İsa Qəmbərin 3 yalanı...
Tarix: 6-06-2015, 10:39 | Çap et
Yalan danışmaq siyasətçilərin çoxdankı adətidir. Barmaqla sayılası qədər adam olar ki, reputasiyasında yalan olmasın. Kimi özünü gözə soxmaq üçün yalan danışır, kimi varlığını hiss etdirmək üçün, kimisi də boş cibini doldurmaq üçün...
Məsələn, bizdə deputat, prezident seçkiləri öncəsi təsəvvür edə bilməyəcəyiniz yalanları eşidə bilərsiniz. Bu işdə müxalifət təmsilçiləri daha peşəkar və “kreativ” görünürlər. 22 ildir yerindən bir addım belə tərpənməyən narazılar eyni yalanı (“Biz hakimiyyə gələcəyik” - red) illərdir xalqa sırıyır.
Sizcə, elə seçki olubmu ki, bunu eşitməyək?
Seçkiöncəsi ən ağlasığmaz yalanları qarşı cəbhənin ifasında dinləyə bilərsiniz.
Nümunə üçün: “Mənə səs verin, Qarabağı bir günə geri alacam”, “Maaşları 10 dəfə artıracam” və “sizi cənnətdə yaşadacam” və s. ilaxır... Nəticə isə sıfırdır. Yəni xalq bu yalanları “yemir”, qatığın qara olduğuna qətiyyən inanan yoxdur.
Əsl yalançı odur ki, öz yalanına kimlərisə deyil, ilk öncə özünü inandıra bilsin.
İsa Qəmbər kimi..
Təxminən 4 il öncə idi. İsa Qəmbərdən Müsavatın qərargahında müsahibə götürürdüm. O zaman gündəmin əsas mövzusu Müsavatın saqqız kimi uzanan qurultayı və qurultayın Türkiyə və Gürcüstanda keçirilməsi məsələləri idi...
Bir aydan çox əziyyət çəksəm də müsahibədə İsa bəyə cəmi 3 sual verə bilmişdim.
Söhbətə “niyə qurultay keçirmirsiniz” sualı ilə başlayanda İsa bəy sifətini turşudaraq “hakimiyyət bizə yer verir ki...?”,- deyə cavab vermişdi.
İkinci sualım belə idi: “qurultay keçirmək üçün icarəyə yer götürmək fikriniz varmı?”.
Bu suala Müsavatın o zamanki başqanı yenə aqresiv cavab verib, müsahibəyə razılıq verdiyinə peşman olduğunu hiss etdirirdi.
Cavab qısa və lakonik: “Pulumuz yoxdur...”
Üçüncü sual İsa Qəmbəri lap əsəbiləşdirdi.
-Pulunuz yoxdursa, 800 nəfəri Gürcüstana necə aparacaqsınız?
Elə bu sualla da müsahibə başa çatdı.
Siqareti bir-birinə calayan İsa Qəmbər yalanını tutduğumu görüb, başladı mübahisə etməyə: “Siz təxribat törətməyə gəlmisiniz bura? Bu nə suallardır verirsiniz? Sizi kim göndərib bura...?”
Nəhayət, qurultay keçirildi və İsa Qəmbər başqanlıqdan getdi.
...Çoxdandır mətbuata çıxmayan keçmiş başqan Müsavatdakı saxta mühacir skandalından sonra Meydan tv-ə müsahibə verərək bəzi mətləblərə aydınlıq gətirməyə çalışdı.
Müsahibəni oxuduqdan sonra bir daha əmin oldum ki, İsa bəy hələ də yalan danışmaq vərdişindən əl çəkməyib.
-İsa bəy, Müsavat Partiyası ilə bağlı belə toplu halda və bu qədər konkret, sərt ittihamların arxasında nə dayanır? Niyə indi? Niyə bu qədər açıq? Niyə bu qədər kütləvi..?
Jurnalistin ilk sualına cənab Qəmbər 3 əsas səbəb gətirir, daha doğru 3 yalanla cavab verir.
1.Hakimiyyət Müsavatın prinsipial, ardıcıl və sistemli mövqeyini özü üçün potensial təhlükə mənbəyi hesab edir. Ona görə potensial sözünü işlədirəm ki, rejim indi fəal olmayan cəmiyyətin fəallaşması, hakimiyyətdən hesabat tələb etməsi perspektivindən ciddi şəkildə qorxur.
-Bəli, İsa Qəmbər demək istəyir ki, iqtidar indiki Müsavatdan qorxur.
Gülünc və bir o qədər də fantastik cavabdır. Görünür, İsa Qəmbər Azərbaycanda yox, hansısa yad planetdə yaşayır ki, Müsavatın indiki durumundan xəbərsizdir, ya da özünü “sındırmaq” istəmir, hələ də güclü olduğuna kimlərisə inandırmaq istəyir.
İsa bəyə haqlı olaraq sual vermək istərdim ki, Müsavatda iqtidarla mübarizə apara biləcək adam qalıbmı? Qalıbsa, kimlərdir?
Yəqin ki, bu sualı ona versəydim ilk müsahibədə olduğu kimi, bizi yenə kabinetindən qovardı.
İsa bəyin diqqətinə: Qoca çinar kimi yarpaqları tökülən, saralan Müsavat əslində olan qalan gücünü Arif Hacılının dövründə itirdi. Amma siz səsinizi çıxarmadınız, görməzdən gəldiniz.
Partiyada bir birinin ardınca istefalar, qovulmalar, söyüşmələr, daxili çəkişmələr, qruplaşmalar və daha nələr olmadı ki...
Bu hadisələrdən sonra can üstə əlləşən bir partiyadan iqtidarın qorxmasına özünüzə də inanırsınızmı?
Şəxsən mən inanmıram. Bənzətməsi xoş olmasa da sizin bu cavabınız anasının tumanı arxasında gizlənib “səni döyərəm” deyən uşağı xatırladır.
İsa Qəmbərin göstərdiyi ikinci səbəb qatığın qara üzü kimi qapqara yalandır. Ağ yol, məhz qara...
2. Hakimiyyətin edə bilmədiyini və edə bilməyəcəyini Müsavat Partiyası 8-ci qurultayında etdi. Cəmiyyətə gerçək demokratiya nümunələri: iki dəfədən artıq vəzifədə qalmamaq, azad və ədalətli seçki, müstəqil seçki komissiyası, şəffaflıq və s. təqdim edildi. Etiraf etməsələr də, rejimin Müsavata qəzəbinin əsas səbəblərindən biri budur.
-Qısası, İsa Qəmbər demək istəyir ki, Azərbaycanda indiyə kimi ən demokratik seçkini Müsavat 8-ci qurultayında keçib.
Müsavatın qurultayı o qədər “demokratik” və “şəffat” keçirildi ki, partiya hələ də özünə gələ bilmir.
İsa bəy, hansı demokratiyadan danışırsınız? Bəlkə onu bizə də açıqlayasınız. Partiyanı tənqid edəni, ağzını açıb danışanı Müsavatdan qovmaq demokratiyadırsa, heç şübhəsiz ki, siz Obamadan daha demokratsınız...
Bax budur, sizin qurduğunuz “şəffaflıq” və “demokratiya”
Şərhsiz:
Qubad İbadoğlu: “Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram, seçkidə saxtakarlığ yol verilib”
Vurğun Əyyub: “Arif Hacılı Müsavatın legitim başqanı deyil, saxtakarlıqla seçilib”
Səxavət Əlisoy: “Partiyanın bərbad günə qalmasına görə günahkar İsa Qəmbər və Arif Hacılıdır”
Bu siyahını daha da artırmaq olar, cənab Qəmbər!
Keçmiş başqanın üçüncü səbəbi Avropa Oyunları ilə bağlıdır.
3. Rejim üçün ən həssas mövzulardan biri olan Avropa oyunları məsələsində Müsavat Partiyasının aydın, ardıcıl və prinsipial mövqe təqdim etməsi, Avropa liderlərini oyunların açılış mərasimində iştirakdan imtina etməyə çağırması.
-Cənab Qəmbərin dediyindən belə başa düşmək olar ki, Müsavatın Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməsi hakimiyyəti ciddi şəkildə narahat edir, hətta iqtidar bu çağırışdan təlaşa düşüb.
Yəni, nə demək istəyirsiniz Müsavat boykot edib deyə, yarışlar keçirilməyəcək, Azərbaycana heç kim gəlməyəcək?
Hakimiyyətə gəlmək ümidilə müxalifətdə saç ağartmış siyasətçinin düşüncəsi çox bəsit və olduqca gülüncdür.
İsa bəy, deyəsən başqanlıqdan gedəndən sonra sivilizasiyadan tamam uzaqlaşıb, dünyadan xəbəri yoxdur.
Avropa Oyunlarının açılışına 20-dən çox prezident gələcək, yarışlarda iştirak edəcək idmançılar artıq ölkəmizə təşrif buyururlar.
Bütün dünya, aparıcı KİV-lər Avropa Oyunlarından danışır, Putin kimi nəgəng lider bu yarışların tarixi əhəmiyyətindən söz açır, siz isə boykot edirsiniz?
Edin, əlinizdən nə gəlir edin. Yarışlara baxmayın, kanalını dəyişib, mutfilmlər izləyin, boş vaxtınız olanda Facebook-da status yazın, “lik” edin, Avropaya gedənlərlə 1500 manat alıb şəkillər çəkdirin, bir sözə nə istəyirsiniz edin...
Sizcə, nə dəyişəcək?
Cavabın bildiyim bu sualı nə zaman görsəm mütləq İsa Qəmbərə verəcəyəm...
Sonda isə qeyd edim ki, mənim də İsa bəyə 1500 manat borcum var, axı müsahibə zamanı şəkil şəkdirmişdik...
Anar Rüstəmov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
|