Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                 

"Deputatın toxunulmazlığının qaldrılması ilə bağlı Milli Məclisə müraciət edilməlidir" - FEYZİYEV QALMAQALI...
Tarix: 8-11-2021, 08:40 | Çap et
"Deputatın toxunulmazlığının qaldrılması ilə bağlı Milli Məclisə müraciət edilməlidir"
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollara həbs qoya bilər. Agentlikdən yayılan açıqlamada bildirilir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirildiyinə görə, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb.

Cavanşir Feyziyev mətbuata verdiyi açıqlamada bildirib ki, 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb: “Yeni qanuna görə, İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.

Amma deputat Azərbaycan ictimaiyyətinə qazandığı sərvətin mənbəyi ilə bağlı heç bir məlumat verməyib. Bununla yanaşı, hüquq mühafizə orqanları, Milli Məclis də bu qalmaqalın üstündən sükutla keçib. Qeyd edək ki, bu gün parlamentin sessiyası keçirilib bə Prezidentin təşəbbüsü ilə göndərilmiş Amnistiya Aktı qəbul edilib. Amma qanunverici orqan öz üzvünün adı keçən maliyyə qalmaqalına münasibət bildirməyə ehtiyac görməyib.

Əslində, millət vəkili tərəfindən ölkədən milyonlarla dolların çıxarılmasına hansı reaksiya verilməli idi? Azərbaycan qanunverciliyinin tələbi nədən ibarətdir?

Hüquqşünas Ələsgər Məmmədli Pressklub.az-a şərhində bildirib ki, mövcud qanunvericilikdə deputatların məşğul ola biləcəyi və bilməyəcəyi fəaliyyət növləri göstərilir: “Şəxs deputat seçildikdən sonra elmi yaradıcılıq istisna olmaqla, ödənişli fəaliyyətlərlə məşğul ola bilməz, bu, qadağandır. Biznes sahəsi də deputat səlahiyyətləri ilə üst-üstə düşmür. Bu, həm də etik məsuliyyət yaradır. 2016-cı ildə keçirilmiş referendumla Konstitusiyanın 89-cu maddəsinə dəyişiklik edilib, oraya həm də etik məsuliyyətə görə deputatlıq səlahiyyətinə son verilməsi məsələsi salınıb”.

Hüquqşünas qeyd edib ki, deputatın adı belə böyük qalmaqala qarşıbsa, hər şeydən əvvəl hadisənin hüquqi tərəfləri araşdırlmalıdır: “Həmin vəsaitlərin ölkədən necə, hansı yollarla çıxarılması korrupsiyaya qarşı mübarizə qanunvericiliyi çərçivəsində xüsusi araşdırılacaq məsələdir. Əgər söhbət xarici ölkəyə aparılmış 20 milyon dollardan, bu qədər böyük bir məbləğdən gedirsə, əlbəttə, onu cibə qoyub çıxarmaq mümkün deyil. Şübhəsiz ki, burada böyük əməkdaşlıq qurulub. Mövcud qanunvericiliyimizə baxdıqda belə böyük pulların ölkədən bu formada çıxarılması mümkün görünmür. Prokurorluq orqanları Cavanşir Feyziyevin toxunulmazlığının qaldırılması ilə bağlı Milli Məclisə müraciət edib, araşdırmalara başlamalıdırlar”.

Ələsgər Məmmədli sözügedən qalmaqalın deputatın etik davranış qaydalarına da zidd olduğunu vurğulayıb. Hüquqşünas hesab edir ki, onun mandatının ləğv olunması məsələsi gündəmə gətirilə bilər: “Həm qanunvercilikdə, həm də Milli Məclisin daxili nizamnaməsində bu tələb var. Bu məsələ hökmən parlamentdə müzakirə olunmalıdır. Ola bilməz ki, biz ölkəyə investisiya qoymaq üçün çağırışlar edək, hətta ölkə başçısı səviyyəsində xarici investorlar dəvət olunsun, amma uzun müddət deputat olan səlahiyyətli şəxs ölkədən milyonlarla vəsaiti çıxarıb aparsın. Bu vəsaitlərin legitimliyi təsdiq olunmur, vergi orqanlarına ödədiyi vergilərə dair bir məlumat, mal bəyanı yoxdur”.

Ə. Məmmədli xatırladır ki, həmin şəxs deputat seçilərkən MSK-ya mal bəyanında bulunur. “Əminəm ki, həmin bəyanla indi otaya çıxan sərvət arasında ciddi uyğunsuzluq var. Bu istiqamətdə də doğru-dürüst araşdırma aparılıb, cəmiyyətə məlumat verilməlidir. Çünki deputatın ölkədən milyonlar çıxarması sıradan bir hadisə deyil”,-deyə ekspert vurğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirir ki, Tier 1 (İnvestor) tipli bu vizanı ölkə iqtisadiyyatına 2,5 milyon dollar məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Onun sözlərinə görə, bu viza, ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır:

“Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesi, hansı obyektləri olması da məlumdur və vaxtaşırı siyahıları da mediada dərc olunur. Görünür, indi də sadəcə Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib”.

O. Gündüz məsələnin başqa tərəflərinə diqqət çəkir:

“Zaman-zaman məsələ qaldırırq ki, nə üçün bizdə investisiya mühiti inkişaf etmir, startapların maliyyələşməsi üçün mənbələr tapılmır. Ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq, investisiya əldə edirlər. Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də elə Cavanşir Feyziyevdi. Səhv eləmirəmsə, 10 ildir deputatdır. Dəfələrlə səsləndirilməsinə, təkliflər verilməsinə baxmayaraq, 10 ildə cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə və Vençur Fondlar haqqında qanun qəbul edilməyib. Bu qanun həm də xarici investisiyaların ölkəmizə cəlb olunmasında mühüm rol oynayır. Belə görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib”.

Ekspert əlavə edir ki, ingilislər 2.5 milyon dolların qarşılığında oturum veriblər.

“İndi bu vəsait və biznesə yatırılanlar həbs təhlükəsi qarşısındadır. Təcrübə göstərir ki, adətən ingilislər çirkli hesab olunan pulları aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər. Odur ki, biz də Cavanşir müəllimə və hökumətimizə təklif veririk ki, həmin vəsaiti ingilislərə verməkdənsə elə indidən cəld tərpənib, ölkəmizdə bir Vençur Fondu yaradılaraq, ora yönəldilsin. Ümid edirəm, hökumətimiz də Cavanşir Feyziyevin ekosistemin və innovasiyaların inkişafına verdiyi töhfəni nəzərə alaraq, mandat və toxunulmazlıq məsələsində də güzəştə gedə bilər”, – deyə O. Gündüz vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Dünən, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Dünən, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Dünən, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru