“Prezident İlham Əliyevin sərəncamını alqışlayır, hökuməti ciddi işlər görməyə çağırıram” - deputat
Tarix: 18-10-2021, 12:27 | Çap et
 “Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci l tarixli sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, dünya iqtisadiyyatında bərpa meyllərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir: “Prezident məhz beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə belə bir sərəncam verib. Sərəncama əsasən Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir”.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini qeyd edib ki, Nazirlər Kabineti qısa müddətdə təklifləri hazırlayıb təqdim etməlidir: “Bu təkliflər əməkhaqqı, pensiya və müavinətlərin büdcənin imkanları daxilində mümkün qədər artırılmasını təmin etməlidir. Büdcədə bunun üçün mənbələr aşkarlamalıdır”.
T. Kərimli paralel olaraq iqtisadiyyatda hələ də müəyyən qədər qalmaqda olan kölgə iqtisadiyyatına, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsini, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində ardıcıl addımların atılmasını vacib sayıb: “Prezident İlham Əliyev sərəncamında hökumətin üzərinə bu mühüm vəzifəni qoyur. Çox şadam ki, Milli Məclisdə qaldırılan bu kimi məsələlərə Prezident İlham Əliyev həssaslıqla yanaşır. Parlamentdə bu məsələlər dəfələrlə qaldırılıb. Əhalinin rifah halını yaxşılaşdırmaq çox vacibdir. Ona görə də Prezident İlham Əliyevin bu sərəncamını alqışlayıram və hökuməti bu istiqamətdə ciddi işlər görməyə çağırıram”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03 |
|
|
|
• Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00 |
|
|
|
• Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29 |
|
|
|
• Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26 |
|
|
|
• Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14 |
|
|
|
• "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09 |
|
|
|
• Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05 |
|
|
|
• “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02 |
|
|
|
• Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00 |
|
|
|
• “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01 |
|
|
|
• Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53 |
|
|
|
• Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48 |
|
|
|
• Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45 |
|
|
|
• DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36 |
|
|
|
• “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30 |
|
|
|
• İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19 |
|
|
|
• Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15 |
|
|
|
• Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11 |
|
|
|
• Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09 |
|
|
|
• Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
• Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55 |
|
|
|
• İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53 |
|
|
|
• “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46 |
|
|
|
• USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39 |
|
|
|
• Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38 |
|
|
|
• "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32 |
|
|
|
• Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11 |
|
|
|
• MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48 |
|
|
|
• Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44 |
|
|
|
• AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41 |
|
|
|
• “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15 |
|
|
|
• Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13 |
|
|
|
• Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09 |
|
|
|
• SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07 |
|
|
|
• Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
• "Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52 |
|
|
|
• Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48 |
|
|
|
• İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10 |
|
|
|
• Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02 |
|
|
|
• Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00 |
|
|
|
• “Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58 |
|
|
|
|