"ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                     “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib .....                     SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... .....                     Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                 

"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Tarix: 30-11-2021, 09:58 | Çap et
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil"
Erməni lobbisi postmüharibə dövründə də həyasız fəaliyyətindən geri qalmır. Rəsmi İrəvan Bakı ilə bölgədə yeni konfiqurasiyanın yaranmasında maraqlı olduğunu bəyan etsə də, erməni lobbisi köhnə və ənənəvi işini davam etdirir. “Yeni Müsavat” bildirir ki, ötən həftə Avropa Parlamentinin 33 deputatının Azərbaycanı təcavüzkar adlandırması, bizi Ermənistanın guya suveren ərazisinə daxil olmaqda günahlandırması və bununla əlaqədar qətnamə qəbul edilməsi erməni lobbisinin təsirlərini bir daha üzə çıxardı.

Görünür ki, Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresində və digər beynəlxalq tribunalarda erməni lobbisi iş aparmaqdadır. AP-da 33 deputatı, qarayaxması, bizə əsassız ittiham irəli sürməsi göstərdi ki, bu dərəcədə fəallaşıblar. Əslində həmin qətnamənin sənəd kimi heç bir hüquqi statusu yoxdur, daha əvvəl də bənzər qətnamələr əski parçasına çevrilib, lakin istənilən halda bu qurumun erməni lobbisinin təsiri altında olduğu təsəvvürü formalaşır. Bəs kontur addımlarımız necə olmalıdır? Azərbaycan lobbi işini gücləndirməklə Ermənistan əleyhinə müxtəlif beynəlxalq təsisatlarda qətnamələr qəbul edilməsinə nail ola bilərikmi? Əgər erməni tərəfi iddia edirsə və AP deputatlar da qətnamə şəklində bildirirsə Azərbaycan Ordusu guya Ermənistanın ərazilərinə girib, yeri gəlmişkən, bunu üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında baş nazir Nikol Paşinyan da açıqlamışdı, o halda bizim lobbi terrorçu Mirzoyanın Şuşa yaxınlığında hərbçilərimizə qumbara atmasını niyə gündəmə gətirməsin, Azərbaycanla işləyən AŞ PA və AP deputatlarının dilindən bu bəyanatlar səslənməsin?

Yada salaq ki, AP deputatları Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə bununla bağlı məktub göndəriblər. Məktubda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistandan çıxarılması tələb olunur: “Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasının şərq sərhədi boyunca hücuma keçib. Avropa Parlamentinin üzvləri kimi biz Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə hücumunu və ora soxulmasını pisləyirik”. Müraciətdə qeyd ediblər ki, guya Azərbaycanın günahı üzündən 10 noyabr 2020-ci il atəşkəs bəyanatı pozulub və bölgədəki kövrək sülh ciddi şəkildə təhdidlə üzləşib.

Fransalı senator Natali Qule deyib ki, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq edən erməni lobbisi bizi dərindən narahat edir və onlar prosesə heç də kömək etmirlər. Görünür ki, ermənipərəst Fransada da bunu etiraf edənlər var.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “”Yeni Müsavat"a bildirdi ki, Avropa parlamentarilərinin belə qətnaməyə imza atması Azərbaycana qarşı qərəzin göstəricisidir. Onun sözlərinə görə, həmin avropalı deputatları bir-bir araşdırsaq, əlləri erməni lobbisinin cibindən çıxacaq: “Hesab edirəm ki, 33 deputatın məlum qətnaməyə imza atması Avropa Parlamentinin nüfuzuna ciddi şəkildə zərbələrdən biri olacaq. Bu, bizə qarşı erməni lobbisinin pulu hesabına yürüdülən siyasətdir və beynəlxalq qurum olaraq imicini zədələyir. Halbuki 30 il ərzində torpaqlar işğalda olarkən Avropa Parlamentinin 10 deputatı bir araya gəlib Ermənistanın təcavüzkar addımlarına qarşı qətnamə qəbul etməyiblər. Hərçənd 30 il icra olunmayan BMT qətnamələri var idi, indisə olmayan məsələ haqda Avropa Parlamentində 33 rüşvətxor deputat qətnamə qəbul edir”.

GAP sədri hesab edir ki, Avropanın ayrı-ayrı mərkəzlərinin ikili standartlarla yanaşması Qərbin özünə etimadı azaldır: “Belə dünyada ədalət yaratmaq istəyən Avropa pis bir nümunə qoymuş olur. Biz heç bir kəsin suveren ərazisinə daxil olmamışıq, bizim suveren ərazilər 30 il işğalçı orduda olub. Ona görə Azərbaycanın öz strategiyası var və bizim Ordumuz BMT-nin 4 qətnaməsini icra edib, hansısa qətnamələr hüquqi sənəd ola bilməz. Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil, orada Fransanın və erməni lobbisinin təsiri var. Ona görə rəsmi Bakı öz yolunu getməlidir. Biz ”Böyük qayıdış"ı nəzərdə tuturuq, Qarabağda quruculuq işləri gedir, dünya buna şahiddir ki, Azərbaycan öz ərazilərini yenidən yaradır, hansısa çürük qətnamələr bizi maraqlandırmır. Yaxşı olar ki, pulla işləyən avropalı deputatları öz ölkələri araşdırsınlar. Məlum olacaq ki, erməni lobbisi və diasporasının əlinə baxırlar".

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, erməni lobbisinin böyük imkanları və təcrübəsi var: “Azərbaycan da ABŞ, Fransa və digər ölkələrdə lobbi işini qurub, bizi dəstəkləyənlər də az deyil. Amma etiraf etmək lazımdır ki, erməni diasporasının 100 yaşı var, lobbiçilikdə uzun yol keçiblər və təbii ki, dünyada erməni təəssübü çəkənlər də var, xristian faktoru burada rol oynayır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Bu gün, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Bu gün, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Bu gün, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Bu gün, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Bu gün, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Bu gün, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Bu gün, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Bu gün, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Bu gün, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Bu gün, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Bu gün, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Bu gün, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru