
• “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49 |
|
|
|
• 90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43 |
|
|
|
• "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38 |
|
|
|
• Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33 |
|
|
|
• Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29 |
|
|
|
• Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26 |
|
|
|
• Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22 |
|
|
|
• Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18 |
|
|
|
• Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16 |
|
|
|
• Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05 |
|
|
|
• Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02 |
|
|
|
• Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54 |
|
|
|
• Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40 |
|
|
|
• Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24 |
|
|
|
• Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20 |
|
|
|
• Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17 |
|
|
|
• “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14 |
|
|
|
• "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11 |
|
|
|
• Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09 |
|
|
|
• "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04 |
|
|
|
• Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01 |
|
|
|
• İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00 |
|
|
|
• Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59 |
|
|
|
• ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55 |
|
|
|
• Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52 |
|
|
|
• Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08 |
|
|
|
|