Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                 

“Məqsəd bütün yükü Azərbaycanın çiyninə qoymaqdır” - İlham Şaban
Tarix: 12-10-2023, 08:42 | Çap et
“Məqsəd bütün yükü Azərbaycanın çiyninə qoymaqdır”
Azərbaycan 2022-ci ildə Avropa Komissiyası ilə imzaladığı enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda nəzərdə tutulan müddəalardan birini icra edə bilməmək riski ilə üzləşib. Bu sensasion məlumatı "Bloomberg" agentliyi yayıb.

Agentlik iddia edir ki, rəsmi Bakının Avropa ölkələri ilə qaz alqı-satqısına dair uzunmüddətli müqavilələr imzalamaq çalışmaları faydasız qalıb: “Azərbaycan 10-dan yuxarı Avropa ölkəsi ilə danışıqlar aparsa da, hələlik bu istiqamətdə müsbət nəticə əldə olunmayıb. Hazırda qaz bolluğu yaşayan avropalı alıcılar özlərini uzunmüddətli müqavilə öhdəlikləri ilə yükləmək istəmirlər. Bu zaman yaxın illərdə artıq icrasına başlanan layihələr nəticəsində qlobal maye qaz həcmlərinin kəskin artımı perspektivi də nəzərə alınır”.

Qeyd edək ki, ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə imzalanan memoranduma əsasən 2027-ci ilədək Azərbaycanın Avropaya qaz ixracını ikiqat artırmaqla 20 milyard kubmetrə çatdırması nəzərdə tutulur. Bunu təmin etmək üçün Cənub Qaz Dəhlizinin hər iki komponenti - TransAnadolu Qaz Boru Xətti (TANAP) və TransAdriatik Qaz Boru Kəməri (TAP) genişləndirilməlidir.

Xatırladaq ki, CQD-nin icrası böyük ölçüdə Azərbaycanın öz hesabına maliyyələşdirilib. Avropa İttifaqı layihəyə siyasi dəstək versə də, onun maliyyələşməsində iştirak etməyib. Lakin 2022-ci ildə Rusiya qaz nəqlini minimum səviyyəyə endirdikdə Avropa İttifaqının nəzərləri alternativ mənbələrdən biri olan Azərbaycana yönəldi, Brüssel rəsmilərinin Bakı səfərləri görünməmiş səviyyədə intensivləşdi və iyulda Avropa Komissiyası ilə yuxarıda qeyd olunan memorandum imzalandı. İmzalanma mərasimində xanım Lyayen CDQ-nin genişləndirilməsi məsələsinə də toxunaraq, bu istiqamətdə fəaliyyətlərin aktivləşdirilməsinin zəruriliyini önə çəkdi.

Bu il mayın 31-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, rəsmi Bakı qaz ixracına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə qərarlıdır və buna nail olacaq: “Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq qaz kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik.

Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur.

Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz".

Qeyd edək ki, TAP kommersiya fəaliyyətinə başladığı vaxtdan indiyədək kəmərlə Avropaya 28 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib. Bu həcmin 23,5 milyard kubmetrdən çoxu İtaliyaya ixrac olunub. Bu barədə İtaliya mətbuatına “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skieppati məlumat verib: “Biz İtaliya bazarını, eləcə də Balkan ölkələrinin, xüsusilə Yunanıstan və Bolqarıstan bazarlarını təmin edirik. İtaliyada son aylarda istehlakda bir qədər azalma müşahidə olunub, lakin İtaliyanın mənbələri şaxələndirməyə davam etməsi və boru kəmərlərinin və uzunmüddətli müqavilələrin özündə etibarlı həllər təqdim etməsi vacibdir”.

TAP-ın gücünün iki dəfə artırılmasına gəlincə, L.Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırılması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmayacağını söyləyib: “Bizim 3 məqsədimiz var: nəql imkanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq; qaz turbinlərindən yox, elektrik avadanlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə "yaşıl" molekulları nəql etmək. Ona görə də karbon neytrallığına nail olmaq kimi məqsədimiz də var".

Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Azərbaycandan İtaliyanın cənubuna qədər 3,5 min km məsafədə uzanan CQD inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. CQD-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kubmetr olan “Şahdəniz” yatağıdır. Həmçinin bu ilin iyulundan “Abşeron” yatağından hasilata başlanıb. Yataqdan ilkin mərhələdə ildə 1,5 milyard kubmetr qaz əldə olunması və daxili istehlaka yönəldilməsi nəzərdə tutulur.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 faiz artımla) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 faiz artımla) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək. Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yatağından, 17,6 milyard kubmetri “Şahdəniz” yatağından, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Hasilat ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr çox olub.

Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.

DİA.AZ xəbər verir ki, enerji məsələləri üzrə İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, son vaxtlar Qərb mətbuatında Azərbaycana qarşı qərəzli yazıların sayı sürətlə artır: “Xüsusilə 19 sentyabr uğurlu antiterror əməliyyatından sonra belə yazılar silsilə xarakter alıb. Əksər məlumatlarda iddialar yer alır ki, guya Azərbaycanın Cənub Qaz Dəhlizinin genişləndirilmiş həcmlərini doldurmağa qaz ehtiyatları yetərli deyil. Və bunu hərə öz baxış bucağından təsvir etməyə çalışır. Özlərinə uyğun ekspertlər də tapıb danışdırırlar. Hətta belə iddialar da səsləndirilir ki, Azərbaycan Avropanı aldadır, Rusiyadan qazı alıb Avropaya satır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanan memorandumu bu yolla icra etmək niyyətindədir. Bunların hamısı absurd iddialardır. Azərbaycan Prezidenti 2023-cü il ərzində 2 dəfə açıq mətnlə deyib ki, CDQ-nin genişlənməsi üçün maliyyə lazımdır. Maliyyəni əldə etmək üçünsə onu ayıran mənbələrdə layihənin gələcəyinə inam olmalıdır. Belə inamı Avropadakı alıcılarla 10-20 illiyə imzalanmış alqı-satqı müqavilələri yarada bilər. Maliyyəni ayıran arxayın olmalıdır ki, investisiya yatırdığı kəmərlə nəql olunacaq qazın 10-20 il müddətində alıcı problemi olmayacaq. Bundan əlavə, bunlar bahalı layihələrdir, özünü doğrultması bəribaşdan təmin edilməlidir. Avropa Komissiyası "Şahdəniz-2" layihəsindəki kimi, şirkətlərin beynəlxalq maliyyə bazarlarından vəsait cəlb etməsinə imkan vermir. Hətta öz şirkətlərinə belə bu imkanı yaratmırlar. Bunları nəzərə almaq lazımdır. Qərb mediası bunu ictimaiyyətə çatdıran bir materialla çıxış etmir. Əksinə, Azərbaycanın imkanlarını kiçiltməyə, verdiyi sözə əməl edə bilməyəcəyi görüntüsü yaratmağa çalışırlar".

Ekspertin fikrincə, Azərbaycana qarşı bu təbliğatın arxasında bir məqsəd dayanır: “CDQ-nin genişləndirilməsi layihəsinin bütün yükünü Azərbaycanın öz üzərinə qoymaq, maliyyələşmənin özümüz tərəfindən həyata keçirilməsinə nail olmaq istəyirlər. Yoxsa Avropada hamıya yaxşı məlumdur ki, Azərbaycanda qaz hasilatını genişləndirilmiş kəmərləri doldurmağa yetəcək qədər artırmaq potensialı var. "Şahdəniz"dən əlavə, “Abşeron-2" layihəsi üzrə ildə 6 milyard kubmetr, AÇG-nin dərin qatlarından minimum 2 milyard kubmetr hasilat olacaq. "Ümid" yatağında hasilatın 1 milyard kubmetr artırılması üçün uğurlu işlər gedir. Bu, genişlənmədən sonra yaranacaq 10 milyard kubmetr ehtiyacın 9-nun təmin olunması deməkdir. Hazırda biz Avropaya 12,5 milyard kubmetr təmin etmək istiqamətində işləyirik və yaxşı da nəticələr var. Bu halda, Azərbaycanın genişlənən kəmərləri doldurmaq potensialının olmadığını iddia etmək qərəzdən başqa bir şey deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru