Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                 

“Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər” - QALMAQAL
Tarix: 23-06-2021, 10:06 | Çap et
“Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər”
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli müxalifətə yeni mübarizə taktikası təklif edib. “Yeni Müsavat”ın xəbərinə görə, partiya funksioneri tarixə ekskurs edərək analogiya göstərib. O yazır ki, 22 sentyabr 1914-ci ildə Almaniyanın sualtı qayığı qəflətən, gözlənilmədən Britaniya sularında peyda olur və o zaman güclü hərbi dəniz donanmasına sahib Britaniyanın 3 zirehli kreyserini cəmi 1 saat 15 dəqiqəyə batırır: “1500 britaniyalı həlak olur, Böyük Britaniya şok yaşayır. Sonra uzun zaman bu əməliyyat müzakirə olunur, haqqında araşdırmalar aparılır, İkinci Dünya savaşında da bu taktikaya əl atılır. Rəqibi hazırlıqsız yaxalamaq, heç kəsin gözləmədiyi məqamda və məkanda üzə çıxmaq taktikasından söhbət gedir”, - deyə N. Cəfərli müxalifətə yol göstərir.

REAL-çı iddia edir ki, siyasətdə tez-tez sualtı qayıq taktikasından istifadə etmək mümkündür. Sitat: “Ölkəmizin siyasi səhnəsi çox qarışıb, müxaliflik pafosa və ancaq bəlli simvolizmlərlə mübarizəyə dönüb. Halbuki müxaliflik tək mövcud vəziyyətin təhlili və tənqidi deyil, həm də vəziyyətin dəyişməsi reseptinin təklifi və müzakirəsidir. Xalqımızın böyük bir hissəsinin siyasətdən kənarda qalmasının müxtəlif səbəbləri var. Amma bunu tək hakimiyyətin basqıları, hədə-qorxuları ilə izah etmək doğru deyil. Əsas məqamlardan biri heç bir inandırıcı resept olmadan ”bunlar pisdir, biz gəlsək, yaxşı olacaq" yanaşmasıdır. İndi ölkədə siyasi həyat durğunluq nöqtəsindədir, heç bir proses (seçki, referendum və s.) yoxdur, ağıllı siyasi partiyalar, təşkilatlar növbəti siyasi dalğalara, seçkilərə, yeni siyasi çağırışlara hazırlaşmalı, obrazlı ifadə etsək, sualtı qayıq kimi bəzən gözə görünmədən, dərinliklərə enərək öz işlərini keyfiyyətlə, ardıcıl görməlidir ki, zamanı yetişəndə, siyasi proseslər başlayanda heç kimin gözləmədiyi yerdə üzə çıxıb öz hədəflərinə çatsınlar".

Onun fikrincə, siyasət budur, siyasi taktika və strategiya belə qurulur, 30 ildir həm hakimiyyət, həm də bəzi müxalif qüvvələr siyasəti bəsitləşdirib hay-küyə çeviriblər: “Xalq da bunu görür, bilir, hiss edir, ona görə də siyasi proseslərdən uzaq durmağa çalışır...”

N.Cəfərlinin müxalifətin yeni mübarizə üsulları təklifinə, “sualtı qayıq" taktikasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, müxalifətin mübarizəsi cəmiyyətin maraqlarına cavab verən üsuldadır. Onun fikrincə, bu mübarizənin nəticəsinin olmamasında daha böyük faktorlar axtarmaq lazımdır: “Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi geopolitik şərtlər və digər səbəblər üzündən olmayıb. İstər ABŞ, istərsə Qərbin demokratik inkişafda maraqlı görünən ölkələri əslində hər zaman iqtisadi maraqları önə çəkiblər. Bu da da demokratik dəyişikliklərə gətirib çıxarmayıb. O baxımdan müxalifətin mübarizə üsullarında günah axtarmağa ehtiyac yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı bildirdi ki, REAL-çılar zaman-zaman özlərini fərqli, orijinal görünmək naminə fikirlər irəli sürüblər: “Natiq bəyin son açıqlaması da bu qəbildəndir. VHP rəhbəri sovetin qılıncının dalı da qabağı da kəsən vaxt 17 günlük Meydan hərəkatını idarə edən, 30 illik bir zamanda bütün avtoritar məhdudiyyətlərə rəğmən özünü qoruyub saxlayan, hər zaman parlamentdə mandat hüququ qazanan bir partiyadır. Eyni fikirləri bir çox müxalifət partiyalarına Müsavat, ADP, KXCP, Ümid və digər partiyalara aid etmək olar”.

N.Şərəfxanlı hesab edir ki, bu gün N.Cəfərlinin ittiham etdiyi müxalifət illərin sınağından keçib, həbslər, repressiyalar qarşısında demokratiya mübarizəsindən dönməyib: “Partiya olaraq təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər. Amma bu şəxslər yaxın tariximizə nəzər salsalar bugünkü mühitin məhz həmin müxalifətin mübarizəsi, dirənişi sayəsində formalaşdığını anlayarlar. Azərbaycan cəmiyyəti, Azərbaycan siyasi mühiti nəzəri politoloji ehtimallara uyğun deyil. Kitablardan oxunan, xarici ölkələrdən öyrənilən qaydalar burada özünü doğrultmur. Amma hər kəs öz yolunu, mübarizə üsulunu seçməkdə sərbəstdir. Realçılar da fərqli yol seçsinlər, reallığın nə olduğunu onlar da görsün”.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, onlar illərdir mübarizə aparır, mücadilənin nədən ibarət olduğunu da gözəl bilirlər: “Kimsə bizdən daha yaxşı metod bildiyini zənn edirsə, buyursun, bu da meydan... Amma başqalarına ağıl verməsinlər. Kilkənin əli yağlıdırsa, öz başına çəksin. Ona görə öz partiyalarını hakimiyyətə gətirsinlər, biz də alqışlayaq”.

Ə.Məmmədli hesab edir ki, müxalifətin bu zaman kəsiyində metodu uğurlu olsaydı, əlbəttə, hakimiyyətə gələrdi: “Amma 13 ildir partiya qurublar. Bildiklərini edib nə üçün uğur qazanmırlar? Bir deputat mandatından yapışıblar. Əgər fərqli metodları vardısa, bu illər ərzində həyata keçirərdilər”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, siyasi partiyanın fəaliyyəti cəmiyyətə açıq və şəffaf olmalıdır. Onun fikrincə, hansısa “sualtı qayıq” kombinasiyası, yaxud spontan addım ideyaları utopik görünür: “Demokratik ölkələrdə partiyalar nizamnaməyə uyğun işləyir, insanlar da onun platformasından xəbər tutur, partiyanın hakimiyyətə gəlməsinin hansı faydası olacağını öyrənirlər. Amma ”muşketyorluq" etmək, xalqdan qapalı fəaliyyət göstərmək, fərdlərlə iş görmək mümkün deyil. Siyasətdə kütləvilik olmalıdır, sosial mediadan istifadə edilməlidir, təşkilatlanma getməlidir".

X.Teyyublu hesab edir ki, Azərbaycanda siyasi təşkilatların fəaliyyəti üçün normal şərait yoxdur: “Qəfildən hakimiyyətə gəlmək absurd məsələdir, çünki əhali səni unudar, mövcudluğundan xəbər tutmaz. Belə təkliflər nağıla oxşayır. Bu, müharibə, ya partizanlıq deyil ki, qəfildən rəqibi hazırlıqsız vəziyyətdə yaxalayasan?! Xalq öz qəhrəmanını gözü qarşısında görmək istəyir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru