Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                 

Radikallarla loyalların davası günbəgün qızışır - onlar nəyi bölə bilmir?
Tarix: 24-06-2021, 08:31 | Çap et
Radikallarla loyalların davası günbəgün qızışır
Azərbaycanda özünü müxalifət elan edən çoxsaylı partiyalar var. Lakin müxalifət yekcins deyil, radikal və loyal tərəflərə bölünüblər. İllərdir aralarında qarşılıqlı ittihamlar hökm sürür. Bu iki qüvvə arasında münasibətlər hakimiyyətə münasibətdə daha sərt və barışmaz görünür. Loyallar radikalların çağırışlarının, şüarlarının, yanaşmalarının köhnəldiyini deyirlər. Radikallar isə loyalları hakimiyyətə bağlı, hakimiyyətin göstərişi ilə hərəkət edən “müxalifət” hesab edir və tərəflərdən biri hakimiyyətlə güzəştsiz mübarizə aparmaq xəttini tutur. Digər tərəf hakimiyyətlə fərqli taktikalarla mübarizə aparmağın, dialoq yolu ilə problemləri tədricən həll etməyin tərəfdarıdır. Bəs bu iki qüvvənin öz aralarındakı dava, fikir ayrılığı ümumi müxalifətə necə təsir göstərir və bu vəziyyət hakimiyyətin marağındadırmı?

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, müxalifət düşərgəsində insanlar sərt ritorikadan istifadə edir, rəqibini aşağılayır, hərdən də bu təhqirə də keçir, qarşılığı da olanda pis bir mənzərə yaranmış olur: “Hansı ki, bu, heç bir münasibətlər silsiləsinə və siyasi mədəniyyətə uyğun gəlmir. Mən ölkədə radikal və loyal müxalifət anlayışını heç bir halda qəbul etmirəm. Mənim üçün müxalifət daxilində 2 qanad var: sivil mübarizə tərəfdarları və qaragüruhçuluq yolu ilə mübarizə tərəfdarları. Düşünürəm ki, ölkəmizdə normal siyasi münasibətlər sistemi yaratmağın zamanı çoxdan yetişıb. Söyüş, təhqir, qaragüruhçuluq siyasətə yaddır.

Təbii ki, cəmiyyətimizin siyasi savadının aşağı olması bir çox partiyaların, xüsusilə də iqtidarın işinə yarayıb. Biz də məhz bu səbəbdən sivil, şüurlu siyasi münasibətlərdən yanayıq. Düşünürəm ki, cəmiyyətdə sağlam mübarizə həm də maariflənmə ilə nəticələnək. Nəticədə bundan ölkənin demokratik qüvvələri qazana bilər.

Bugünədək formalaşmış ənənələri dəyişməyin zamanı çoxdan yetişib. Bir ara təmsil olunduğumuz düşərgədə belə bir adət vardı - “mənimlə deyilsənsə, məni dəstəkləmirsənsə hakimiyyətin adamısan”. Baxın, bu şantajdır. Şantajla siyasi ittifaqlar yaratmaq cəhdidir. Bunun da sonu iflasdır. Bu baxışı ölkə siyasətinə kimlərin gətirdiyi də məlumdur. Son nəticədə ümumi müxalifət zəifləyir və müxalifətin güclü olmaması isə hakimiyyətin xeyrinə işləyir.

Ölkədə siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmamasında iqtidar böyük məsuliyyəti daşıyır. Amma iqtidar gəlib müxalifətdaxili məsələləri tənzimləyəsi deyil. Bunu şəxsən mən də qəbul etmərəm. Amma çox təəssüflər ki, müxalifət daxilində də bu günədək monopoliya yaratmaq sevdasına düşmüş şəxslər olub. Müəyyən dövr üçün bunu bacarıblar da. Amma sonrakı dövrdə meydana Gələcək Azərbaycan Partiyasının, ReAl Partiyası, Ağ Partiya kimi yeni siyasi qüvvələrin çıxması bu monopolyanı dağıtmağa nail oldu".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, uzun illərdir ənənəvi müxalifət ölkədə siyasi müxalifəti inhisara almağa və öz şəxsi ambissiyalarını həyata keçirməyə çalışır. Azərbaycanda müxalifətin irəli gedə və ciddi uğurlar qazana bilməməsində bu vəziyyət şübhəsiz öz təsirini illərdir göstərir: “Bu vəziyyət indi də davam edir. Biz bunu zamanla görürük, hətta Şuşa Bəyannaməsinə - Türkiyə və Azərbaycan əlaqələrinə böyük töhfə verən, müttəfiqlik müqaviləsi olan bu sənədə iki partiya imza atmadı. Hətta imza atanlara qarşı təhqirlərə keçdilər. Ənənəvi liderlərin baxışları 90-cı illərdə qalıb və onların köhnəlmiş baxışları, hər addımda digər müxalifət partiyalarını düşmən elan edib onlara qarşı hücumlar, qarşılıqlı ittihamlar illərlə bütün müxalifətə böyük zərbələr vurub.

Hakimiyyətin son iki ilə yaxın müddətdə partiyalarla dialoqu və yeni bir siyasi mövqe ortaya qoyması, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə yeni bir açılım başlandı, ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Radikal mövqeli bir neçə müxalif partiya özünü bu konfiqurasiyadan kənarda qoyub və ənənəvi zərərli xətti davam etdirirlər.

Qarabağ müharibəsində də bu iki partiya kənarda qaldı. Belə bir yanaşma ilə özlərini cəmiyyətdən kənarlaşdırdılar. AXCP, Müsavat və Milli Şura hakimiyyətlə dialoqda olan partiyalara qarşı qara piar aparır. Onlar tərəfindən bizə qarşı savaş aparılır. Düşünmürəm ki, hakimiyyət burada maraqlı olsun. Hətta hakimiyyət bu iki partiyaya da dialoq təkli edib və dövlət naminə sənədlərə imza atmağa dəvət edib. Baxın Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu, Cəmil Həsənli bütün günü Qarabağda qələbəmizə kölgə salır. O qədər primitiv siyasət ortaya qoyurlar adam məəttəl qalır. Bəziləri hətta Robert Köçəryanın memuarlarından sitat gətirir və ona inanır. Tofiq Yaqublu deyir ki, sərhəddən geri çəkilək, Ermənistanda demokratiyaya mane olmayaq. Belə olduğu halda təbii ki, dialoq tərəfdarı olan müxalifətlə bu cür müxalifətin bir yerdə olması mümkün deyil və burada hakimiyyətin əlinin olduğunu düşünmək yanlış olardı. Bir kiçik qrup adamlar uzun illərdir müxalifəti parçalayıb və hər kəsi qaralamaqla məşğuldurlar. Mən o adamların hər birini siyasətdən getməyə çağırıram".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru