“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...” - deputat
Tarix: 14-11-2023, 08:50 | Çap et
ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə “hə” deyib.
M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
Onu da qeyd edək ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.
Yeni səfirin mürəkkəb regional şərtlər donunda əsas missiyası nə olacaq? Hələ ki ABŞ-ın heç bir səfiri Şuşaya getməyib. Libbi gedəcəkmi?
Bu suallarla müsahiblərə müraciət etdik.
Deputat Bəhruz Məhərrəmov ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə baxışının dəyişdiyini qeyd etdi: “Sirr deyil ki, ABŞ-Azərbaycan münasibətləri özünün mürəkkəb dövrlərindən birini yaşayır. Bu ilin mayında Azərbaycanla əməkdaşlığı regionun təhlükəsizlik qarantı elan etməsinə baxmayaraq, daha sonra ABŞ-da korrupsiyalaşmış senatorların Azərbaycanla münasibətlərdə təşəbbüsləri ələ alması Vaşinqtonun ritorikasını dəyişməsinə səbəb oldu. Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və Dövlət Departamentinə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ xarici siyasət idarəsinin rəsmilərinin də dilindən səslənməyə başladı. Hətta ABŞ-ın Azərbaycana yeni səfir təyinatı uzun müddət ləngidildi. Bu gün statistikaya nəzər salsaq, ABŞ-ın Cənubi Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Amerikanın qlobal miqyasda təhlükəsizlik platformasında Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur. Əslində ABŞ miqyasda dövlət üçün maraqlarının Ermənistan kimi əhəmiyyətsiz və suveren beynəlxalq subyektliyi belə sual doğuran dövlətin maraqlarına qurban verilməsi ağlabatan deyil. Bu mənada, diqqət etsək, aydın olar ki, əslində ABŞ üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır. Təəssüf ki, Fransa kimi ABŞ da regionda Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxır, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Digər tərəfdən, ABŞ da o qənaətdədir ki, Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq üçün yaxşı fürsətdir və bu mənada, Vaşinqton anti-Azərbaycan ritorikası ilə Ermənistanda yerini möhkəmlətməyə çalışır. Lakin Azərbaycan artıq elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır. Görünən odur ki, Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və Azərbaycana yeni səfir təyinatının ləngidilməsinin əhəmiyyətsiz olduğunun fərqindədir. Yeni səfirin fəaliyyəti ilə bağlı proqnoz vermək asan olmasa da, başa düşmək çətin deyil ki, onun davranışları ölkəsinin konsepsiyası və Vaşinqtonun bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq".
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, yeni səfir Cənubi Qafqazdakı mövcud durumu düzgün dəyərləndirməlidir: “Səfir təyinatlarını Xarici Əlaqələr Komitəsi təsdiq edir. Bütövlükdə Libbi çevik əməliyyatlar missiyasının mütəxəssisidir. Məncə, onun Qafqaza təyin olunması təkcə müşahidəçi kimi deyil, böhran idarəçiliyində yaxşı mütəxəssis olmasından irəli gəlir. Nəzərə alaq ki, Qafqaz çox qaynar bölgədir. Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir. O zaman sizin ritorik olaraq səsləndirdiyiniz Şuşaya gedəcəkmi sualınızın arxasında atacağı bir addım olmalıdır. Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsi alıb. Bu arada qeyd edim ki, Azərbaycanla məhz bu ştat dost ştat sayılır. Bu da çox önəmli məsələ sayılmalıdır. İkinci vacib missiya budur ki, indiki Bayden administrasiyasının erməni lobbisindən asılılıq dərəcəsi yüksəkdir. Bu mənada Libbi və başqa kiminsə səfir təyin olunmasının o qədər də önəmi yoxdur. Sadəcə olaraq, ABŞ-dan verilən tapşırığa əsasən addımlar atmalıdırlar. Bunun, sadəcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi ilə bağlı ölçülməsi doğru deyil”.
Politoloq Yeganə Hacıyeva ABŞ səfirinin Şuşaya səfər etməməsinə heç bir əsas görmür: “Burada məsələ ondadır ki, indiyə kimi Amerikanın səfirinin olmamasını onunla əlaqələndirirdilər ki, səfir yoxdur, müvəqqəti işlər üzrə nümayəndə var, Şuşaya getmək onun səlahiyyətində deyil kimi izah verirdilər. O üzdən də müxtəlif səfərlərdən yayınırdılar, istər Şuşa şəhərinə olsun, istərsə də digər azad edilmiş ərazilərimizə olsun. Sonradan Menendes haqqında cinayət işlərinin açılması ilə Libbi səfir təyinatı aldı. Düşünürəm ki, Libbinin gəlişi ilə Amerikanın Azərbaycanla bağlı siyasəti yenilənməlidir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərindəki konfliktin həllindən sonrakı dövrdə bir sıra narahatlıq doğuran mövqelər formalaşdırıblar. Bu da Amerikanın regionda maraqlarını risk altında qoyur. Çünki nə qədər özünü elə göstərməyə çalışsa da, Ermənistan Cənubi Qafqazda Amerikanın strateji tərəfdaşı deyil. Bütün proseslər də bunu göstərib. Bu da Dövlət Departamentində belə hamıya məlumdur. Bu baxımdan da yeni səfirin gəlişi ilə bağlı müəyyən yenilənmələr olmalıdır. Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir. Səfər edəcəkmi sualınıza gəlincə, bəli, edəcək deyərdim. Çünki Amerika səfirinin bu gün Şuşaya səfər etməməsinin heç bir əsası yoxdur. Sadəcə, əvvəldə dediyim kimi, səfər olunmamasını əsaslandıran arqumentləri var idi. Amma indi artıq buna qərar verəcək şəxs gəlib çıxıb”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|