"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                 

İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR... - "SÜLH QUŞU OLMAQDANSA..."
Tarix: 7-10-2023, 06:42 | Çap et
İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR...
...Sizə bu istiqlalı...
İngilis və alman imperialistləri
deyil,bəlkə böyük Şura
hökuməti veribdir ki, bugünkü
gün yeni dünyaya qədəm qoyur
ki,onunla da rabitəmizi düzəlt-
mək lazımdır. Biz Antanta im-
perialistlərinə tüpürürük və bu
qanunu qəbul edərək qərar qo-
yuruq ki, biz Şura hökuməti ilə
sıxı bir əlaqədə bulunmalıyıq,
nəinki, zənciri-əsarətdə bizi
saxlayan İngiltərə...

19 aprel, 1920 ci il.
Əliheydar Qarayev...

...ancaq özləri də anlayırlar ki,
Qarabağı məhz Rusiya ilə mü-
nasibətləri ağıllı balanslaşdı-
raraq işğaldan azad etmişik.
...Pafosla deyirlər ki, "Biz niyə
Rusiya sülhməramlılarına gü-
zəştə getməliyik? Nəyimizə la-
zım Şevçenko, Puşkin?" Və ar-
dınca da xəbərlər dinləyirik ki,
Avropa İttifaqı əleyhimizə qət-
namə çıxardı, Rusiya isə açıq
şəkildə bizim mövqeyimizi
müdafiə edir...

06 oktyabr, 2023 cü il
Təcrübəli Partiya sədri...


Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək.

Səbəb isə sadəymiş - erməni aktivist çıxışlarında deyirmiş ki, Qarabağ Azərbaycandır...

Mən də bir təcrübəli jurnalistlə müsahibəmdə buna lüzum olmadığını, həmin ərazilərdə küçə və meydanlara qəhrəmanlarımızın və tarixi şəxsiyyətlərimizin adının verilməsini təklif etdim...

Və...

Və bu gün o təcrübəli partiya sədri bir yazı ilə mövqeyimi aşağılamağa cəhd etdi.

Əcəba, mən nəyi yanlış dedim?!

Gəlin əvvəlcə tarixi səhvlərimizə ekskurs edək...

1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə öz halal yurdumuzu erməniləşdirdik.

1930-cu ildə Xocavəndin adını Martuniyə dəyişdik. Bundan əvvəl isə Qərbi Azərbaycandakı Qaraqoyunlu mahalının adını Ermənistan Martuni adlandırmışdı. Hələ də özümüzdən başqa ora Xocavənd deyən yoxdur.

1931-ci ildə Gülüstan və Ağcakəndin də daxil olduğu ərazini Şaumyan adlandırdıq. Dünənə qədər keçmiş DQMV-dan kənarda da olsa, ermənilər həmin əraziyə də iddia edirdilər.

1930-cu ildə əlimizdən aldıqları Kəvər rayonunun adını Kamo ilə əvəzlədilər. Gədəbəy rayonu ərazisində olan Başkənd kədi də anklav kimi bu rayona verildi, adını da Artsvaşen qoydular.
1992-ci ildə nə qədər şəhid verərək ərazini azad etdik.
İndi də danışıqlarda bu əraziyə iddiadan əl çəkmirlər...

Davam edimmi?!

Məncə kifayətdir...

O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar.

Tarixi yer adlarımızı dəyişdirərək rusun, erməninin gözündə yaxşı olmağa çalışırdılar.

Axı onda da problemlərimiz indikindən fərqli deyildi.
Ermənistan Zəngəzuru, Naxçıvanı, Qarabağı özünə birləşdirmək üçün dəridən-qabıqdan çıxırdı.

1920-ci il dekabrın 1-də Azərbaycan İnqilab komitəsinin sədri N. Nərimanov Bakı Sovetinin iclasında ermənilərin israrlı tələb etdiyi Zəngəzuru onlara vermək qərarını elan edir:
(Hətta Naxçıvanın da)" Zəngəzur və Naxçıvan Sovet Ermənistanın ayrılmaz hissəsidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir ."

Hər dövrün öz "qəhrəmanları" var, təcrübəli partiya sədri.

Sizcə, ermənilər niyə Sovet hakimiyyətinin Azərbaycanda qələbə çalmasından vəcdə gəlib, iddia etdikləri Azərbaycan ərazilərindən əl çəkmirdilər?

Niyə bizim kimi onlar da toponimlərini Azərbaycanlaşdırmırdılar demirəm, oz tarixi adlarında saxlamırdılar?

Niyə bütün türk adlarını erməniləşdirirdilər? Onlar bolşevik, kommunist, leninçi, Şura hökuməti deyildilər?

Niyə ermənilər kommunist, bolşevik, leninçi, daşnak, millətçi, sağ, sol, hətta cinsi azlıq olanda belə erməni kimliklərini unutmurlar, torpaqlarımızı alıb özlərinə dövlət quraraq toponimləri erməniləşdirməkdən çəkinmirlər, biz isə beynəlmiləlçi olub hər şeyimizdən keçirik, halal torpağımızı işğaldan azad edəndə belə "aman, nə deyərlər?" kompleksinə düşürük?

Biz niyə özümüzü sübut etməyə, isbatlamağa ehtiyac duyuruq?

Bu natamamlıq kompleksini yaradan nədir?

Var əlbəttə bu suallara cavab...

Bu yazıda bütün səbəbləri sadalamaq imkansız da olsa, bir neçəsinə toxunacam.

- Bütün dönəmlərdə şəxsi maraqları sosial və ictimai maraqlardan üstün tutmağımız; (nəticədə şəxsi maraqları itirməmək xatirinə ictimai və sosial maraqlardan imtina)

- Dövlət fəlsəfəsini ailə və tayfa düşüncəsindən aşağı tutmağımız;(ən yaxşı halda kənd, rayon, oba təfəkkürü)

- Fərdi tərbiyədə tabeçilik və qul olmağı aşılayan təhsil və tərbiyə metodu;

- Cəsarətli insan olmaq üçün təbii və hüquqi şəraitin yoxluğu;

- Nəhayətdə, ya dövlətimizin olmaması, ya da çox zəif olması;

Hey bizdən nələrisə alıblar, əzilmişik, itirmişik, məğlub olmuşuq, amma heç QALİB ola bilməmişdik...

İndi QALİBİK...

Təəssüf ki, hələ də köhnə şakərimizdən və natamamlıq kompleksindən qurtula bilmirik.

Verdiyiniz təkliflə yenə də özümüzü kiməsə sübut etməyə və ya təzim etməyə çalışdığımızı göstərmək istəyirsiniz.

Cəsarət üçünsə...

Onu ya doğulduğumuz coğrafiyanın ağır şərtləri (məs: Afrika cəngəlliklərində şirin əlindən ceyran alan xalqlar kimi), ya da hüquq yaratmalıdır.

Sivil dünyada insanları cəsarətli edən azad məhkəmədir. Kim vətəndaşların haqqını pozursa, o məhkəmə vasitəsilə hüququnu bərpa edir, beləliklə də kimsədən çəkinmir.

İndi gəlim o "sensasion " yazınıza, təcrübəli partiya sədri...

Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar.

Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür.

Vanyanın da nə yuvanın quşu olduğunu bilirdik, o da bir neçə azərbaycanlı ilə birlikdə xalq diplomatiyası projesinin içində idi, sadəcə qrant alırdı.

Sizə nə düşüb?

Rusiya qrant vermir axı?!!!

Rusiya bizə yaxşılıq edib - son dövrün dəbdə olan siyasi frazasıdır bu.

Tarixi bildiyinizə şübhə etmirəm.
Amma bir daha xatırladım:
Rusiyanın istədiyi Ermənistan və rəhbərliyi olsaydı bizim üçün çox çətin olardı.

Rusiya öz marağına, biz isə öz əlimizə oynadıq.

Məharətli Komandan oyunu xeyrimizə dəyişdi.
Praqada, sonra isə Rusiya ilə masada və döyüş meydanında.

Heç Rusiyanın özü nəticənin belə olacağını ehtimal etmirdi, eynilə Ukraynadakı kimi.

Yoxsa, bu o Rusiya deyil 5 rayonumuzun qayıtmasına razılıq verib, Laçın, Kəlbəcər daxil olmaqla Qarabağı ermənilərə peşkəş edirdi?

Bunu ki, mən demirəm, Putin deyir.

Hə, Ukrayna demişkən, Taras Şevçenko Ukraynalıdır, rus deyil. Sağ olsaydı, Puşkinin heykəlinin götürülməsinə özü başçılıq edərdi.

Vaxtanq Kikabidze Rusiya ordenindən imtina etdiyi kimi...

Çoxları hələ bunları bilmir. Bilirsiniz niyə?

Çünki 1920-ci ilin dekabrında Zəngəzur və Naxçıvanı ermənilərə ərmağan edən N. Nərimanovun heykəli hələ də Bakının ən hündür yerindədir, adına rayon, metro stansiyası, onlarla küçə və prospektlər var.

Bu və ya buna oxşar adlar yığışdırılmayana kimi təcrübəli partiya sədrləri də Vanyanın adına küçə verilməsini istəyəcək.

Yəqin sırada Paşinyandır...

Bu məntiqlə onun adına rayon düşür. Axı adam rəsmi sənəd imzalayaraq Qarabağı bizim ərazi kimi tanıyıb. Vanyan söz demişdir, bu konkret addım atıb...

Eh...

Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan Vanyan küçəsi yazılıb?

Düşündünüzmü, ayağını, qolunu itirən qazi Vanyan küçəsində əlil arabasında gedir?

Düşündünüzmü, övlad itirmiş ana, ata o küçədə necə yaşaya bilər?

Düşündünüzmü, işgəncədən şəhid olmuş bir övladımızın doğması, ya da özü işgəncələrə məruz qalmış soydaşımız o küçədə necə gəzər?

Yox, düşünmədiniz...

Eynən, Ə. Qarayev, H. Sultanov, N. Nərimanov və başqaları düşünmədikləri kimi...

Heç olmasa Hadrutun Edilli kəndindən olan Ağacanyan Kamo Kərim oğlu qədər düşünün.

Atası azərbaycanlı ola-ola südünə çəkib bizi qırdı, əzdi, öldürdü.

Mən əzin, öldürün, vurun demirəm...

Yox, həm də deyirəm. Çünki vurmasaq, əzməsək, bizi öldürürlər, yurdumuzdan, yuvamızdan didərgin salırlar. Xislətlərindən əl çəkməyənə kimi belə olmalıyıq, başqa çarə buraxmayıblar bizə.

Yazıda cənab Prezidenti misal gətirirsiniz.

Məncə siyasi spekulyasiyanın son mərhələsidir bu.

Gərəkiləndə "vur" əmri vermək, lazım olanda Sülh dili ilə danışmaq onun vəzifəsi və səlahiyyətidir.

Siz kimsiniz?

Prezidentmi, iqtidarmı, nazirmi, danışıqlara məsul şəxsmi?

Siz sülh quşu olunca, radikal millətçi olun ki, cəmiyyətin ümumi halı müqabilində danışıqlar aparan Prezident daha sülhpərvər görünsün...

Görəvinizi anlayın...

Siyasət budur, student qədeş, pardon, təcrübəli partiya sədri...

Kimsə bizim üçün çalışmır, sadəcə zamanında hər vəziyyətdən istifadənin diplomatik və hərbi yolunu tapmalı idik...

Tapdıq, aldıq... İndi qorumalıyıq...

Daha bolşevik olmağa lüzum yox...

Şüvənliyə qalanda...

Şüvən yaxşı sözdür - ucadan, fərqli ağlamaqdır.

Vay o gündən ki, ağlayanda da səsin qırıq kamança səsi kimi çıxa...

Vətəni sevmək də, ağlamaq da, qorumaq da şərəfdir...

P. S. Yazı uzun oldu. Allah gözünüzün nurunu əskik etməsin ki, oxuya biləsiniz...

İqbal Ağazadə
Ümid Partiyasının lideri

****

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru