"Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                 

“İlham Əliyev bu görüşə güclü əllə gedir” - Partiya sədri
Tarix: 25-11-2021, 10:23 | Çap et
“İlham Əliyev bu görüşə güclü əllə gedir”
Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, ehtimal olunur ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına dair razılaşma olacaq.

"AzPolitika.info" mövzuyla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

- Sərdar bəy, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsseldə görüşü planlaşdırılsa da, Moskva dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtərəfli görüşün təşkilinə nail oldu. Sizcə, hansı proseslər gedir və Soçi görüşü nə ilə nəticələnə bilər?

- Əvvəla, görünən odur ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə gedir. Əslinə baxsaq, heç bir təsir qüvvəsinin Azərbaycana və Ermənistana canı yanmır. Məqsəd sadəcə yaranan situasiyadan istifadə edərək burada öz maraqlarını təmin etməkdir. Moskva istəmir ki, bu regiona başqa güc mərkəzləri müdaxilə etsin, mövqelərini gücləndirsin, təsirini artırsın. Ona görə də çalışır ki, Avropa İttifaqı prosesdən kənarda saxlanılsın. Eyni zamanda həm Ermənistan, həm də Azərbaycana başa salmaq istəyir ki, heç bir halda Avropa İttifaqını bu posesə qoşmasınlar. İndiki halda bunun üçün təzyiqlərin daha çox Nikol Paşinyana ediləcəyi gözləniləndir.

Konkret olaraq Soçi görüşünə gəldikdə, mən buradan yeni heç nə gözləmirəm. Onsuz da 2020-ci ilin 10 noyabrında müharibəyə son qoyan üçtərəfli razılaşmanın maddələrinin çoxu yerinə yetirilməyib. Üstəlik, yeni müqavilənin imzalanması üçün də heç bir zəmin yoxdur. Əlbəttə, Vladimir Putin çalışıb təzyiq edəcək ki, hansısa bir bəyannamə imzalansın.

- Təxminən necə bir bəyanat imzalana bilər?

- Mənim qənaətimcə, Putin çalışacaq ki, hər iki tərəfə təzyiq etsin, nəticədə Rusiyanın maraqlarına uyğun gələn hansısa bir bəyanat verilsin və ya qərar qəbul edilsin. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Başqa sözlə, hərbi sahədə əldə etdiyimiz nailiyyəti diplomatik masada davam etdirmək lazımdır. Biz müxalifət olaraq bunun üçün hakimiyyətə hər cür dəstək verməyə hazırıq.

- Sərdar bəy, müharibədən bir il zaman keçdikdən sonra Moskva tərəflərin heç bir əhəmiyyəti olmayan hansısa bəyanat verməsi üçün niyə görüş təşkil etsin?...

- Ehtimal edirəm ki, Soçidə baş tutacaq üçtərəfli görüşün sonunda bəyanat, bəyannamə və ya qərar ortaya çıxacaq. Əks halda üç dövlət başçısının bir araya gəlib heç bir qərar vermədən ayrılması mənasız olardı. Əslində, təcrübə də göstərir ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə qəbul edilən qərarlar məhz Moskvanın xeyrinə olur. Bu səbəbdən də həmin görüşdə hansısa bəyannamə qəbul edilməlidir ki, Moskva Avropa İttifaqına yerini göstərsin. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın və ya Ermənistanın maraqları Rusiyanı maraqlandırmır.

- Cəmiyyətin gözləntiləri daha çox sülh müqaviləsinin imzalanması və ya iki dövlət arasında sərhədlərin delimitasiyasının aparılmasına dair qərarlarla bağlıdır...

- Mənim fikrimcə, indiki halda bu məsələlərin gündəmə gəlməsi real deyil. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxın olanda bu məsələlər gündəmə gələcək. İndiki halda bu məsələ gündəmi zəbt etmək çün ortaya atılan məsələlərdir. Zənnimcə, indi belə sənədin imzalanması gözlənilən deyil. Noyabrın 16-da Azərbaycan və Ermənistan arasında müharibə olub. Belə bir vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Üstəlik, Ermənistanın özündə böyük narazılıq var, müxalifət Paşinyana qarşı sürət götürməyə cəhdlər edir. Belə bir vəziyyətdə saziş gözlənilən deyil. Yəni mümkün görünmür, mövcud şərtlər buna imkan yaratmır. Paşinyan ölkəsini müstəqilləşdirmək istəyir. Rusiya da bunun əleyhinədir. Paşinyan Qərbə inteqrasiyaya cəhd edir, Moskva buna qarşıdır. Paşinyan başqa dövlətləri Qarabağ prosesinə cəlb etməyə çalışır, ruslar buna da qarşıdır. Belə bir vəziyyətdə Paşinyan üçün asan deyil ki, sülh istiqamətində addım atsın. Başqa sözlə, Paşinyanın durumu İlham Əliyevlə müqayisədə həddən artıq çətindir. İlham Əliyev işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etməyə nail olub və bu mənada əhalinin ona rəğbəti var. Üstəlik, xalqından kart-blanş da alıb. Nikol Paşinyan isə bütün bunlardan məhrumdur. Ona görə də Paşinyan asanlıqla sülh müqaviləsinə imza atmayacaq.

- Bəs Soçiyə gedərkən İlham Əliyevin çantasında nələr olacaq?...

- Mənə elə gəlir ki, İlham Əliyev Rusiyaya Xankəndi və digər məsələlərlə bağlı alternativ fikirlər apara bilər. Mən bunu Rusiya-Azərbaycan münasibətləri kontekstində deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində də müəyyən problemli məsələlər var. Bu problemlərin həlli üçün də addımlar atılmalı, işlər görülməlidir. Mənim fikrimcə, İlham Əliyev Soçiyə güclü əl kimi gedir. Əvvəla, dediyim kimi, daxildən dəstəyi var, üstəlik, Türkiyə və Pakistan kimi ölkələr tərəfindən dəstəklənir. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə görə İlham Əliyev iqtidar-müxalifət məsələsi olmadan dəstəklənir. Bunlar hamısı müsbət amillər olmaqla yanaşı İlham Əliyevin əlini gücləndirən faktorlardır. Odur ki, İlham Əliyev Soçidə daha çox addımlar ata bilər.

- Bütün bunlardan sonra dekabrın 15-nə planlaşdırılan Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən heç nə gözləmirəm.Avropa İttifaqı çalışır ki, öz mövcudluğunu göstərsin, imkan varsa regionda oyunçuya çevrilsin.

- Avropa İttifaqının prosesə cəlb olunması məsələnin Rusiyanın inhisarından çıxarılması üçün nə dərəcədə effektiv ola bilər?

- Mənim şəxsi qənaətim belədir ki, bu prosesə Türkiyədən savayı kim qatılsa, bizim xeyrimizə olmayacaq. Avropa Birliyində ən böyük iki söz sahibindən biri Fransadır. Fransanın son fəaliyyəti göz önündədir. Son 30 ildə Ermənistana açıq dəstək verib. Odur ki, mən Avropa İttifaqı daxil olmaqla, başqa oyunçuların prosesdə iştirak etməsinin bizə hansısa xeyir gətirəcəyi düşüncəsində deyiləm. Müharibədən əvvəl, müharibə dövründə və ondan sonra biz gördük ki, Türkiyə birmənalı bizi müdafiə edir. Bu mənada regionda Türkiyənin güclənməsi bizim üçün daha vacibdir, nəinki başqa qüvvələrin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Dünən, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Dünən, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Dünən, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Dünən, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru