"Azərbaycanda da vaxtilə Soros fondu olub, amma..." - RƏNGLİ İNQİLABLAR QAYIDIR?
Tarix: 13-10-2023, 08:31 | Çap et
ABŞ və onun müttəfiqləri Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə vəziyyəti gərginləşdirmək üçün genişmiqyaslı işə başlayıb. DİA.AZ-ın məlumatına görə, belə bir iddia ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov çıxış edib. Bortnikov deyib ki, ABŞ və onun müttəfiqləri MDB məkanında siyasi böhranlara ilkin şərtlər və “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmağa çalışır. Bortnikov əlavə edib ki, beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib: “Bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına səbəb olub”.
Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti sarsıtmaq, arzuolunmaz dövlətlərə sanksiya təzyiqi göstərmək, logistik marşrutları bağlamaq, yeni nəqliyyat dəhlizləri yaratmaq və bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrini artırmaq istəyirlər.
Bortnikov bildirib ki, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına məhəl qoymayaraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vurur: “Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara cəlb etməyə yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir”. FTX rəhbərinin fikrincə, Qərb öz kəşfiyyat xidmətləri, eləcə də idarə olunan qeyri-hökumət təşkilatları və media vasitəsilə MDB ölkələrində etnik və dini ədavətin və silahlı münaqişələrin qızışdırılmasına çalışır, bununla da siyasi böhranlar üçün ilkin şərtlər və siyasi böhran üçün lazımi şərait yaradır. Bortnikov əlavə edib ki, kollektiv Qərb MDB məkanında “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsinə çalışır. Bundan əvvəl Gürcüstan DTX-sı iddia etmişdi ki, USAİD “rəngli inqilab”a sponsorluq edir. Bu təşkilatın Sorosla ciddi əlaqələri var.
Ümumiyyətlə, postsovet məkanında “narıncı” inqilabları, “məxməri” inqilabları, Maydan hərəkatını Qərb fondları təşkil edib. Lakin son illərdə bu regionda siyasi çevrilişlər üçün cəhdlər yoxdur. Çünki hakimiyyət dəyişikliklərinin yerini münaqişələr, strateji mübarizələr tutub: Ukrayna müharibəsi, Ermənistan uğrunda strateji savaş, Qərb-Rusiya qarşıdurması... Bütün bunlar həmin inqilabların ardınca davam edən geopolitik toqquşmaların ardıdır. Amma Rusiyanın ciddi həyəcanı hiss olunur. FTX rəhbərində Qərbin bölgədə dəyişikliklərə hazırlıqla bağlı kəşfiyyat informasiyaları ola bilər. Qeyd edək ki, MDB Dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda iclası keçirilib. Həmin toplantında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikov da iştirak edib. Bortnikov MDB Dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədridir. Güman edilir ki, bu toplantıda da Bortnikovun Bakıya gəlməzdən öncə səsləndirdiyi bu iddialarla bağlı müzakirələr aparılıb.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin qəzetimizə dediyinə görə, belə açıqlamalar əvvəllər də olub. Onun fikrincə, Gürcüstan, Ukrayna hadisələrindən sonra belə fikirlər tez-tez səslənirdi: “İrəvanda Paşinyan hakimiyyətə gəldikdən sonra yenə bu iddialar irəli sürüldü. Belə çıxır ki, Rusiya məlumatlı olur, amma qarşısını ala bilmir. Bütün hallarda xalqlar öz seçimini edir. Paşinyan iki dəfə seçkidə qalib gəlib, Tiflisdə də Saakaşvili iki dəfə seçkini udub, seçki ilə də iqtidardan gedib, Ukrayna haqda da bu fikirləri söyləmək olar. FTX rəhbəri isə görünür ki, daxili auditoriyaya hesablanmış çıxış edib. Yəni başqa dövlətlərdə qarışıqlıq olur, Rusiyada isə sabitlikdir. Həmçinin, onun sözləri Mərkəzi Asiya dövlətlərinə bir işarədir”. N.Cəfərli hesab edir ki, Azərbaycanda xalq tərəfindən dəstəklənən prezident var, seçkilər keçirilirsə, qalib gələr: “Əslində bir sıra ölkələrdə rəngli inqilabları Rusiya özü edib. Bundan əlavə, Rusiya narahatdır ki, postsovet məkanında ölkələr Qərbə inteqrasiya edir, müstəqil addımlar atır. Xüsusən də Rusiyanın Qazaxıstanla bağlı narazılığı var, Tokayev hökumətinin bəzi addımları onun xoşuna gəlmir”.
Siyasi analitik Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya-ABŞ arasında diplomatik, siyasi-hərbi savaş gedir. Ekspert vurğuladı k, Birləşmiş Ştatlar Rusiyanı dünyanın siyasi arenasından bir supergüc kimi silmək üçün onun ətrafında demokratiya bayrağı altında hakimiyyət çevrilişləri edib: “Ukraynada bunun daha böyük nəticəsini gördük və Kiyev klounlaşdırıldı. Bununla məqsəd Rusiyanın çevrəsində qaynar ocaqlar yaratmaqla onun təsir dairəsini kiçiltməkdir. Soros bu prosesdə xüsusi iştirak edir. Bu gün Ukrayna ilə yanaşı Ermənistan üzərindən də Rusiya əleyhinə siyasət aparılır”. A.Məsiyev bildirdi ki, Azərbaycanda da vaxtilə Soros fondu olub: “Bu təşkilatın fəaliyyəti anti-Rusiya mühiti yaratmaq, qərbpərəst güclərlə ölkədə dəyişiklik etmək olub. Eyni zamanda Orta Asiyada Rusiyanın təsirlərini azaltmaq istiqamətində addımlar atılıb. Amma Rusiya xarici siyasətində dönüş edə bilib. Əvvəllər siyasi müstəvidə idisə, indi iqtisadi prizmadan məsələlərə yanaşır. Bu gün Rusiya Türkiyə ilə birgə iqtisadi maraqlarını reallaşdırmağa çalışır. Yəni Rusiyanın yeni siyasi doktrinası bundan ibarətdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
|