Elman Nəsirov Qüdrət Həsənuqliyevin təklifinə qarşı çıxdı: - “Az qala 3-cü Dünya müharibəsi yaşayırıq...”
Tarix: 25-10-2021, 16:14 | Çap et
 Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımının qeydə alınmasilə bağlı danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sözləri müzakirə yaradıb.
Belə ki, deputat yoluxmanın sayının artdığı təqdirdə müəyyən məhdudiyyətlərə getməyin lazım olduğunu bildirib. Burada insan həyatından söhbət getdiyini, bundan başqa vaksinasiya prosesini sürətləndirmək lazım olduğunu deyən deputatın təklifi bundan ibarət olub ki, vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, onlar öz xərcləri hesabına müalicə olunsunlar. Milli Məclisin üzvü həmçinin bildirib ki, dövlət belə şəxslərin müalicəsini öz üzərinə götürməməlidir. Müalicənin təqribən 3 min manata yaxın vəsaitə başa gəldiyini deyən deputat yaxın günlərdə parlamentin iclaslarında bununla bağlı məsələ qaldıracağını da bildirib.
Deputat həmrakının təklifinə Milli Məclisin üzvü Elman Nəsirov münasibət bildirib. O, hazırda az qala 3-cü Dünya müharibəsi yaşadığımızı nəzərə çatdırıb:
“Təsəvvür edin, dünyada virusa yoluxanların sayı 250 milyona yaxınlaşırsa, dünyasını dəyişənlərin sayı 5 milyon nəfəri ötüb keçirsə, pandemiyanı 3- cü dünya müharibəsi adlandırmaq düzgün olar. Müharibənin isə təbii ki, öz qaydaları var. Müharibə dövrünün qaydaları sərt olur. Məsələyə bu məntiqlə yanaşanda, burada məsuliyyət məsələsi ön plana keçir. Bir anlıq təsəvvür edin ki, 1 milyondan çox azərbaycanlının maşını avtomobil yollarında şütüyür. Yol Polis bir saat fəaliyyət göstərməsin, hər şey sürücünün məsuliyyətinə buraxılsın. Bilirsiniz nələr olar?”
Deputat bildirib ki, məsuliyyət məsələsi çox qəlizdir. Buna arxayın olub, qərarlar qəbul etmək düzgün deyil:
“Ona görə də, mən hesab edirəm ki, biz faktiki olaraq milyonlarla insanın həyatına son qoyan 3- cü Dünya müharibəsini yaşayırıq. Belə olan vəziyyətdə addımların sərtliyinin tərəfdarıyam. Hesab edirəm ki, bir insan məsuliyyəni dərk edib vaksin vurdurmur və əsaslandırır ki, bu, könüllülük prinsipi ilədir, bu zaman sual etmək lazımdır ki, vaksin vurdurmursan, amma yoluxursan, burda mənim nə günahım var? Sənin məsuliyyətsizliyin ucbatından mən yoluxuram. Çoxlu suallar ortaya çıxır. Məsuliyyət məsələləri çox önəmlidir. Burada boşluqların olmasını xüsusi vurğulamaq lazımdır. Hansı qərarların qəbul ediləcəyi, sərt tədbirlər mənim səlahiyyətimdə deyil. Prinsip etibarilə hesab edirəm ki, söhbət insanın taleyindən, sağlamlığından gedəndə məsuliyyətsiz insanların davranışına arxayın olub, mübarizəni təşkil etmək olmaz”.
Elman Nəsirov hesab edir ki, xəstəxanada yatmayanların bir çoxu imkanı daxilində öz vəsaitləri hesabına müalicə olunur:
“Hesab edirəm ki, Qüdrət müəllimin irəli sürdüyü təklif elə də effektiv tədbir olmaz. Koronavirusla mübarizə aparmaq üçün böyük maliyyə vəsaiti lazım olmayacaq. İnsan özü məsuliyyətsizdirsə, öz hesabına xəstəliyi ilə mübarizə aparması elə də səmərə verə bilməz. Yəni ciddi təsir mexanizmi olmaz. Bir çox hallarda insanlar heç xəstəxanaya getmir, evlərində müalicə alırlar. Həkimin yazdığı bahalı dərmanları alıb, müalicə olunurlar”. Cebhe.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03 |
|
|
|
• Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00 |
|
|
|
• Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29 |
|
|
|
• Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26 |
|
|
|
• Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14 |
|
|
|
• "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09 |
|
|
|
• Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05 |
|
|
|
• “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02 |
|
|
|
• Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00 |
|
|
|
• “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01 |
|
|
|
• Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53 |
|
|
|
• Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48 |
|
|
|
• Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45 |
|
|
|
• DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36 |
|
|
|
• “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30 |
|
|
|
• İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19 |
|
|
|
• Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15 |
|
|
|
• Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11 |
|
|
|
• Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09 |
|
|
|
• Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
• Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55 |
|
|
|
• İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53 |
|
|
|
• “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46 |
|
|
|
• USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39 |
|
|
|
• Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38 |
|
|
|
• "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32 |
|
|
|
• Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11 |
|
|
|
• MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48 |
|
|
|
• Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44 |
|
|
|
• AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41 |
|
|
|
• “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15 |
|
|
|
• Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13 |
|
|
|
• Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09 |
|
|
|
• SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07 |
|
|
|
• Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
• "Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52 |
|
|
|
• Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48 |
|
|
|
• İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10 |
|
|
|
• Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02 |
|
|
|
• Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00 |
|
|
|
• “Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58 |
|
|
|
|