"Mingəçevirlilər mənim fəaliyyətimə nə qiymət verirlər, bunu 1 sentyabrda biləcəyik..." - Aydın Mirzəzadə
Tarix: 21-08-2024, 08:22 | Çap et
Dia-az.İnfo deputatlığa namizədlərlə oxucular arasında körpü olmağa davam edir. Bu dəfəki müsahibimiz 54 saylı Mingəçevir seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Mirzəzadədir... - Aydın müəllim, məlumdur ki, bu seçkilər növbədənkənar idi... Təkcə siyasi təşkilatlar, ictimaiyyət üçün yox... həm də namizədlər üçün bir növbə sıradankənar bir seçkini yaşayır... Necədir? Çətinliyiniz varmı? Hazır idinizmi? Və ümumiyyətlə, gözləyirdinizmi, təkrarən sizə mənsubu olduğunuz partiyanın ali rəhbərliyi tərəfindən etimad göstəriləcək?- Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilən idi. Azərbaycan dünyada çox böyük bir tədbir sayılan COP-29 konfransını noyabr ayında keçirməli idi. Yüz mindən çox qonaq gələcək. Yüzdən çox ölkənin dövlət və hökümət başçıları təmsil olunacaq və eyni zamanda Azərbaycan dövlətçiliyində xüsusi yeri olan parlament seçkiləri də noyabrda keçirilməli idi. Buna görə də növbədənkənar seçkilərin keçirilməsi artıq siyasi qlolarda müzakirə edilən məsələlərdən idi. Seçkilərə hazırlıq həm siyasi partiya üçün, o cümlədən, müstəqil fəaliyyət göstərən siyasətçilər üçün bir imtahandır. Seçkiyə həmişə hazır olmaq lazımdır. Bir seçkinin yekunlaşması artıq növbəti seçkiyə hazırlıq deməkdir. Üzvü olduğum Yeni Azərbaycan Partiyası 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindın sonra çox ciddi surətdə 2024-cü ildə keçiriləcək parlament seçkilərinə hazırlaşırdı. YAP birlik, əqidənin bir yerdə olduğunu, özümüzün yox, partiyanın qələbə çalmasını vacib edən insanlar birliyidir və növbəti seçkilərdə kimlərin namizədliyi irəli sürüləcək partiya rəhbərliyi tərəfindən araşdırılaraq qərar verilir. Şübhəsiz ki, 6-cı çağırışda YAP-dan olan deputatların fəallığı, onların seçicilərlə işi, novatorluğu, Azərbaycan dövlətçiliyinin təbliği, milli maraqların qoruması və fəaliyyəti də nəzərə alınır və idarə heyyəti uzun müzakirələrdən və hazırlıqdan sonra hər kəsin tanış olduğu siyahını təqdim etdi. Bu, mənim üçün bir etimaddır. YAP-n seçkilərdə mənə göstərdiyi seçkilərdə bir sınaq imtahanıdır. Mən Mingəçevirdə doğulmuşam, Mingəçevirdə fəaliyyət göstərmişəm və hal-hazırda Mingəçevirin parlamentdə nümayəndəsiyəm. Baxımdan mən ilk növbədə seçicilər qarşısında hesabat verirəm. 4 il ərzində seçicilərlə sıx təmasda olmuşam, vaxtaşırı qəbul keçirtmişəm. Həm ümümşəhər, həm də ayrı-ayrı mingəçevirlinin problemlərinin həllində bacardığım qədər kömək göstərməyə çalışmışam. Necə fəaliyyət göstərmişəm, mingəçevirlilər mənim fəaliyyətimə nə qiymət verirlər, bunu 1 sentyabrda biləcəyik.- Siz Mingəçevir seçicisi üçün yad birisi deyilsiniz... Ona görə yox ki, Mingəçevir sizə doğmadır... Həm də yetərincə müddətdir ki, Mingəçeviri təmsil edirsiniz... Bu dəfə necə: Sizə doğma olan bu şəhərə daha necə faydalı ola bilərsiniz? - Əlbəttə ki, hər dövr yeni horizontlar ortaya qoyur. Hər dövr yeni problemlər ortaya çıxarır. Bu, əvvəlki dövrün gedişatı ilə bağlıdır. Eyni zamanda, dövlətin, ümumilikdə bəşəsiyyətin yeni məsələlərə yanaşması deməkdir. Mən indiyə qədər göstərdiyim fəaliyyət formasında yenə də fəaliyyət göstərəcəyəm. Yenə də seçicilərə açıq olacam, yenə də istənilən seçici mənim mobil telefonuma zəng edərək öz problemini deyə biləcək. Mingəçevirdə mənim köməkçim var. Vətən müharibəsində qazilik qazanmış ehtiyatda olan mayor Pərviz Məmmədov. Onun vasitəsiylə gündəlik seçiçilərin arzularını, bu və ya digər məsələyə dair mənim yardımım məsələlərini müzakirə edirik. Və Mingəçevir üçün əlbəttə ki, mənim nəzərdə tutduğum məsələlər var. Bu yeni iş yerlərinin yaradılmasıdır, Mingəçevirə investisiyaların cəlb edilməsidir, regionlarda sahibkarın vergi yükünün azaldılması üçün daha əlverişli şəraitin yaradılmasıdı. Eyni zamanda çalışdığım və bu fəaliyyət seçilərəmsə, yenidən davam edəcək. Mingəçevirdə sosial evlər tikilməsidir. Keçmiş Mingəçevir Toxuçuluq kombinasının yataqxanaları məsələsi məni ciddi narahat edir. Mən bir neçə dəfə parlamentdə bu məsələni qaldırmışam və hesab edirəm ki, hökümətin 12-yə qədər yataqxana üçün xüsusi proqramı olmalıdır. Orada yaşayanların sərfəli qiymətlə sosial evlər əldə etməsi və boşalan ərazidə isə artıq sahibkarlar öz binalarını tikə bilərlər, məktəb, uşaq baxçası tikilə və eyni zamanda parklar salına bilər. Bu işin üzərində işləyirik və hər halda bunun həllinə çalışacağıq.- Məlumdur ki, bu seçkilər ərəfəsində bəzi Qərb dairələri ölkəmizə qarşı az qala düşmən mövqeyindən münasibət bəslədilər və hazırki seçki prosesini də şübhəyə almaqdadırlar... Həm də bir siyasət adamı olan Aydın Mirzazadə necə düşünür: 1 sentyabrdan sonra ölkəmiz üçün çətin olmayacaq ki?
- Müstəqillik heç də asan, hamar yolla getmək demək deyil. Müstəqilliyimizi bərpa etdiyimiz 1991-ci ildən indiyə qədər Azərbaycan Beynəlxalq birlikdə müəyyən təzyiqlərə məruz qalır və ya təhdidlər görür. Xaricdə müəyyən dairələr Azərbaycanın müstəqillik siyasətini heç də təqdir etmirlər, müəyyən problemlər yaratmağa çalışırlar. Və seçkilərdən sonra həmişə müəyyən dairələr Azərbaycanasiyasi təzyiq göstərməyə çalışırlar. Amma onlar bilməlidirlər ki, demokratik, şəffaf, rəqabətli seçki ilk növbədə Azərbaycanın özünə lazımdır. Bu Azərbaycan cəmiyyətinin istəyidir. Indiki hakimiyyətin, cənab Prezidentimizin bu istiqamətdə daima fəaliyyət göstərməsidir. Seçkilərin nəticəsi Azərbaycan üçün lazımdır. Bu baxımdan xaricdən Azərbaycana siyasi təzyiq heç vaxt razı ola bilmərik və eyni zamanda demokratik dəyərlər hər seçkidən-seçkiyə Azərbaycan cəmiyyətində özünə daha güclü yer tutacaqdır. 1 sentyabrdakı seçkilərdə istisna deyil.- Aydın Mirzəzadə yenidən deputat seçilərsə... sıravı Mingəçevir sakini bundan nə qazanacaq?- Mən Mingəçeviri tanıyıram, Mingəçevir də məni tanıyır. Mən Mingəçevir seçiciləri üçün həmişə açıq bir adamam. Hər problemini bilirəm, o problemlərin həlli üçün təşəbbüslər göstərirəm. Görüşlərdə bu barədə mən seçicilərimə hesabat verirəm. Yenidən etimad göstərilərəmsə, yenə də hər bir seçici üçün əlçatan olacam. Yenə də Mingəçevirin problemlərinin həllini hökümət orqanları qarşısında qaldıracam. Hər bir kəsin probleminin həll edilməsinə səy göstərəcəm və eyni zamanda parlament Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində rol oynayan dövlət orqanıdır. Bu baxımdan parlament üzvü kimi Azərbaycanın milli maraqlarının qorunması, Azərbaycan dövlətiçiliyinin möhkəmlənməsinə öz töfhə verməyə çalışacam.- Aydın Mirzəzadənin mənsubu olduğu partiya bu seçkilərdə qazanarsa, sıravi Azərbaycan vətəndaşı bundan necə faydalanacaq?..- YAP 1993-cü il Prezident seçkisindən və 1995-ci il parlament seçkisindən bəri hakim partiyadır. Baxmayaraq hakim partiyadır amma YAP heç zaman özünü digər siyasi partiyalardan fərqli aparmayıb. Konstitusiya və qanun çərçivəsində fəaliyyət göstərmişik. Hər seçkidə parlamentdə daha çox səs toplamağa çalışmışıq. Biz 125 nəfər seçki dairəsindən namizəd irəli sürməklə parlamentin işgüzar, xalqa daha yaxın, dövlətçiliyimizin qorunmasında rolunun böyük olmasına çalışırıq. YAP Milli Məclisdə çoxluq qazanmaqla cənab Prezidentinin milli maraqlarımıza cavab verən siyasi xəttini daima dəstəkləyəcəyik. Cəmiyyəti maraqlandıran problemlər ortaya qoyacağıq. Hökümətlə birgə işləyəcəyik. Həm dövlətimizin güclənməsi, həm də ayrı-ayrı regionlarımızın problemlərinin həll edilməsi həmişə diqqətimizdə olacaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|