"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                 

“Bundan sonra tətbiq ediləcək sərtləşməyə qarşı çıxmayacam” - deputat
Tarix: 16-07-2021, 09:47 | Çap et
“Bundan sonra tətbiq ediləcək sərtləşməyə qarşı çıxmayacam”
Artıq iki həftədir ki, Azərbaycanda toylar keçirilir. Avqust ayında Məhərrəmlik ayının başlayacağı ilə əlaqədar bu müddət ərzində əksəriyyət tələsik də olsa toyunu keçirməyə çalışır. Lakin qoyulan qaydalara nə qədər əməl olunur? Müşahidələr də onu göstərdi ki, il yarımdan sonra yenidən fəaliyyətinə icazə verilən toy, nişan mərasimlərində pandemiya şərtlərinə əməl olunmur, məclis sahibləri və yaxud sahibkarlar kobud şəkildə qaydaları pozurlar. Kimisi “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmir, kimisinin vaksinasiya ilə bağlı sənədi olmadan məclisdə iştirak etməyə çalışır, eləcə də şənliklər saat 24:00-dan sonra davam edir və sairə. Bununla bağlı iki həftə ərzində xeyli sayda şadlıq sarayı və obyektlərinin sahibləri cərimələnib və yaxud barələrində inzibati həbs qərarı çıxarılıb.

Bir müddət bundan əvvəl toy qadağası ilə bağlı tənqidi fikir bildirən bir sıra ictimaiyyət nümayəndələri, hətta deputatlar da artıq əks fikir bildirməyə başlayıblar. Məsələn, daim müəyyən qaydalar çərçivəsində toyların icazə verilməsi ilə bağlı çağırışlar edən millət vəkili Fazil Mustafa ötən gün “Yeni Müsavat”a açıqlamasında toylarla bağlı qadağaların daha sərt şəkildə tətbiq edilməsini istəyib.

Baş nazir Əli Əsədov “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”in təsdiqlənməsi barədə qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq. Metodik göstəriş o deməkdir ki, hər toya gələnə nələrin qadağan olunduğu broşur şəkildə paylana bilər.

Bəs yeni qərar nələri dəyişəcək? Niyə cəmiyyətimiz qoyulan qadağaları pozmağa meyllidir?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:

“Biz deputatlar ”toylara icazə verilsin" çağırışını edəndə nəzərdə tutmamışdıq ki, vətəndaşlar qoyulan qaydalara əməl etməsinlər. Bunun üçün də hesab edirəm ki, bu məsələdə qayda-qanunun tətbiq edilməsi yaxşı olardı. Son günlər xəstəliyə yoluxanların sayının artması məni də narahat edir. Biz istəyirik ki, ümumiyyətlə, bu xəstəlik bitsin və bütün qadağalar aradan götürülsün.

Hər zaman qeyd etmişəm və indi də bildirmək istəyirəm ki, daha yaxşı olardı ki, toylar açıq havada keçirilsin. Bilirik ki, şadlıq saraylarının həyətində geniş məkanlar var və orada 300-500 nəfərlə toy keçirmək daha təhlükəsizdir. Təəssüflər olsun ki, toyların daha çox bağlı məkanda keçirilməsinə meyl göstərirlər. Təbii ki, orada şərait daha yaxşıdır, amma axı təhlükə yaradır. Məsələn, kondisioner havanı alıb, içəri buraxır və xəstəliyi yaymış olur. Bu baxımdan bu gündən sonra qaydaların daha da sərtləşdirilməsinə, insanların daha məsuliyyətli olmasına yönəlik addımlara qarşı çıxa bilmərəm, çıxamayacam da. İnsanlar da məsuliyyətli olmalıdır. Məlum olduğu kimi, virusun təhlükəli “Delta” ştammı artıq Azərbaycanda da aşkar edilib. Qadağalar bizim öz sağlamlığımız üçündür. İnsanlarda belə bir fikir yaranmasın ki, baş nazir Əli Əsədov insanlara qarşı qərar verir. Əksinə, Operativ Qərargah çalışır ki, ümumiyyətlə, bu xəstəlik olmasın və bütün qadağalar aradan qalxsın. Amma vətəndaşlar məsuliyyətsiz yanaşırlar".Lakin müşahidə edirik ki, insanlar toylarda dərd-sərini, unutduğu kimi xəstəliyi də unudur. Əlavə olaraq şadlıq evlərinin sahibləri də daha çox qazanmaq, daha çox insanları dəvət etmək üçün sui-istifadələr edir ki, bu da problemlər yaradır. Təsəvvür edin ki, əgər bir stol arxasında bir xəstə insan əyləşərsə, nə qədər insan yoluxa bilər. Bu məsələlərə nəzarət etmək çətin olub.

