“Səsvermə günü qanun pozuntuları baş verdi, amma...” - Partiya sədri
Tarix: 5-09-2024, 16:11 | Çap et
Sentyabrın 1-də yeddinci çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Seçici fəallığının aşağı olduğu seçkilərin rəsmi nəticələri artıq açıqlanıb. Bəzi dairələr üzrə seçkilərin saxtalaşdırılması iddiası ilə çıxış edən namizədlər var ki, onların şikayətinə Mərkəzi Seçki Komissiyasında (MSK) baxılacaq və müvafiq qərar veriləcək.
Ümumi seçkilərlə bağlı dəyərləndirməyə gəlincə, fikirlər haçalanır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin sakit, demokratik şəraitdə keçirildiyini, seçkilərə qatılan müxalif partiyaların əksəriyyəti isə qeyri-demokratik, saxtakarlıqların olduğu seçki keçirildiyini iddia edir.
Seçkilərdə altı namizədlə iştirak edən müxalif Böyük Azərbaycan Partiyası (BAP) bir mandat qazanıb. MSK-nın elan etdiyi rəsmi nəticəyə əsasən, təşkilatın sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputat seçilib. BAP seçkilərdə qanun pozuntularının olduğu fikri ilə razılaşsa da, bu halların ümumilikdə seçkilərə ciddi kölgə saldığı iddiasını bölüşmür.
Mandat qazanan Elşad Musayev AYNA-nın parlament seçkilərinin nəticələri və deputatlığı dövründə hansı işlər görəcəyi ilə bağlı suallarını cavablandırıb. Deyib ki, əsas məqsəd bu seçkiləri dinc şəkildə, təxribatlar olmadan keçirmək idi:
- Nə imzatoplama kampaniyasında, nə də təşviqat dövründə namizədlərə problemlər yaradıldı. Bu dövrlə bağlı heç bir şikayətə rast gəlinmədi. Heç bir müxalifət partiyası namizədliyin irəli sürülməsindən səsvermə gününədək şikayət etmədi. Şikayət ediləsi əsas da yox idi. Bəli, səsvermə günü müəyyən qanun pozuntuları oldu, qarşıdurmalar yaşandı. Söhbət mənim namizəd olduğum dairədən getmir. Ayrı-ayrı dairələrdə namizədlərlə, onların vəkilləri, səlahiyyətli nümayəndələri ilə digər namizədlər arasında müəyyən insidentlər yaşandı. Məntəqələrdə seçki qanunun tələblərinin pozulması halları da yaşandı. Amma bunlar da təbiidir, ola bilən hallardır. Ümumilikdə isə seçkilər sakit, rahat şəkildə baş tutmuş sayılır.
- Amma bəzi seçki məntəqələrində kobud qanun pozuntusu hallarını müşahidə edirik, videogörüntülər var...
- Dedim axı, belə pozuntular oldu. Həmin pozuntular yaşanan dairələrin namizədləri əllərindəki əsaslarla, sənədlərlə MSK-ya müraciət edəcəklər, müvafiq qərar veriləcək. Həmin namizədlərə iddialarında, mübarizələrində uğur arzulayıram. Məncə, belə hallar yaşanmamalıdır. İstər dairələrin səlahiyyətliləri, istər namizədlər qanunu pozmamağa çalışmalıdırlar. İndi bu hallar yaşanıb, ondan şikayət etmək prosedurları var və onlardan keçmək lazımdır.
- Seçkilərdə seçici fəallığı da az idi. Rəsmi məlumata görə, 37 faiz seçici fəallığı olub. Bu hal nə ilə bağlıdır?
- Birincisi, insanlarımızda seçkilərə inam azdır. Bundan əvvəlki seçkilərdə yaşanan problemlər, namizədlərin deputat olduğu zaman təşviqat zamanı verdiyi vədlərə uyğun addımlar atmaması insanlarda seçkiyə inamı azaldıb. Vətəndaşlarımız düşünürlər ki, seçkilər onların həyatında heç nəyi dəyişmir. Hesab edirəm ki, bu inamı birinci dövlət, sonra partiyalar, ictimai-siyasi xadimlər yaratmalıdırlar. Namizəd deputat seçildikdən sonra elə nümunələr ortaya qoymalıdır ki, insanlar vədinə əməl edəcək insana gəlib məntəqədə sevə-sevə səs verə bilsinlər. Seçici fəallığının aşağı olmasının daha bir səbəbi isə hesab edirəm ki, fəsillə bağlı idi. Yaydır, insanlarımızın çoxu istirahətdədir. Bir növ təbliğat dövrü effektiv dövr deyildi. Bu da seçici fəallığına mənfi təsirini göstərmiş oldu.
- Serçkilərdə partiya olaraq iştirak etdiniz, bir mandat qazandınız. Bunu uğur saymaq olarmı?
- 1995-ci ildən bu yana parlamentə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Rəsmi olaraq, beş dəfə seçkiləri ikinciliklə bitirmişəm. Həmin vaxt seçkilər necə keçirilib, bu tarixlərə qayıtmaq istəmirəm.Yeddinci çağırış Milli Məclis seçkilərinə BAP olaraq qatıldıq. İlkin olaraq seçkilərdə 25 namizədlə iştirak qərarı verdik. Daha sonra vəziyyəti dəyərləndirdik, partiyanın vəziyyəti, ölkədəki real vəziyyət hesablandı və belə qərara gəldik ki, qüvvələri parçalamayaq. Sonda 8 namizədlə iştirak qərarı verdik. Namizədlik verilərkən iki namizədimizin sənədlərində müəyyən qüsurlar oldu və qeydiyyata alınmadı. Altı namizədlə partiya olaraq seçkilərdə iştirak etdik. Amma kampaniya dövründə qəti qərara gəldik ki, bir dairə üzərində daha çox fokslanmaq lazımdır. Hansı dairədə mandat almaq şansı daha çox idisə, o dairəyə gücümüzü səfərbər etdik. BAP uzun illərdir fəaliyyət göstərsə də, parlamentdə heç vaxt təmsil olunmayıb. Çalışdıq, qalib gəldik və BAP artıq parlament partiyasıdır. Seçicilərimizə, bizə dəstək verənlərə təşəkkür edirəm. Açıq deyim ki, bu seçkilərdə ən yaxşı seçki kampaniyasını biz apardıq. İnsanların seçkilərə cəlb olunması, bizə səs verməsi üçün gecə-gündüz çalışdıq, məhəllə-məhəllə gəzdik. Bunun nəticəsində də qələbə təmin olundu.
- Milli Məclisdə fəaliyyətiniz necə olacaq?
- Bundan əvvəl həmin dairənin deputatı Madər Musayev olub. Allah ona rəhmət etsin. Mən seçicilərimizə də dedim, keçmiş keçmişdə qaldı. Gələcəyə baxmaq lazımdır. Hədəfimiz var və o hədəfimizə doğru əmin addımlarla irəliləyəcəyik. Seçildiyim dairənin problemləri çoxdur, görüləsi işlər həddən artıqdır. Mən deputatın, millət vəkilinin necə olması nümunəsini ortaya qoymağa çalışacam. Hesab edirəm ki, buna potensialımız çatır. Seçicilərlə görüşlərdə verdiyim vədlərin hamısına əməl etməyə çalışacağıma söz vermişəm və sözümün arxasında dayanacam.
Seçicilərlə danışarkən nə iş görə biləcəyimizi, nə istədiyimizi seçicilərə açıq şəkildə dedik. Problemləri açıq dedik və onun həlli yollarını da söylədik, mandatın verdiyi imkanlar çərçivəsində həllini tapacağını bildirdik. Sözümüzün də arxasındayıq. Biz açıq şəkildə dedik ki, dava etməyə, radikallıq göstərməyə gəlməmişik, əməkdaşlıqdan, birgə fəaliyyətdən yanayıq. İcra strukturu ilə, bələdiyyə ilə, polislə, digər dövlət qurumları ilə birgə dairəmizin problemlərinin əməkdaşlıq yolu ilə həllində maraqlıyıq. Biz sübut etmək istəyirik ki, deputat necə olmalıdır. Biz istəyirik ki, Binəqədidə o qədər yaxşı işlər görək ki, növbəti seçkilərdə ayrı-ayrı bölgələrdən müraciət edilsin ki, BAP o bölgələrdən namizəd versin.
- Dairədə hansı problemlər daha çoxdur?
- Problemlər çoxdur və onların həlli yolları da mümkündür. Məsələn, Biləcəridə 284 saylı məktəbin həyətində toyuq, mal saxlayırlar, heyvan kəsirlər. Bunu aradan qaldırmaq çətin olmamalıdır. Yaxud 100 min əhalinin yaşadığı Biləcəridə məktəb çatışmazlığı var. Bəlli olur ki, məktəb binası tikmək üçün ərazi var, amma kimlərsə zəbt edib. Məsələn, bir nəfər tanınmış şəxs var, on hektar yeri var. Mən özüm ondan xahiş edəcəm ki, 2 hektarını ver, məktəb tikilsin. Verməsə, o məsələ ictimailəşəcək. Yaxud da, Biləcəridə bir dənə də futbol stadionu yoxdur. Bundan əlavə, elə ərazilər var ki, oradan marşrutlar işləmir. Bir sözlə, seçicilərimizdən bir çox təkliflər, şikayətlər var ki, onları ümumiləşdirəcəyik, həll etmək üçün addımımızı atacağıq.
Deputat seçildiyim dairənin ərazisində mütləq deputat ofisi fəaliyyət göstərəcək. Müvafiq qurumlarla danışacağıq, uyğun ofis verilməsi üçün müraciət edəcəyik. Olmasa, bir yer icarəyə götürüləcək və həmişə seçicilərin üzünə açıq olacaq. Biz hesab edirik ki, seçicilərimizin içində olmalıyıq. Mənim qrafikim olacaq, müəyyənləşəcək ki, ayda məsələn, iki dəfə, üç dəfə ofisdə qəbul olacaq. Qalan müddətdə isə həmin ofisdə təyin etdiyim şəxs seçicilərin şikayətlərini, təkliflərini dinləyəcək, mənə yönləndirəcək. Eyni zamanda, Milli Məclisdə də deputatların qəbul günləri olur. Yəni bu formada təmaslar olacaq, problıemlərin həllinə çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|