Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                 

"Bu sənədlə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı"
Tarix: 21-06-2021, 08:09 | Çap et
"Bu sənədlə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı"
Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Həftə içi” əməkdaşı ilə növbəti söhbətində Şuşa Bəyannaməsinin gələcəyə yönlənmiş tezisləri barədə diqqətəlayiq fikirlər ifadə edib. Ermənistanda bazar günü –iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri haqda proqnozlarını səsləndirib.

-Cümşüd bəy,Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan ibarət altılı platformadan danışarkən bir növ Rusiya Prezidenti V.Putinə xitabən belə bir fikir işlətdi: “Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək". Sizcə, cənab Ərdoğanın “Putin eyni qaydada bu cür fədakarlığa hazırdır” deyiminin siyasi-diplomatik açması nədir?

-Bu cümlənin açması ondan ibarətdir ki, birincisi, Ərdoğan Şuşaya NATO-nun Brüsseldəki toplantısından sonra gəldi. Bununla Türkiyə lideri diplomatik dillə dedi ki, mən buraya NATO toplantısından gəldim. Bu, həm də o deməkdir ki, Ərdoğan Qarabağa başda ABŞ olmaqla NATO-dan dəstək aldıqdan sonra gəlib. Düzdü, Türkiyənin bu blokdakı son rolunu ümumi şəkildə yalnız Əfqanıstanda hava limanının qorunmasıyla bağladılar. Əslində isə hal-hazırda Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücə malik olduğuna görə NATO-nun sözçüsü statusundadır. Bir sözlə, bütün bunlar Rusiya liderinə bir mesajdır ki, gəl normal dolanaq. Yəni sən bütün hər şeyi əlinə keçirməyə çalışma. Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma gəl, Azərbaycana rəhbərlik etmək haqda düşünmə...

- Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin, ümumiyyətlə, Türk dünyasının gələcəyinə istiqamətlənmiş əsas tezisləri sizcə hansılardır?

-Birincisi, Şuşa Bəyannaməsi dünya durduqca Azərbaycanın müstəqiliyini əbədiləşdirdi. Bu, birmənalıdır. İkincisi, bu sənəd son 100 ildə Azərbaycanın Türk dünyasına inteqrasiyasının hüquqi bazasını yaratdı. Üçüncüsü, 1918-ci ildən bu yana ilk dəfə olaraq Azərbaycan Türkiyə ilə hərbi müstəvidə əməkdaşlıq elan etdi. Burada həm təhlükəsizliyin təmin olunması, həm də müdafiə sənayesinin yenidən formalaşdırılması məsələlərini vurğulamaq gərəkdir. Dördüncüsü, Azərbaycanla Türkiyə arasında quru üzərindən çox sərfəli nəqliyyat-komunikasiya dəhlizinin – Zəngəzur dəhlizinin yaradılması qətiləşdi. Bu, o deməkdir ki, Azərbaycan yalnız Naxçıvana deyil, eyni zamanda yüz ildən çoxdur ayrı düşdüyü Türkiyəyə birbaşa qovuşacaq. Bütün bunların fonunda beşincisi və gələcək baxımından bəlkə də ən əsası, Şuşa Bəyannaməsi ilə birmənalı şəkildə Turan Birliyinin yaradılmasının birinci hüquqi addımı atıldı. Çünki hazırda paralel olaraq Özbəkistanda türkdilli dövlətlərin ombudsmanlarının yığıncağı keçirilir. Və orada ilk dəfə olaraq türkdilli ölkələrin insan hüquqları üzrə müvəkkilliyinin katibliyi yaradılır. Bu da o deməkdir ki, türkdilli dövlətlər hüquqi müstəvidə də vahid statusla çıxış etməyə başlayır. Məhz Jirinovski də ona görə can-fəşanlıq edir ki, Ermənistan və Tacikistan Rusiyanın milli maraqları və təhlükəsizliyi çərçivəsindədir. Çünki Rusiya üçün Tacikistan Orta Asiyanın “Ermənistanı”, Ermənistan isə Güney Qafqazın, yəni Azərbaycanla Gürcüstanın “Tacikistanı” statusundadır... Amma bütün bunlara rəğmən kimsə artıq Turanın yaradılmasının qarşısını ala bilməyəcək. Çünki türkdilli dövlətlərin artıq Parlamenti var, onların hal-hazırda Astanada fəaliyyət göstərən Akademiyası, diplomatik sahədə Qara dəniz Əməkdaşlıq Təşkilatı kimi birlikləri var. Və artıq dediyimiz kimi, Şuşa Bəyannaməsi ilə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı. Yəni 2009-cu ildən bəri Azərbaycan və Türkiyənin apardıqları siyasət nəticəsində bu Birliyin bütün siyasi, hüquqi, iqtisadi və hərbi bazası bu və yadigər şəkildə formalaşdırılıb. Yaxın bir neçə il ərzində Turan artıq mövcud olacaq. Yəqin ki, bu, Avropa İttifaqı şəklində bir qurum olacaq. Yəni yarı dövlət, yarı beynəlxalq təşkilat... Amma Avropa İttifaqının bir problemi var ki, oradakı 27 dövlətin hərəsi bir dildə danışır. Amma Turanda bizləri birləşdirən neçə amil var: dil, soykök, mədəniyyət və din...

- Bəs Rusiya minlərlə kilometrlik cənub sərhədləri boyu Turan Birliyinin yaranmasını rahatca qəbul edəcəkmi?

-Rusiya ciddi düşünməlidir. Məşhur türkəsilli filosof Lev Qumilyovdan bəri Rusiyanın bir dualizm nəzəriyyəsi var. Bunu 1988-1990-cı illərdə Azərbaycanda rəhmətlik Aydın Məmmədov çox güclü təbliğ edirdi... Yəni pravoslav rus xristianlığı və islam türk ikiliyi şəklində bir Avarasiya Birliyi yaradılmasından söhbət gedir. Burada söhbət ruslarla türklərin səmimi olaraq eyni hədəfə vurmasından gedir. Əgər hazırkı Rusiya lideri Putin həmin dualizm nəzəriyyəsinə əməl etməsə, Rusiya bir neçə yerdən yox, 10-15 yerdən parçalanacaq. Yəni bütünlüklə Rusiya dövlət kimi mövcud olmaq istəyirsə, Turan məsələsində Türkiyə və Azərbaycanın qarşısında durmamalıdır. Bunu Ərdoğan Azərbaycanın tarixən xarici işğallara qarşı döyüşkən bir mərkəzi olmuş Şuşadan gizli bir mesajla bəyan etdi... Buna subliminativ mesaj deyirlər... Şuşa tarixən iki dəfə xəyanətin qurbanı olub. Amma bu dəfə artıq xəyanətə imkan verilməyəcək...

-Necə düşünürsüz, Putin bundan sonra ikiüzlülük edib özünün dostu sayılan Robert Köçəryan kimilərin seçkilərdə qələbəsinə birbaşa dəstək verərək Ermənistanda revanşist qüvvələrin qələbəsini təmin edə, onların 10 Noyabr razılaşmasını pozmasına göz yuma və sonra deyə bilərmi ki, Rusiya nə edə bilərdi, demokratik seçki oldu, qalib gəldilər, indi də Azərbaycanın Qarabağı azad etməsiylə razılaşmırlar...

-Köçəryan və onun kimilərin hakimiyyətə qayıtma ehtimalı çox aşağıdır. Məsələ ondadır ki. Köçəryan gəlsə də belə, Ermənistan artıq ayın 21-i növbəti mitinqlərə hazırlaşır. Paşinyan bəyan elədi ki, biz seçilməsək, ölkədə heç nə alınmayacaq. Düzdü, Rusiya hazırda Ermənistanda 3 qüvvə ilə çıxış edir və səs çoxluğunu götürməyə çalışır. Amma Putin bir şeyi başa düşsün ki, Azərbaycan da onu yaxşı tanıyır, dünyada onu yaxşı tanıyır. Və əgər Putin yenə eyni ağılla hərəkət eləsə, nəticə Rusiya üçün heç də yaxşı olmayacaq. Onsuz da hazırkı durum Rusiyanın sonuna aparır. Kremlin Azərbaycan və Türkiyəyə qarşı qeyri-səmimi davranışları isə onun tam sonuna gətirə bilər. Çünki Azərbaycan da əvvəlki Azərbaycan deyil. Amma biz istəmirik Rusiya ilə qarşıdurmaya gedək. Onların buradakı əlaltıları, rusbaşlılar, “5-ci kalon”-filan, o cümlədən “Haykanuşun uşaqları” hələ də “bəlkə qaytardılar” mövqeyindən çıxış edirlər. Fəqət, dərk etmirlər ki, artıq o qatar getdi. Düzdü, Azərbaycanda Rusiya və Ermənistana işləyən “5-ci kalon”un hələ də xeyli gücü var. Son araşdırmalarımıza görə, Azərbaycanda yüksək vəzifələrin və qanunverici orqanın mandatlarının 19 faizi erməni kökənlilərdədir. Rusiyaya gəldikdə parlamentdə onun gücü bəlkə də 50 faizdən çoxdur... Amma bütün bunlar Azərbaycan-Türkiyə birliyi qarşısında duruş gətirə bilməz...

-Maraqlıdır ki, Azərbaycan dövləti Putinin Ermənistandakı seçkilərdə iştirak edən digər dostu, bacısı Bakıda ərdə olan Rusiya Erməniləri İttufaqının rəhbəri, erməni milyarderi Ara Abramyan haqda İnterpol vasitəsilə axtarış elan edib...

-Bu, çox müsbət haldır. Əslində bilavasitə Azərbaycanla bağlı olan erməni şirkətləri var ki, onlar haqqında da tədbir görülməlidir. Məsələn, Rusuyanın erməni ruporu jurnalist, aparıcı Marqarita Simonyanın “UBER” şirkəti... Son araşdırmalarımıza görə, hazırda Bakıda ermənilərlə bağlı azı 5 şirkət fəaliyyət göstərir. Bunların hamısının kökünü qurutmaq gərəkdir..

-Paşinyan bir neçə gündür, seçicilərlə görüşlərində deyir ki, “ bizim şərtlər qəbul olunmayacağı halda Zəngəzur dəhlizinin açılmasından söhbət gedə bilməz”. Yəqin ki, bu, seçkiqabağı gedişdir, yoxsa?..

-Sözsüz ki, bu, seçkiqabağı daxili auditoriyaya hesdablanmış bir çıxışdır. Çünki artıq Şuşa Bəyannaməsi ilə də Azərbaycan Türkiyə ilə həmin dəhlizin açılmasının hüquqi bazasını qoydu. İkincisi də, Paşinyan heç yana qaça bilməz. Çünki Zəngəzur dəhlizinin açılması haqda iki sənədə imza atıb: həm 10 noyabr 2020-ci ildə, həm də 11 yanvar 2021-ci ildə. Ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Ancaq indi hələlik ona qarşı çıxış etmək Paşinyana bir siyasi gediş üçün lazımdır. Özü də belə görünür ki, Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Düzdü, ola bilər, bu səslər 50 faiz olmasın. Amma Paşinyan da küçədən gəlmiş bir adamdır və hər yola gedənin biridir. Ona görə də o, Ermənistanın baş bəlasıdır. Bizim neçə illər görə bilmədiyimiz işləri o gördü, “sağ olsun”. Ona uğurlar arzulayırıq...

- Amma Paşinyan “Sorosun uşağı” hesab olunduğundan onun seçkilərdə qalib gəlməsi əvvəlki onilliklərdə Azərbaycan üçün də müəyyən təhlükələr yaratmış Sorosun Qafqazda, o cümlədən Bakıda mövqelərinin yenidən güclənməsinə gətirib çıxara bilər. Bu haqda nə düşünürsüz?

-Bəli, Paşinyanın “Sorosun uşağı” olmasından əvvəl onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazası, Qarabağda silahlı qüvvələri olsa da, ABŞ-ın da dünyada ən böyük səfirliyi Ermənistandadır. Təsəvvür edin ki, cəmi 2 milyona yaxın əhalisi olan Ermənistan səfirliyindəki diplomatların sayı milyardlıq, yüzlərlə milyonluq əhalisi olan Çin, Hindistan, Rusiya kimi ölkələrdəkindən çoxdur. Sahəsinə görə ən böyük səfirlik İraq paytaxtı Bağdaddadırsa, əməkdaşlarının sayına görə birinci yerdə İrəvandakı səfirlikdir. 2021-ci ilin yanvarına olan məlumata görə, hazırda həmin binada 2500 amerikalı əməkdaş fəaliyyət göstərir. Moskvadakı ABŞ səfirliyində isə vur-tut 450-455 əməkdaş var. Ermənistan kimi kiçik bir ölkədə 2500 nəfərlik səfirlik faktiki olaraq qeyri-leqal bir informasiya bazası deməkdir... Bu da Vaşinqton üçün İrəvanın strateji əhəmiyyətini göstərir. Odur ki, ABŞ, o cümlədən Amerika dərin dövlətinin aləti olan Soros Paşinyanın arxasında var gücü ilə dayanaraq Ermənistandakı mövqelərini verməməyə çalışacaq. Bu, birmənalıdır...

Azərbaycana gəldikdə, hətta Ermənistanda Paşinyanın qalib gələcəyi halda belə, Bakıdakı Soros “uşaq”larının mövqeyi və imkanları İrəvandakılar kimi güclü deyil. Çünki Azərbaycandakı nümayəndələrini yalnız qrantla maliyyələşdirən Soros, Ermənistandakı adamlarını birbaşa maliyyələşdirir və onlar birbaşa hakimiyyət daxilində açıq şəkildə fəaliyyət göstərirlər... Bizimkilər isə hamısı qarmaqdan asılı vəziyyətdədir...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru