"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                 

"Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz" - deputat
Tarix: 12-11-2021, 08:53 | Çap et
"Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz"
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada etdiyi çıxışında maraqlı bir detal “Yeni Müsavat”ın diqqətini çəkib. Dövlət başçısı çıxış edərkən bir neçə dəfə Xankəndinin görüntüləri də efirə gedib. Dövlət başçısının çıxış etdiyi Cıdır düzündən Xankəndinin aydın görüntülərini almaq mümkündür. Amma ilk dəfədir Prezidentin çıxışı zamanı Xankəndinin görüntüləri efirə verilib ki, bu da təsadüfi ola bilməz.

Dövlət başçısı çıxışında Azərbaycanın ədalətli müharibə apardığını və döyüş meydanında düşməni məğlub etdiyini deyib. O qeyd edib ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmadığı üçün Azərbaycan ərazilərini hərbi yolla azad edib. “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, - deyə Prezident Əliyev bildirib. Çıxışında Ali Baş Komandan qeyd edib ki, Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, yenə də Azərbaycanın dəmir yumruğunu görəcəklər.

Məlumdur ki, əsas revanşist qüvvələr Ermənistanda cəmləşsə də, Xankəndində də bu cür əhval-ruhiyyəli silahlı qüvvələr var. Bu silahlılar hələ də qanunsuz olaraq Azərbaycan ərazilərində qalırlar və ara-sıra təxribatlar törətmək cəhdləri edirlər. Bu təxribatlar isə əsasən Şuşa istiqamətində baş verir ki, sonuncu insident də buna sübutdur. Əlbəttə ki, dövlət başçısının çıxışında mesajların bir ünvanı da Xankəndi və ətraf bölgələrdəki Araik Arutyunyan kimi siyasi təxribatçılara, diversant qruplaşmalara yönəlib. Məlumdur ki, İ.Əliyevin xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər. Bu dəfə Xankəndini göstərməklə həmin mesajların ünvanı daha da konkretləşdirildi. Qarabağa qayıtmış ermənilər bu çıxışından öz paylarını aldılar, qalır doğru-dürüst nəticə çıxarmaq... Bəs Prezidentin çıxış etdiyi zaman kadrlarda Xankəndinin tez-tez görünməsini bir işarə kimi qiymətləndirmək olarmı? Burada eyham varmı?

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Prezident çıxış etdiyi vaxt Xankəndinin tez-tez efirdə göstərilməsi bir eyham ola bilər. Onun sözlərinə görə, Ali Baş Komandan sözünü açıq şəkildə söyləyib və dediyi fikrin də sahibidir. B.Sadıqov qeyd etdi ki, Xankəndi Azərbaycanın suveren ərazisidir və indi onlara düşünmək üçün vaxtı verilib: “Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz, digər millətlərlə eyni hüquqlardan istifadə etmək haqqınız var. Amma status olmayacaq, cəhənnəmdədir və kim onu gətirmək istəyirsə dalınca gedə bilər. Eyni zamanda üçtərəfli bəyanatda göstərilib, erməni silahlı dəstələri ərazilərdən çıxmalıdır. Ancaq indiyə qədər çıxmayıblar və bəzən bəzi qruplar təxribatlara yol verir. Buna baxmayaraq, Ordumuz tərəfindən onların qarşısı alınır, qətiyyətlə susdurulur, bizdən üzr istəyirlər və sülhməramlıların xahişini nəzərə alıb cəzalandırmırıq, geri qayıtmalarına şərait yaradırıq”.

B.Sadıqov hesab edir ki, Prezidentin sözü və əməli eynidir, addımları ilə mövqeyini möhkəmləndirir: “Dövlət başçısı deyib ki, nəyi, nə vaxt etməyi yaxşı bilirəm”. Deputatın fikrincə, Ermənistandan Xankəndinə gələn rəsmilər bilməlidirlər ki, bu cür hərəkətlərinə son qoymağın da bir zamanı var: “Azərbaycan boş dayanmayıb, iş aparır. Cənab İlham Əliyev hörmətli Ərdoğanla birlikdə Zəngəzur dəhlizinin təməlini qoyubsa, deməli, məqsədə çatılacaq və digər məsələlər də həllini tapacaq. Azərbaycan öz ərazilərinə sahibdir və qalib ölkədir. Artıq azad edilən bölgələrdə quruculuq işləri gedir, status mövzusu yoxdur, ermənilərin arabir şıltaqlıqları isə keçmişdə qalır. Əgər davam etsələr, gələcəkdə 44 günlük müharibədə olanları onlara yaşada bilərik”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov hesab edir ki, üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır və Azərbaycanın daha 30 il gözləmək vaxtı yoxdur. Onun sözlərinə görə, biz 44 günlük savaşda 3 min şəhid verməmişik ki, indi ermənilər ərazilərimizdə vaxtaşırı təxribatlara əl atsınlar. Politoloqun fikrincə, sülhməramlılardan qalxan kimi istifadə edən ermənilərin pozucu hərəkətlərini davam etdirməsinə imkan verilməyəcək və Azərbaycan terrorçu qrupların təmizlənməsi üçün antiterror əməliyyatlarını başlamaq hüququnu özündə saxlayır.

X.Bəşirov Prezidentin Şuşada çıxışı zamanı efirdə tez-tez Xankəndinin göstərilməsini təsadüf saymır: “Böyük ehtimal ki, bir eyham var. Yəni arifə bir işarə də kifayət edir. Əslində bu qələbə Azərbaycan dövlətinin və xalqınındır. Sadəcə, bəzi problemlər var və biri də Xankəndi məsələsidir. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, deməli, Xankəndi də bizim ərazimizdir. Ona görə bu qələbədən Xankəndinə də pay düşür. Amma qanunsuz silahlı birləşmələr bölgədən çıxmayıb, üçtərəfli bəyanatın 4-cü bəndi pozulub. Hesab edirəm ki, biz Xankəndinə gedib-gəldikdən sonra bu məsələ həll olunacaq”.

Ekspertin sözlərinə görə, Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilər oradakı cinayətkar rejimdən qurtulmağa yaxındırlar: “Onların təxribatları Xankəndində yaşayan dinc erməni sakinlərə nə qazandırır? Mülki əhali bunu istəyirmi? Məncə, yox. Sadəcə, həmişə bu hiyləgər siyasəti yürüdüblər, indi Zəfərin bir ilini qeyd edirik və bu təxribatları davam edirlər, psixoloji təzyiq etməyə çalışırlar. Bütün bunlar əbəsdir, 44 günlük sülhə məcburetmə əməliyyatı ilə gücümüzü sübut etdik, bu prosesin həllində də bizə heç bir qüvvə mane ola bilməz. Sadəcə, zaman lazımdır. Onlar ilk gündən üçtərəfli bəyanatı pozmağa çalışırlar və istəyirlər ki, bizi hövsələdən çıxarsınlar, adekvat cavab verək, vəziyyət gərginləşsin, ondan sonra götürdükləri öhdəlikləri yerinə yetirməsinlər. Lakin Azərbaycan sülhün, bölgədə sabitliyin tərəfdarıdır, Ermənistandan fərqli olaraq...”
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru