"Başı Ukrayna savaşına qarışdığı üçün Rusiya Ermənistana diqqət yetirə bilmir" - Partiya sədri
Tarix: 8-04-2024, 08:12 | Çap et
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in hərbi təxribatlarla bağlı bəyanatına münasibət bildirib. Ayxan Hacızadə deyib ki, Ermənistan tərəfinin son günlərdə bölmələrimizə qarşı törətdiyi hərbi təxribatlardan fikir yayındırmaq məqsədilə ölkəmizi "vəziyyəti gərginləşdirməkdə" təqsirləndirməsi qəbuledilməzdir. Nazirlik rəsmisi deyib ki, onların bu iddialarının heç bir əsası yoxdur: “Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır. Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir. Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır". A.Hacızadə qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi: "Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir. Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir. Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq". Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz sələflərindən çox da fərqlənmir. Partiya rəhbərinin sözlərinə görə, Paşinyanın əsas qayəsi öz siyasi ömrünü uzatmaq, rəqiblərini meydandan çıxartmaqdır:
"Paşinyanın ermənilər içərisində "ən yaxşı" olduğu, torpaqlarımızı geri qaytarmağa hazırlaşdığı deyilir. Bunlar yanlış düşüncələrdir. Paşinyan revanşizmin daha da güclənməsi üçün toparlanma mərhələsindədir. Əmin olun, Ermənistan bir qədər güclənsə, təxribatların sayı artacaq. İndiki dövrdə belə ideoloji baxımdan, informasiya savaşı ilə Azərbaycana zərbə vurmağa çalışırlar. Yetəri qədər silahlandıqdan, güc topladıqdan sonra hərbi baxımdan zərbə vurmağa cəhd göstərəcəklər. Ermənistan uzun müddət Rusiyadan təhlükəsizlik təminatı, Qərbdən isə maliyyə təminatı alırdı. Başı Ukrayna savaşına qarışdığı üçün Rusiya Ermənistana diqqət yetirə bilmir. Ona görə də İrəvan hökuməti üzünü Qərbə çevirib. Qərb də Ermənistana həm maliyyə dəstəyi verir, həm də silahlandırır. Heç bir Qərb ölkələri Ermənistana işğalçı gözü ilə baxmır və birbaşa tərəf tuturlar. Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalındadır. Belə məqamda ermənilərə dəstək vermək həm də işğalı dəstəkləməkdir. Brüssel görüşü də birmənalı Ermənistanın dəstəklənməsi idi. Xristian dünyası açıq-aşkar Ermənistana dəstək verir. Paşinyan da heç bir güzəştə getməyəcək. O ancaq məcbur qalarsa, təzyiqlərlə üzləşərsə, güzəştə gedər. Əks halda Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|