“Hər zaman Rusiya ilə münasibət qura bilməməyimizin acısını çəkmişik” - deputat
Tarix: 3-04-2015, 09:10 | Çap et
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, ermənilər Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır. Ə.Həsənov qeyd edib ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından erməni mediasında yayılmış fikirlər bu istiqamətdə daha bir cəhd olub.
Ə.Həsənov bildirib ki, bu addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür: “Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər”.
Qeyd edək ki, bir sıra müşahidəçilər xüsusən də son dövrlərdə Rusiya ilə münasibətlərə diqqətli yanaşır, iki ölkə əlaqələrinin müsbət şəkildə olmasını qeyd edirlər. Bəzi müşahidəçilərə görə, rəsmi Bakı bununla da iki ölkə münasibətlərində heç bir soyuqluğun olmadığı görüntüsünü yaratmaq, eyni zamanda ölkəni Moskvanın gözlənilən təcavüzündən qorumağa çalışır. Doğrudanmı, belədir, yoxsa həqiqətənmi Azərbaycan Rusiya ilə əlaqələrin ən yaxın müttəfiqlik səviyyəsində olmasında maraqlıdır?
Mövzunu “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc deyir ki, beynəlxalq və yerli mediada Rusiya təcavüzü haqda məqalələr əslində olduğundan çox şişirdilmiş və təbliğat xarakterlidir: “Beynəlxalq informasiya məkanında Rusiyanın təcavüzkarlığı haqqında məqalələr, şərhlər, yanaşmalar çoxalıb. Bu əlbəttə ki, Rusiyanın Ukrayna ilə münasibətlərini tam əhatə eləmir. Bunun hədsiz şişirdilmiş, tendensiyalı olmasını iddia etməkdən uzağam, çünki burda həqiqət elementləri də var. Lakin məsələnin başqa tərəfi gerçək vəziyyətin olduğu kimi əskini tapmamasıdır. Bu fonda mediada Rusiya aqressiyası haqqında fikir formalaşdırılıb. Bunu bir dominant olaraq əksər hallarda Qərb dairələrinin əli ilə MDB məkanının mediasına yükləmək istəyirlər. Bizdə də bu xətt müəyyən mənada hökmranlıq etməyə başlayır. Çünki bu informasiyalar sonra cəmiyyətin təfəkkürünə sızır və anti-Rusiya dalğası kimi də meydana çıxır. Mən bunu bir dəfə də qeyd etmişəm, 1993-cü ildə Qafqazda Rusiyaya qarşı bir neçə il müharibə aparan Cövhər Dudayev etiraf edirdi ki, onun fəaliyyəti Qərbin Rusiyaya qarşı mübarizəsinin alətinə çevrilib. Ona ötürülmüş bütün informasiya kütləsi tendensiyalı olub, sanki bir sıra fikirlərindən geri durmaq həddinə gəlib çatmışdı”.
Z.Oruc deyir ki, bu təbliğatın nəticəsində indi Azərbaycanda “Qərb Rusiya ilə savaşır, biz də Qərbin yanında olmalıyıq” kimi mövqe geniş yayılıb. Deputatın fikrincə, bu cür fikirlər məqsədli qüvvələrin maraqlarına xidmət edir: “Son dövrlərdə politoloji fikir dairələrində ”Rusiya Azərbaycana ordu yeridəcək, rus tankları Qarabağa və ya Bakıya gələcək" kimi mesajlar tirajlanır. Sual olunur: Niyə? Əli Həsənov haqlı olaraq qeyd edir ki, erməni tərəfinin başlıca hədəfi Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Məsələn, Sarkisyan etiraf etməyə məcbur oldu ki, onlar Rusiyanın Azərbaycana silah satmasına şad deyillər. Təbii ki, bundan daha sərt formada deyə bilməzdir. Rusiyadan bütün parametrlərinə görə asılı olan bir ölkənin rəhbərinin fərqli reaksiya verməsi mümkün deyildi. O, daha sərt mövqeyindən sonra onu nələrin gözlədiyini də bilir".
Deputat deyir ki, indi əksinə Azərbaycan informasiya hücumu həyata keçirib ermənilərlər ruslar arasındakı açıq münaqişəli məqamları qabartmalıdır: “Ancaq biz nədən bütün informasiya məkanımızı ”Rusiya Ermənistanı cəzalandıracaq", “Qarabağa görə Rusiya Ermənistana zərbə vuracaq”, “Ermənistanın son davranışları Rusiya problemlər yaratmaqdadır”, o cümlədən Avropa Şurasındakı məlum hadisələr, Permyakov hadisələri doldurmur? Bütün bunlar onu deməyə əsas verir ki, bizim diplomatiya maşınımız Ermənistan-Rusiya problemlərini qabartsın. Bizim rusdilli media və rusdilli politoloji fikir sahiblərimiz Rusiyanın informasiya məkanına fəal şəkildə çıxaraq bunları qabartsınlar. Biz forpost deyib durmalı deyilik. Diplomatiyanın bir vəzifəsi də hətta dost kimi görünən ölkələr arasında problemlər yaratmaq və ya ən azı buna cəhd etməkdir. Və yaxud da olan kiçik nöqtələrdən faydalanmaqdır. Ona görə də mən həqiqətən də düşünürəm ki, biz nəinki mövcud dostluq münasibətlərimizi normal səviyyədə saxlamalıyıq, buna xələl gətirənlərlə də fəal mübarizəmizi ortaya qoymalıyıq".
Z.Orucun fikrincə, bu gün Qərb dövlətləri və Ermənistan Rusiya-Azərbaycan əlaqələrinə təsir göstərmək istəyir: “Birincisi, Ukrayna savaşını Rusiya əleyhinə, regionda onu sıxışdırıb çıxarmaq, gələcəkdə onun özünü parçalamaq istəyən başda ABŞ olmaqla Qərb dövlətləridir. İkincisi isə Ermənistandır. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi Ermənistanın maraqlarına uyğundur. İndi isə ermənilər tarixdə olduğu kimi, Rusiyanı Azərbaycan əleyhinə qoya bilmirlər. Tarixə baxın, biz hər zaman Rusiya ilə münasibətləri qura bilməməyimizin acısını çəkmişik. Ona görə də mən açıq deyirəm ki, bir neçə dəfə Rusiya-Türkiyə-Azərbaycan siyasi birliyi modelini təklif etmişəm. İnternet resurslarında, bizim elektron məlumat arxivlərində yalnız Rusiya və Türkiyə arasında baş vermiş 13 müharibəyə dair epopeyalar, ədəbi-bədii üslubda işlənmiş yazılar, kitablar, məqalələr var. Müsbət əlaqələri. dostluğu stimullaşdıran və yaxud da onu özündə ehtiva edən tarixi bazislər son dərəcə zəifdir. Ona görə də bax, 10 il ərzində NATO-Azərbaycan əməkdaşlığı prosesində iştirak etmiş bir insan kimi deyirəm ki, Rusiya ilə münasibətlərin yaxşı olması Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda avtomatik olaraq Ermənistanın ziyanınadır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
• Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00 |
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
|