" Müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq" - deputat
Tarix: 2-04-2022, 09:12 | Çap et
 Aprelin 2-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 38-ci günü yaşanmaqdadır. “Z” ordusu şəhərləri bombalayır, raket zərbələri ilə darmadağın edir, insanlar fəlakət içindədir və xüsusən ölkənin şərq hissəsində müharibə cinayətləri baş verməkdədir.
Artıq Xerson, Xarkov, Mariupol şəhərləri Hələb, Dəməşq kimi viran qoyulmaqdadır. Lakin bəzən konspiroloji proqnozlar səslənir ki, bu müharibə də Azərbaycanın apardığı Vətən savaşı kimi 44 gündə başa çatacaq. Bu fikri səsləndirənlərə inansaq, o halda təxminən 6 günə toqquşmalar dayanmalıdır.
Amma gedişat göstərir ki, müharibə daha çox uzana bilər. Çünki Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərarı versə də, tamamilə geri çəkilməyib, döyüşlər gedir, Donbasda müharibə davam edir, NATO və Qərb rəsmiləri də müharibənin uzanacağını, hətta ABŞ və Böyük Britaniya müdafiə nazirlikləri Rusiyanın manevr etdiyini, daha güclü hücum olacağına xəbərdarlıq edirlər.
Bu arada Ukrayna prezidenti ofisinin rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib ki, döyüş əməliyyatları daha bir həftə çəkə bilər. Belə çıxır ki, həmin proqnozları irəli sürənlər haqlıdırmı? Ukrayna müharibəsi də 44 günə bitə bilərmi?
Rusiyalı hərbi ekspert Maksim Şevçenko isə Caliber.az-a deyib ki, Azərbaycanda Ukrayna müharibəsi ilə bağlı yanlış rəy mövcuddur və bu, Azərbaycanın ziyanına işləyə bilər. Bildirib ki, Rusiya heç də Ukraynada uduzmur, əksinə, öz hədəflərinə yavaş-yavaş yaxınlaşır. Yeri gəlmişkən, Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonunu tam tərk ediblər. Bu barədə Brovar meri İqor Sapojko məlumat verib. O bildirib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda ərazini düşmənin qalıqları və texnikasından, o cümlədən minalardan təmizləyəcəklər: “Brovar əhalisi geri qayıdır. Kiçik və orta biznes tədricən canlanır. Müəssisələr, mağazalar, kafelər açılır. Şəhər öz həyatını yaşamağa başlayır. Bizim Ukrayna ordusundan ümidimiz var idi, həmişə deyirdik ki, hər şey sakitdir, hər şey yaxşıdır”.
Sapojko Brovardakı blok-postların götürülməyəcəyini deyib və bildirib ki, təhlükə anında şəhər müdafiəyə hazır olmalıdır. Üstəlik, Rusiyanın Belqoroddakı neft bazasına hücum edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter geri qayıdarkən Mayski və Repnoe qəsəbələri üzərində görünüb. diaaz.space-ın məlumatına görə, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna arasında fevralın 24-dən başlanan müharibənin 38 günü tamam olur: “Gedişata baxanda müharibənin dayanması haqda zamanı göstərmək çox çətindir. Faktiki olaraq, müharibənin dayandırılması haqda real addımı atan yeganə dövlət Türkiyədir. Cənab Ərdoğanın bu istiqamətdə müstəsna xidmətləri, səyləri olduğunu söyləmək lazımdır. Əvvəlcə, Antalyada xarici işlər nazirlərini görüşdürdü, İstanbulda nümayəndə heyətlərini bir araya gətirdi, tərəflər arasında müəyyən paramentrlər üzrə yaxınlaşma əldə olundu, Ukraynanın NATO üzvü olmayacağı şifahi razılaşma var. Yəni cənab Ərdoğan çalışır ki, müharibə dayansın və onun əsas hədəfi Putin-Zelenski görüşünü təşkil etməkdir”.
E.Nəsirov qeyd etdi ki, eyni zamanda, xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçiriləcək və rəsmi Ankara bu yöndə çox ciddi cəhdlər göstərir: “O baxımdan Türkiyənin addımlarını diplomatik uğur adlandırmaq olar. Ancaq nə qədər ki Putin-Zelenski görüşü baş tutmayıb, müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq”.
“Rusiyanın Belqorod şəhərindəki neft bazasını həqiqətən də Ukrayna vurubsa, bu, o deməkdir ki, Rusiyanın hava hücumundan müdafiə qoşunları artıq hansısa bir təhlükənin qarşısını ala bilməyəcək vəziyyətdədir”.
Bu fikri isə hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bölüşüb. Ü.Cəfərov Belqoroddan sonra Ukraynanın Rusiyanın içərilərinə doğru girə bilmə ehtimalını isə belə dəyərləndirib: “Müharibəni Rusiya Ukrayna ərazisində başladıb. Bu səbəbdən Ukraynanın özünümüdafiə üçün bütün variantları keçərlidir. Əlbəttə, bunu arzulamazdım. Əgər elə bir hadisə baş versə, yenə də bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Rusiya özü çıxış yolu tapmalıdır. Lakin son olanlar göstərir ki, Rusiya bunu istəmir. 37 gün ərzində yaranan mənzərə hər kəsi üzdü. Fakt isə ondan ibarətdir ki, Rusiya ordusu prioriteti, strategiyasını, taktikasını düzgün qurmadı”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
• Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22 |
|
|
|
• Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17 |
|
|
|
• ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13 |
|
|
|
• Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11 |
|
|
|
• İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38 |
|
|
|
• Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• 47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19 |
|
|
|
• Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04 |
|
|
|
• "Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59 |
|
|
|
• ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56 |
|
|
|
• "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47 |
|
|
|
• "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37 |
|
|
|
• Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32 |
|
|
|
• Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22 |
|
|
|
• BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21 |
|
|
|
• Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16 |
|
|
|
• Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11 |
|
|
|
• Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03 |
|
|
|
• İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01 |
|
|
|
|