USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                 

Müsavat AXCP-ləşir - TƏHLİL
Tarix: 31-07-2015, 11:07 | Çap et
Müsavat AXCP-ləşir
Müsavat Partiyasında proseslər əvvəlcədən proqnozlaşdırılan istiqamətdə inkişaf etməkdədir və bu qurumun narazı üzvləri bir-bir Müsavat sıralarından uzaqlaşmaqdadırlar. Əslində həmin şəxslərin heç başqa çıxış yolu da yoxdur. Əgər bir partiyada - xaosun hökm sürdüyü Müsavatda onların səsi eşidilmirsə, fikirləri nəzərə alınmırsa, doğrudan da o partiyada qalmaqda heç bir məntiq yoxdur. Ona görə də diskriminasiyaya məruz qalmış şəxslər müxtəlif çıxış yolları axtarışındadırlar. Belə görünür ki, onlar ən ideal variantı tapıblar və ya bir müddət əvvəl reallaşan layihəni uğurla davam etdirirlər. Belə ki, hazırda icra edilən ən optimist variant partiyada qalaraq, üzvlükdən çıxmadan yeni bir təşkilat yaratmaqdır. Məlumdur ki, Müsavat Partiyasındakı gərginlik və narazılıq keçən ilin sonlarında baş tutan qurultaydan sonra son həddə çatdı və vəziyyət düzəlməkdənsə, razılıq əldə olunmaqdansa, mövcud durum hər gün bir az da pisləşir, qruplaşmalar və fərdlər arasındakı münasibətlər getdikcə lap dalana dirənir. Bu isə faktiki olaraq, partiyanın nəinki sözdə, rəsmən parçalanmasına səbəb olur. Qurultaydan sonra parçalanmanı rəsmiləşdirən ilk adam başqanlığa namizəd olmuş şəxslərdən biri - Qubad İbadoğlu olub. Onun yaratdığı hərəkatın prinsipləri ilə maraqlandıqda isə qəribə təzadlar meydana çıxırdı. Belə ki, həmin tezisləri Müsavat Partiyası özü də neçə illərdir ki, irəli sürüb və guya həmin şüarlarla fəaliyyət göstərir. Q.İbadoğlunun oxşar prinsiplərlə hərəkat yaratması birbaşa Müsavat əleyhinə atılan addım kimi qiymətləndirilir, Müsavatı bəyənməmək kimi başa düşülürdü. Bu qurumun yaradılması isə A.Hacılı tərəfdarı olan müsavatçılar tərəfindən kəskin etirazla qarşılanmış, partiyanın dağılmasına hesablanmış addım kimi qiymətləndirilmişdi. Onlar hətta bunu nizamnamədən kənar, qeyri-qanuni hərəkət adlandırırdılar. Müsavat başqanının müavini Nüşabə Sadıqlı açıqlamasında demişdi ki, belə hərəkatın yaradılmasına heç bir ehtiyac yox idi: “Müsavat Partiyasının nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur. Bu hərəkatın yaradılması da təbii ki, nizamnamənin əleyhinədir”.

Müsavat başqanlığına sabiq namizəd olmuş Tural Abbaslı isə bildirmişdi ki, hərəkat və təşkilat yaratmaq müsavatçıların da, digər şəxslərin də haqqıdır: “Nizamnamədə qeyd edilib ki, partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat Partiyasının üzvü ola bilər”.

ADR-in yaradılmasına çox az sayda tərəfdar olsa da, əksəriyyət narazılıq edir, Q.İbadoğlunu belə qərara görə ciddi şəkildə qınayırdılar. Hələ o zaman Müsavatın getdikcə daha çox parçalanacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı bildirilirdi. Səbəb kimi isə onların partiyanı inhisara aldıqları və heç bir fikri qəbul etmədikləri göstərilirdi. Deyilənlər təsdiqini tapmaqdadır və artıq partiyadan daha bir qrup şəxs ayrılaraq öz təşkilatlarını yaradıblar. Belə ki, bu dəfə Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı özü yeni siyasi blokunu yaradıb. “Ağ blok” adlandırılan bu qurumun məqsədi müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etməkdir. T.Abbaslı açıqlamasında deyib ki, Müsavat Partiyasının üzvlüyündən çıxmır, lakin seçkilərə “Ağ blok”un namizədi kimi qatılmağa üstünlük verir: “Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Seçkilərdən sonra blokun partiyaya çevriləcəyi də istisna olunmur. Daxili intriqalara enerji sərf etməkdənsə, niyə də öz partiyamızı yaratmayaq?!”

Q.İbadoğlunun hərəkatı yaratmasından sonra partiya rəhbərliyi tərəfindən Müsavat üzvlüyündən qovulduğunu nəzərə alsaq, T.Abbaslını da eyni aqibətin gözlədiyi istisna olunmur. Bu isə onun təşkilatının partiyaya çevriləcəyini daha da dəqiqləşdirən məqam hesab oluna bilər. Hələ ki, Müsavat rəhbərliyi bu barədə heç bir açıqlama verməyib, amma onların buna xoş reaksiya vermədikləri məlum məsələdir. Əminliklə deyə bilərik ki, hazırda A.Hacılı və ətrafı Q.İbadoğlu kimi ona da pis münasibət bəsləyirlər və bəlkə də əsəbdən zəncir çeynəyirlər. Çünki belə gedişat Müsavatın daha bir parçalanmaya məruz qalması deməkdir və heç şübhəsiz ki, partiya ciddi itkilərə məruz qalacaq.

Bütün bu proseslər onu göstərir ki, Müsavat və AXCP bir-birlərini bəyənməsələr də, faktiki olaraq, hər ikisi eyni yolu gedir və eyni aqibəti yaşayır. Müsavatın bugünkü durumu AXCP-nin bir neçə il öncə yaşadığı hadisələrin təkrarıdır. Vaxtilə orada da daxili narazılıqlar ən yüksək həddə çatanda bəzi funksionerlər öz təşkilatlarını yaratmağa başlamışdılar. Sonradan isə təşkilatlarını ayrı-ayrı hərəkat və siyasi partiyalara çevirmişdilər. Nəticədə AXCP-də yalnız Əli Kərimli və onun 2-3 tərəfdarı qaldı. Yaxın gələcəkdə Müsavatda da eyni nəticənin olacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı şübhə doğurmur.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50
Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru