"Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki..." - deputat
Tarix: 6-04-2024, 08:55 | Çap et
Ermənistan hökuməti mərkəzi ofisi İrəvanda olan “Yerkrapa” adlı erməni terror qruplaşmasına “xərclərin maliyyələşdirilməsi üçün” 234,6 milyon dram (təxminən 600 min ABŞ dolları) məbləğində qrant ayırıb. Müvafiq qərar aprelin 4-də Ermənistan hökumətinin iclasında qəbul edilib (Minval.az).
“Yeni Müsavat” xatırladır ki, bu qurum Birinci Qarabağ müharibəsi zamanı, 90-cı illərin əvvəllərində Azərbaycan ərazisində ağır etnik təmizləmə aparmış hərbi cinayətkarları birləşdirir. Bu il fevralın 12-də isə onun silahlıları Azərbaycanın Dövlət Sərhəd Mühafizəsinin Zəngilandakı zastavasına snayper atəşi açaraq sərhədçimizi yaralamışdı. Azərbaycan Ordusu daha sonra “Qisas əməliyyatı” həyata keçirərək həmin postun altını üstünə çevirmiş, 4 quldur məhv edilmişdi.
Amma indi “sülh göyərçini” Paşinyan bu terrorçu-təxribatçılara, hərbi cinayətkarlara “xərclər üçün” səxavətlə yarım milyon dollardan çox pul verir. Bunun nə “xərclər” olduğunu təxmin etmək çətin deyil - xüsusən də şərti sərhəddə artan gərginlik fonunda. Demək, nəticəni çox gözləmək lazım gəlməyəcək.
Görünür, rəsmi İrəvan başına gələnlərdən hələ də dərs almayıb.
Xatırladaq ki, az öncə Xankəndidə dağıdılan, xunta rejiminə aid “parlament” binası ilə yanaşı, “Yerkrapa” cəlladlarının toplaşdığı bina da var idi. İndi onlara hökumət səviyyəsində vəsait ayıran belə birisinin - baş nazir Nikol Paşinyanın sülh ritorikasını səmimi saymaq olar? “Yerkrapa” adlı erməni terror qruplaşmasının bu şəkildə bəslənməsi hansı məqsədlərə xidmət edir?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləməyə başlayıb, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib: “Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. 90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstəriblər. Bu baxımdan Paşinyan hakimiyyətinin “Yerkrapa” adlı erməni terror qruplaşmasına qucaq açması, maliyyələşdirməsi təəccüblü olmamalıdır. Öz məqsədlərinə çatmaq üçün Ermənistanın terrordan da vaxtaşırı istifadə etməsi birmənalı həqiqətdir. Xüsusən də Azərbaycana qarşı Ermənistan terror aktlarından tez-tez faydalanıb və yaxın keçmişimiz bu xüsusda konkret faktlarla zəngindir. Məsələn, “ASALA” qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilib. Monte Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olub. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun İrəvanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak edib. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib.
Məşhur terrorçu, Daşnaksütyun partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olub. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə İrəvandan Xankəndinə göndərilib. Vazgen Sislyana azərbaycanlılara qarşı terror aktlarının həyata keçirilməsində fəal iştirakına görə prezident Robert Köçəryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adı verilmişdi. Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak ediblər.
Elə indinin özündə də terrorçuların İrəvanda məskən salması, Ermənistanın bir dövlət olaraq onlara hərtərəfli dəstək göstərməsi sirr deyil. Ümumiyyətlə, tarix göstərir ki, Ermənstan terrora həmişə dövlət səviyyəsində hərtərəfli dəstək verib, terrorçu qruplaşmaların yaradılmasında əsas iştirakçılardan biri olub".
Deputat bildirib ki, dünya erməni terroruna artıq sərt reaksiya verməli, onun önlənməsi üçün zəruri addımlar atmalıdır: “Əks halda, erməni terroru təkcə Qafqazda yox, daha geniş coğrafi məkanda ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edəcək. Həmçinin terrorun genişlənməsi Ermənistanda yenə də mənfur ideologiyanın əsas istiqamətlərindən biri olaraq qalmaqda davam edəcək. Xatırlatmaq yerinə düşərdi ki, yüz minlərlə türk-müsəlmanın qatili olmuş Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan kimiləri indinin özündə də Ermənistanda milli qəhrəman kimi qəbul olunur. Onların adları müxtəlif formada əbədiləşdirilib. Paytaxt İrəvanın Yerablur hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi mövcuddur. Məhz bütün bunlar terrora Ermənistan dövləti səviyyəsində xüsusi rəğbət bəsləndiyini aydın nümayiş etdirir. Belə görünür, terrora dəstək hələ də davam edəcək. Ermənistan iqtidarı terrordan hətta lazım gələndə öz xalqına qarşı da istifadə etməkdən çəkinmir. Xüsusən də dərinləşən sosial-iqtisadi problemlər fonunda hakimiyyət ona qarşı çıxanları təzyiq, terror yolu ilə susdurmaqdan, aradan götürməkdən qətiyyən çəkinmir. Belə vəziyyət Ermənistanın bir dövlət olaraq ciddi təhlükə mənbəyi olduğunu aydın nümayiş etdirir və dünyanın bu məsələyə sərt reaksiya nümayiş etdirməsi olduqca zəruridir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|