Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                     Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                 

Paşinyan anklavları geri qaytarmaq istəmir – İlyas İsmayılovdan İrəvana beynəlxalq hüquq şapalağı
Tarix: 12-06-2021, 10:29 | Çap et
Paşinyan anklavları geri qaytarmaq istəmir
Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində seçki kampaniyasında çıxış edən ölkənin baş nazir əvəzi Nikol Paşinyan erməni işğalı altında qalan eksklavlarımızı geri qaytarmayacaqlarını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, Paşinyan 10 noyabr Bəyanatında anklavların geri qaytarılmasından bəhs olunmadığını vurğulayıb.

“Bu gün belə bir şayiə çox yayılır ki, guya mən anklavların geri qaytarılması barədə sənədi imzalamağa hazır olmuşam, amma bəzi adamlar bunun qarşısını alıblar. Əslində isə vəziyyət tamamilə əksinə olub. Hansı səbəblərə görə belə olub, mən bu barədə sonra danışaram. Elə adamlar var idi ki, sənədin bu şəkildə imzalanmalı olduğunu deyirdilər. Amma biz qəti mövqeyimizi bildirdik və bu bənd Bəyanatdan ümumiyyətlə çıxarıldı”, - Paşinyan belə deyib.

O, çıxışında bildirib ki, 1999-cu ildə hazırlanmış sülh sazişi layihəsində anklavlarla yanaşı Mehri dəhlizinin də Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Məhz bu səbəbdən də erməni millətçiləri silahlı qiyam qaldırıb Vazgen Sarkisyanla Karen Dəmirçiyanı öldürüblər. Başqa sözlə desək, Paşinyan anklav məsələsinin münaqişənin ilk günündən Ermənistanın “qırmızı cizgiləri” olduğunu bildirib.

Ermənistanın Baş naziri əvəzi onu da gizlətməyib ki, anklavlar mövzusu həmişə danışıqların gündəliyində olub və Azərbaycan “bu məsələni vaxtaşırı qaldırır”.

Onun bu məsələnin həlli ilə bağlı öz baxışları var: “Beynəlxalq təcrübəyə və hüquqa əsaslanan ümumi həll məntiqimiz belədir: Vəziyyət indi necədirsə, elə də qalmalıdır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarətində Artsvaşen (Başkənd, Gədəbəy rayonu – red) eksklavımız var. Bizim məntiqimizə əsasən, anklav anklava dəyişdirilməlidir və onların nəzarətində olan onlarda, bizim nəzarətimizdə olanlar bizdə qalmalıdır”.

Paşinyan xatırladıb ki, “bugün Ermənistanın onlarla kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır” və bu ərazilərin qaytarılması da Azərbaycanın qarşısında qoyula bilər:

“Biz demişik ki, bu məsələlərə ümumi kontekstdən baxılmalıdır və bu kontekstdə də biz irəliyə doğru hərəkət etməliyik”.

Sual oluna bilər: Göründüyü kimi, Paşinyan anklavları anklavlarla dəyişdirməyi beynəlxalq hüququnun tələbi hesab edir. Bəs, doğrudanmı belədir?

Suallarımızı cavablandıran Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun fikrincə, beynəlxalq hüquq olduqca geniş anlayışdır: “Paşinyan bunu deyərkən hansı sənədə əsaslanır, ilk növbədə onu açıqlamalı idi. Bu zaman onun iddialarına daha dolğun cavab vermək olardı. İndiki vəziyyətdə yalnız onu deyə bilərəm ki, beynəlxalq hüququn əsas prinsipi dövlətlərin ərazi toxunulmazlığıdır. Həmin anklavlar isə Azərbaycanın ərazisi kimi bütün beynəlxalq qurumlar tərəfindən tanınıb. Dolaysıyla onların dəyişdirilməsi ancaq dövlətlərarası müqavilələrlə mümkündür. Azərbaycan isə strateji əhəmiyyətə malik olan bu eksklavlarından vaz keçməz”.

İlyas İsmayılov xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Əsasnaməsinin 38-ci Maddəsinin 1. Bəndində beynəlxalq hüququn 3 əsasının olduğu bildirilir:

“a. Beynəlxalq müqavilələr
b. Davamlılıq (Ənənə)
c. Qanunun ümumi prinsipləri.

Göründüyü kimi, burada 1 nömrəli əsas - beynəlxalq müqavilələrdir. Digər əsaslar isə həmin müqavilələrin beynəlxalq prinsiplərə uyğun imzalanmasını tələb edir”.

Partiya sədri bildirib ki, 1969-cu il Müqavilələr Qanunu haqqında Vyana Konvensiyasına görə, müqavilələr dövlətlər arasında ancaq yazılı şəkildə bağlanır: “Paşinyana kimin nəsə söz verib-verməməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistanın indiki sərhədlərini müəyyənləşdirən 2 müqavilə var. Onlardan biri Türkiyə ilə Rusiya arasında 16 Mart 1921 tarixində bağlanan Moskva, digəri isə ondan 7 ay sonra 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan Qars müqaviləsidir. Böyük Atatürk Moskvada Rusiya ilə bağladığı müqavilənin Cənubi Qafqaz ölkələrinin də tanımasını təmin etmək üçün Qars müqaviləsinin bağlanmasını vacib bilmiş və bununla da onun davamlılığını qarantiya altına almışdı. Əks halda, sonradan ermənilər və gürcülər Moskva müqaviləsini tanımadıqlarını bildirib öz ərazi iddialarını yenidən qaldıra bilərdilər və məlum müqaviləyə imza atmalarına baxmayaraq, zaman-zaman bu məsələni qaldırdılar da. Atatürükün uzaqgörənliyi nəticəsində imzalanmış bu müqavilə sərhədlərimizi müəyyənləşdirən əsas beynəlxalq sənəddir və sovet hakimiyyəti illərində dəfələrlə Ermənistanın xeyrinə pozulub. Odur ki, Paşinyanın beynəlxalq hüquqa istinad etməsi İrəvanın daha böyük itkiləri ilə nəticələnə bilər. Ermənistan lideri bu mövzunu gündəmə gətirib vəziyyəti öz əleyhlərinə daha çox tündləşdirmədən işğal etdikləri ərazilərimizi geri qaytarsın”.

O ki qaldı beynəlxalq təcrübəyə, İlyas İsmayılovun fikrincə, anklav məsələsi yüz illər boyu beynəlxalq münasibətlərin əsas mövzusu olub və bu gün də elədir: “Anklav konsepsiyasından bəhs edən ilk beynəlxalq sənəd 1526-cı il Madrid müqaviləsidir. Fransa ilə İtaliya arasında 4 illik müharibədən sonra bağlanan Madrid müqaviləsinə əsasən, Vatikana İtaliyanın içərisində anklav dövlət statusu verildi və bu status-kvo indiyədək özünü qoruyur. Daha sonrakı illərdə bir çox dövlətlər müxtəlif ərazilərdə eksklavlarını yaradaraq geostrateji nöqtələrdə mövqelərini gücləndirdilər. Anklavları özünün qalasına çevirmək strategiyasından xüsusilə Rusiyanın istifadə etdiyi məlumdur. Bu gün həmin ölkənin Avropanın şimalında Kalininqrad vilayəti kimi mühüm eksklavı var və Rusiya həmin ərazini nəyin bahasına olursa olsun qorumağa çalışır və ondan əsla vaz keçməz.

Eynilə Orta Asiyanı əlində saxlamaq üçün Sovet Rusiyası bölgədə onlarla anklavlar yaradıb. Əslində Ermənistanla bizim aramızdakı anklavlar da heç bir beynəlxalq müqavilələrə əsaslanmadan, Azərbaycan ərazisinin müəyyən hissələrini qarşı tərəfə verməklə meydana gətirilib. Odur ki, Paşinyanın beynəlxalq təcrübə və hüquqa istinad etməsi həmin ərazilərin bizə qaytarılması ilə nəticələnə bilər. Bu da növbəti beynəlxalq skandallara yol açar. Görünür, Azərbaycan rəhbərliyi buna getməyi gözə almadığı üçün sadəcə eksklavlarımızda suverenliyimizin təmin olunması kimi olduqca məsum prinsipləri gündəmə gətirir”.

İlyas İsmayılovun fikrincə, İrəvan Azərbaycan ordusunun səbrini çox sınağa çəkmədən 10 noyabr bəyanatının tələblərinə əməl etməlidir: “Əks halda Azərbaycanın nəinki həmin eksklavları azad etmək, həmçinin beynəlxalq müqavilələrin verdiyi haqlara əsaslanaraq, itirdiyi bütün əraziləri geri qaytarmaq hüququ doğa bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi də bu məsələdə Azərbaycanın tərəfindədir”.

İlyas İsmayılov həmçinin Azərbaycan hakimiyyətini Paşinyanın iddialarına münasibət bildirməyə çağırıb: “Onun (Paşinyanın) sözlərindən belə çıxır ki, imzaladığı 10 noyabr Bəyanatında anklavların geri qaytarılması məsələsi qeyd olunmayıb. Halbuki sənədin 2-ci maddəsində belə deyilir: “Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”. Paşinyanın iddiasından ortaya belə bir sual çıxır: o və Prezident İlham Əliyev başqa-başqa mətnəmi imza atıb? Tərəflər əgər eyni bəyanatı imzalayıbsa, 20 noyabr 2020-ci il tarixinə qədər eksklavlarımız nə üçün bizə qaytarılmır və rəsmi Bakı indiyədək bu məsələni niyə gündəmə gətirmir? Faktiki olaraq, İrəvanın bu zamanadək anklavları geri qaytarmaması və Paşinyanın dünənki çıxışı 10 noyabr Bəyanatının pozulması deməkdir. Bu isə atəşkəs razılaşmasına əməl olunmaması anlamına gəlir və Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını tələb edir. Ordumuz niyə indiyədək bu istiqamətdə lazımi addımları atmır?” – İlyas İsmayılov bu sualla fikrini yekunlaşdırıb.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru