"İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir"
Tarix: 9-03-2015, 10:53 | Çap et
Millət vəkili Vahid Əhmədov prezident İlham Əliyevin Bolqarıstana səfərinin nəticələri barədə Moderator.az-ın iki sualını cavablandırıb:
-Prezident İlham Əliyevin Bolqarıstan səfəri Azərbaycanın Avropa üçün vazkeçilməz ölkə olduğunu bir daha isbatladı...
-Bu barədə bir neçə dəfə fikir bildirmişəm və sizinlə də şərikəm ki, Azərbaycan Avropa üçün çox böyük önəm kəsb edən bir ölkədir. Azərbaycanın qaz layihələri həyata keçirilməyə başlananda dövlət başçısı Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlinə üstünlük veriləcəyini bəyan etdi və verdiyi sözü tutaraq bu layihənin həyata keçirilməsinə nail oldu. Amma sonradan elə vəziyyət yarandı ki, prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində qaz layihələrinin şaxələndirlməsi istiqamətində də ciddi addımlar atıldı. Bir müddət sonra isə Avropa ilə Rusiyanın münasibətləri bəlli səbəblərdən pozuldu və Azərbaycan qazı Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başladı. Xatırlayırsınızsa Ukrayna böhranı belə kritik nöqtəyə gəlməzdən öncə Ərdoğan-Putin görüşünün nəticəsi olaraq Rusiya qazının Türkiyə üzərindən Avropaya çıxarılmasını nəzərdə tutan “Türk axını” adlı bir projedən bəhs edilməyə başlanılmışdı. Amma Avropanın Rusiyaya qarşı sanksiyaları sərtləşdirildiyindən Türkiyə bu projedən imtina etmək zorunda qaldı. Daha doğrusu, ciddi böhranla üzləşən Rusiyanın özü bu projeyə sərmayə yatırmaqdan imtina etməli olduğundan “Türk axını”nı tarixin arxivinə gömməyə məcbur oldular. Bu cür həssas dönəmdə dövlət başçısı İlham Əliyev Bolqarıstana səfər edərək rəsmi Sofiya ilə belə bir razılığa gəlindi ki, 2013-cü ildən gündəmdən çıxarılan Nabucco layihəsinin tam hissəsi olmasa da Nabucco-West həyata keçirilsin. Yəni Nabucco projesinin uzunluğu 3200 kilometr nəzərdə tutulurdusa, Nabucco-West təxminən 1300 kilometr məsafəni əhatə edir. Yəni bu proje gerçəkləşdikdə Bolqarıstandan keçməklə Rumıniya, Avstriya kimi ölkələrin qaz ehtiyaclarını ödəməyə imkan verəcək. Təbii ki, Bakı ilə Sofiya arasında belə bir razılığın əldə olunması heç şübhəsiz, Avropa İttifaqının xeyir-duası olmadan mümkün olmazdı. Bəllidir ki, Sofiya Brüssellə məsləhətləşmədən bu cür ciddi danışıqlara getməyə cəsarət etməzdi. Prezident İlham Əliyevsə bu səfərlə çox böyük siyasi gediş etmiş oldu və Azərbaycan qazının Avropa bazarlarına rahat çıxışı üçün daha bir dəhliz qazandı. Çox böyük ehtimalla yaxın gələcəkdə Türkmənistan və hətta İran qazı da bu kəmərlər vasitəsilə Avropaya çıxarılacaq. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qısamüddətli olmayacaq və Qərb tərəfindən hər ötən gün Moskva daha əlverişsiz duruma salınmağa çalışılacaq. Belə bir situasiyada istər-istəməz Azərbaycanın Avropa üçün önəmi birə beş artacaq. Təbii ki, İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir. Onun Rusiyapərsət mövqe sərgilədiyini iddia edənlər siyasi cəhətdən səriştəsiz adamlardı və nəzərə almaq laızmdır ki, Rusiyada milyonlarla soydaşımız yaşayır və bu ölkə bir çox parametrlərinə görə Azərbaycanla sıx bağlıdır. Ən azından 70 il eyni dövlətin tərkibində olmuşuq, iqtisadi bağlarımız var, Qarabağ boyda dərdimiz ortada, odur ki, ehtiyatsız bir addım müstəqilliyimizə ciddi təhdidlər yarada bilər. Odur ki, necə deyərlər, dünyanın və yerləşdiyimiz bölgənin indiki qarmaqarışıq zamanında suyu üfürə-üfürə içmək lazımdır və yaranmış şəraitdən maksimim uduşla çıxmaq üçün ehtiyatı da əldən vermək olmaz. Amma Azərbaycan prezidentinin birmənalı Qərbyönümlü siyasət yürütdüyü çılpaqlığıyla ortadadır və heç şübhəsiz, Qərb tərəfindən hər gün bir az da zəiflədilən Moskvada da bununla hesablaşmaq zorundadırlar.
-Bir halda ki, İlham Əliyev Avropaya inteqrasiya xəttini götürüb, amma Amerika və Avropanın özündə də rəsmi Bakıya qarşı sanki bir qısqanclıq var, obrazlı desək, bizi daim qapaz altda, gözüqıpıq şəkildə saxlamaq istəyirlər...
-Amerikanın çox qəribə siyasəti var, bir tərəfədən sənin önəmli ölkə olduğunla hesablaşıb əməkdaşlıq edir, o biri tərəfdən sanki bu əməkdaşlığın daha da inkişaf etməsini əngəlləmək, bu prosesi tormozlamaq üçün əsas silahını-demokratiya və insan haqlarının vəziyyətini bəhanə edərək sənə yersiz təzyiqlər göstərir. Halbuki bu dəyərlər bütün dünyada qəbul olunsa da Amerikanın, Avropanın özündə də mükəmməl şəkildə bərqərar olunmayıb. Uzağa getməyək, Amerikada qaradərili insanlara qarşı baş verən zorakılıq halları ölkədə geniş narazılıq yaranmasına səbəb olub. Eləcə də Avropanın özündə bu sahədə problemlər az deyil. Yəni bizə nümunə göstərilən ən qabaqcıl Avropa ölkələrində də demokartiya və insan hüquqları sahəsində çoxsaylı problemlərin mövcudluğu ortadadır. Təbii ki, Azərbaycanda da bu sahədə problemlər var, amma onu da nəzərə almaq lazımdır ki, müharibə vəziyyətində, işğala məruz qalmış ölkəyik və cəmisi 24 illik müstəqillik tariximiz var. Mənim müşahidələrimə görə heç də bəzi mətbu orqanlarda iddia olunduğu kimi Azərbaycan-Amerika münasibətlərində soyuqluq yoxdur. Əksinə, mən Vaşinqtonun Bakıya daha da yaxınlaşması istəklərini görürəm və onlar anlayır ki, belə bir ölkə ilə münasibətləri korlamaq çox böyük qəbahət olardı. Hesab edirəm ki, bu münasibətlər getdikcə nizama düşəcək və Azərbaycanın da Avropa ailəsinə ağrısız qovuşması üçün Vaşinqton Bakıya hər cür dəstək verəcək. Ortada Ukrayna dərsləri var və bundan nəticə çıxarmaqla addımlar atılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
• Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00 |
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
|