“Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...” - Qulu Məhərrəmli
Tarix: 18-10-2021, 11:53 | Çap et
![“Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...” “Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...”](/uploads/posts/2021-10/thumbs/1634543629_0001.jpg) “Hesab edirəm ki, müstəqillik bütün dünya xalqlarının ən böyük arzularındandır. Dünyada mövcud olan üç min xalqdan iki yüzünün dövləti var və biz o xoşbəxt xalqların içərisindəyik. Bu müstəqillik günündə bizim üçün vacib olan odur ki, bu gün Azərbaycan dünyanın müstəqil, öz suveren hüquqları olan dövlətdir, beynəlxalq hüququn subyektidir, ən nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, regionda söz sahibidir” Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli 18 oktyabr dövlət müstəqilliyimizin bərpası günü haqda danışarkən deyib. Q.Məhərrəmli 44 günlük Vətən müharibəsindən sonra isə dövlətimizə qarşı dünya ölkələrinin marağının artdığını bildirib: “Xüsusən ötən ilki 44 günlük Vətən savaşından sonra dünyada Azərbaycanın özünə maraq xeyli artıb. Ona görə ki, öz ərazi bütövlüyünü təmin etməyi bacaran, işğalda olan torpaqlarını azad edə bilən və bunun üçün böyük hərbi məharət göstərən bir ölkənin, dövlətin hər halda dünyanın diqqət mərkəzində olması təbiidir. Düzdü, bu gün Azərbaycan dünyada daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma onun qədim mədəniyyəti, zəngin tarixi abidələri, görkəmli insanları Azərbaycanı dünyada layiqincə təmsil edir. Bu müstəqillik günündə indi son bir ayda müxtəlif söhbətlər gəzir. Milli Məclis 28 may Respublika gününün adını dəyişdirib müstəqillik günü, 18 oktyabrı isə müstəqilliyin bərpası günü etdi. Mənim yanaşmam belədir ki, adın necə səsləndirilməsindən və necə yazılmasından asılı olmayaraq bu müstəqilliyi, cümhuriyyəti, respublikanı bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik. Biz müstəqilliyi sözün həqiqi mənasında duymalıyıq. Bunun üçün də o qurucu babalarımızın xatirəsi əbədiləşdirilməlidir, o adamların ev muzeyləri yaradılmalıdır. Düşüncəmə görə onların Bakıda və başqa rayonlarda abidələri qoyulmalıdır. Onlar üçün Bakıda panteon tikilməlidir, çünki hərəsi bir ölkədə qətlə yetirilib, çoxunun məzarları Azərbaycanda yoxdur. Ona görə də onların xatirəsini əbədiləşdirmək haqqında düşünmək lazımdır. Addan artıq əməli işə keçmək lazımdır ki, müstəqillik ideyası beyinlərdə, şüurlarda maddiləşsin. Hesab edirəm ki, müstəqillik uğrunda mübarizəyə rəhbərlik etmiş Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə qarşı qısqanclıq aradan qaldırılmalıdır. Çünki M.Ə.Rəsulzadə bütün varlığını, həyatını, ailəsini müstəqillik yolunda qurban verib. Cümhuriyyət yıxılandan, süqut edəndən sonra bu müstəqilliyin tanınması, onun dəyərlərinin yaşaması üçün çox qiymətli işlər görüb. Təəssüf ki, yeni nəsil bu barədə kifayət qədər bilgiyə malik deyil. Bakı Dövlət Universitetinə M.Ə.Rəsulzadənin adı qaytarılmalıdır. Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərimiz layiq olduqları qiymətlərini almalıdırlar. Bunlar bizim çox böyük hərbi sərkərdələrimiz olublar, cümhuriyyət uğrunda çalışıblar, vuruşublar. Hesab edirəm ki, 11-ci Qızıl Ordunun Azərbaycana hücumu zamanı onların qarşısını kəsmiş, iki saat döyüş aparmış Milli Ordunun 350 nəfərdən ibarət qarnizonu olub və onların xatirəsi o döyüş yerində əbədiləşdirilməlidir. Yəni indiki nəsil bilməlidir ki, müstəqillik onlara heç də boşqabda hazır şəkildə gətirilməyib. Bu müstəqillik uğrunda vuruşanlar, canlarını fəda edənlər, həyatını qurban edənlər olub. Ona görə də biz o müstəqilliyi yaradanların, cümhuriyyəti quranların xatirəsini daim əziz tutmalıyıq, əməlimizdə, işimizdə cümhuriyyət dəyərlərini əsas götürməliyik”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03 |
|
|
|
• Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00 |
|
|
|
• Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29 |
|
|
|
• Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26 |
|
|
|
• Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14 |
|
|
|
• "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09 |
|
|
|
• Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05 |
|
|
|
• “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02 |
|
|
|
• Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00 |
|
|
|
• “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01 |
|
|
|
• Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53 |
|
|
|
• Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48 |
|
|
|
• Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45 |
|
|
|
• DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36 |
|
|
|
• “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30 |
|
|
|
• İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19 |
|
|
|
• Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15 |
|
|
|
• Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11 |
|
|
|
• Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09 |
|
|
|
• Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
• Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55 |
|
|
|
• İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53 |
|
|
|
• “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46 |
|
|
|
• USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39 |
|
|
|
• Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38 |
|
|
|
• "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32 |
|
|
|
• Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11 |
|
|
|
• MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48 |
|
|
|
• Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44 |
|
|
|
• AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41 |
|
|
|
• “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15 |
|
|
|
• Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13 |
|
|
|
• Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09 |
|
|
|
• SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07 |
|
|
|
• Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
• "Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52 |
|
|
|
• Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48 |
|
|
|
• İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10 |
|
|
|
• Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02 |
|
|
|
• Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00 |
|
|
|
• “Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58 |
|
|
|
|