Deputat vətəndaşları kütləvi vaksinasiyaya çağırıb:

“Hesab edirəm ki, virusa qalib gəlmək üçün vətəndaşlar kütləvi şəkildə vaksinasiya prosesinə qoşulmalıdır. Ötən gün müşahidə etdim ki, birinci və ikinci doza ilə cəmi 30 min insan peyvənd olunub. Bu çox azdır. Amma bir müddət əvvəl çağırış olanda və vətəndaşlar virusla bağlı daha çox narahat olanda say 90 min idi. Beləliklə, insanlar kütləvi peyvəndləməyə getməzsə, yenidən qadağalar başlayacaq, qapanmalara gediləcək, toylara icazə verilməyəcək. Vətəndaşlar bunumu istəyir?”

Razi Nurullayev baş nazirin yeni qərarına da mövqe bildirib:

“Düşünmürəm ki, xalqımız həmin broşurları oxuyacaq. Əksəriyyəti broşuru alıb, çantasına atacaq. Əlbəttə ki, oxuyanlar da olacaq, amma yaxşı olardı ki, toy başlamazdan əvvəl toyu aparan şəxs broşurda yazılanları zala oxusun.

Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi:

“Bundan əvvəl açıqlamamda bildirmişdim ki, iki həftədə hər şey aydınlaşacaq. Hətta deyərdim ki, bir qədər də vaxt tələb olunacaq.

İlk öncə deyim ki, bu məsələlər qadağaları tətbiq edən qurum tərəfindən aydın şəkildə ortaya qoyulmadı. Qadağalar, məhdudiyyətlər elə şəkildə yazılmışdı ki, bəlkə də xeyli kənd əhalisi onu oxuyub, başa düşmədi ki, söhbət nədən gedir. Bir qrup camaat isə oxudu və təəccübləndi ki, bu qadağalar nə qədər imkan yaradır ki, ona nəzarət edən təşkilatlar öz mənafelərini güdsünlər. Həmin qaydalarda hiss olunurdu ki, nəzarət orqanları burada şəxsi məsələ güdə bilər.

Digər tərəfdən isə qaydalarla bağlı qərar veriləndən bir gün sonra həmin orqanların nümayəndələri camaata səslənib bildirdi ki, “qorxmayın, bu o qədər də sərt olmayacaq”. Əhali bu sözü sona qədər mənimsəyə bilmədi. Axı bu nə deməkdir? Bunun özü də o demək idi ki, hərə bu qaydaları “yola” verə bilər. Ona görə də əhali elə başa düşdü ki, əgər qurum rəsmiləri deyirlər ki, qadağalar o qədər də sərt olmayacaq.

Təəssüf ki, bizim camaatımız illərlə belə öyrəşib ki, qoyulan qadağanı pozmaq olar. Bu praktika bizim həyatımızda var. Lakin bunun günahı əhalidə deyil. Sadəcə, mühit əhaliyə bunu öyrədib ki, qaydanı pozmaq olar. Əhalidə bu artıq vərdişə çevrilib. Bunu da diktə edən, qeyd etdiyim kimi, mühitdir. Ona görə də hesab edirəm ki, bu cür məsələlər ortaya qoyulanda onu konkretləşdirmək lazımdır. Həmçinin icra ediləndə də nəzarət güclü olmalıdır. Bəzən biri “yola” verir, bəzən icra etmir, bunu görən kimsə də başqasına deyir və xəbər yayılır ki, “yola” vermək olar.

Toyları müşahidə edirəm və aydın olar ki, ortada belə bir mənzərə var - 150 nəfərə deyilir ki, saat 9-a qədər gəlsinlər, ondan sonra digər 150 nəfər gəlir. Yəni camaat müxtəlif yollar axtarır. Bu məsələdə ciddi nəzarət mexanizmi yoxdur. Hər şeyi yarımçıq etməyi xoşlayırıq. Ona görə də qeyri-müəyyənlik var.

O ki qaldı veriləcək broşurlara, bu məsələyə də qeyri-ciddi baxıram. Sizcə, toya gələn camaat broşur oxuyacaq? İndidən proqnoz verirəm, gedib görəcəksiniz ki, boruşurlar foyedə və digər yerlərə atılıb.

Mən çağırış edirəm ki, gəlin birlikdə konkret toy modeli quraq. Lakin bu çağırışımı eşidən yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru