"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər" - deputat
Tarix: 11-06-2021, 08:18 | Çap et
!["Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər" "Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"](/uploads/posts/2021-06/thumbs/1623385101_0001.jpg) Bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqata başlayıblar. “Gallup”un seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlib. Çoxları düşünür ki, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsinin birdən-birə bu qədər yüksəlməsinin arxasında Kreml durur. Paşinyanın seçki öncəsi Avropa turuna çıxması, Fransa və Belçikaya rəsmi səfəri də Ermənistan parlament seçkilərinin ciddi rəqabət fonunda keçəcəyindən xəbər verir.
Ölkədə Paşinyana qarşı etiraz aksiyalarına da start verilib. Ötən gün Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları paytaxt İrəvanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər. Hərəkatın fəalları hökumət binasının qarşısında yerə “Antinikol” sözlərinin yazıldığı plakatlar yapışdırıblar. Aksiya fəallarından biri bildirib ki, əvvəlki aksiyanı Vətəndaş Razılaşması partiyasının qərargahı qarşısında keçiriblər: “Bundan sonra vətəndaşlar bizə müraciət edərək, “antinikol” sözlərinin yazıldığı plakatları verdilər”. Polis aksiya iştirakçılarının plakatlarını cırıb və etirazçıları ərazidən uzaqlaşdırıb.
Ermənistanda baş verənləri şərh edən millət vəkili Sahib Alıyev deyib ki, Rusiya Nikol Paşinyanla “demokratiya” oyunu oynayaraq seçkini Robert Koçaryanın udması üçün əlindən gələni edir. Hətta çağdaş texnologiyalardan da faydalanır:
“Bu vasitələr arasında “Kim milyonçu olmaq istəyir?” verilişindəki “dosta zəng” elementi də var. Vladimir Putinin Koçaryana növbəti “dost” zəngi haqda xəbərin dövriyyəyə buraxılmasıyla eyni vaxtda Koçaryanın Rusiyadakı bəlli strukturlara bağlı “Kommersant” qəzetində intervüsü dərc edildi. O intervü ki, orada Robert ictimai rəyə “yeni baş nazir” kimi sırınırdı. Açığını deyək ki, Rusiyanın Koçaryana hazırkı dəstəyi əvvəlkindən nisbətən fərqli təsir bağışlasa da, yenə də “yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdir” modelindən çıxış edilir.
Bu, təkcə ondan irəli gəlmir ki, Qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki, xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik sındırılmış cəmiyyət hansı davranışa layiqdirsə, onunla o cür də davranılır. Nəticə ortadadır. Ermənistanda “Qarabağ klanı”na nifrətin daha da artdığı bir vaxtda obyektivliyi daha az şübhə doğuran şirkətin keçirdiyi sorğuya görə, əliqanlı və korrupsiyaya bulaşmış siyasətçinin reytinqi 20,6 faizə yüksəlib. Halbuki, iki ay öncə bu göstərici 7-8 faizi keçmirdi. Paşinyanın reytinqinin az qala iki dəfə düşməsi fonunda, Koçaryanın reytinqinin qalxmasının başqa izahı yoxdur”.
Parlament üzvü qeyd edib ki, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək:
“Seçkiyə qatılan 23 partiya və 4 blokun içindən Paşinyanla Koçaryanınkını nəzərə almasaq, parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçülür. Amma o “əl” elə Rusiyanın əlidir.
Çünki seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər. Onlar da koalisyon hökumət yaradılacağı təqdirdə Koçaryanın yanında yer alacaqlar.
Seçkini udmaq üçün az-çox şansı olan siyasətçilərdən ancaq Levon Ter-Petrosyanla Edmon Marukyan Paşinyandan daha çox Koçaryana nifrət bəsləyirlər.
Lakin digər bütün siyasi qüvvələr Koçaryanın əlinə oynayırlar. Qərbpərəst mövqe sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıqları istisna deyil.
Təbii ki, Paşinyan da baş verənlərin fərqindədir. Onun Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliyə görə Rusiyanı suçlamağa cəhd etməsi və Avropa səfəri məhz bu reallıqdan irəli gəlir.
Amma nə Makron Putindir, nə də Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var. Bir sözlə, görünən budur ki, cəllad Koçaryan yenidən hakimiyyətə gətirilir. O Koçaryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin bundan sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48 |
|
|
|
• İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46 |
|
|
|
• Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43 |
|
|
|
• "İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39 |
|
|
|
• Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36 |
|
|
|
• Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26 |
|
|
|
• Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21 |
|
|
|
• Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19 |
|
|
|
• Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12 |
|
|
|
• Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00 |
|
|
|
• “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56 |
|
|
|
• “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49 |
|
|
|
• 90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43 |
|
|
|
• "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38 |
|
|
|
• Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33 |
|
|
|
• Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29 |
|
|
|
• Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26 |
|
|
|
• Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22 |
|
|
|
• Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18 |
|
|
|
• Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16 |
|
|
|
• Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05 |
|
|
|
• Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02 |
|
|
|
• Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54 |
|
|
|
• Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40 |
|
|
|
• Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24 |
|
|
|
• Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20 |
|
|
|
• Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17 |
|
|
|
• “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14 |
|
|
|
• "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11 |
|
|
|
• Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09 |
|
|
|
• "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04 |
|
|
|
• Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01 |
|
|
|
• İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00 |
|
|
|
• Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59 |
|
|
|
• ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55 |
|
|
|
• Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52 |
|
|
|
• Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08 |
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
|