"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur" - Sərdar Cəlaloğlu
Tarix: 14-08-2015, 10:31 | Çap et
Rəsul Quliyev və Rüstəm İbrahimbəyovdan sonra daha bir şəxs xaricdə oturub “müxalifət lideri” olmaq, Azərbaycanda hakimiyyət dəyişikliyi etmək iddiasına düşüb. Bu, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri, hakimiyyətin illərlə müdafiəsində dayanmış diplomat Arif Məmmədovdur.
Bu ilin mayından Arif Məmmədov hakimiyyət əleyhinə bəyanatlar verməsi ilə gündəmə gəlib. Son günlər isə bir qədər də radikallaşıb və Bakıda “Ağ marş”a çağırış edib. Azərbaycan hökuməti isə onun barəsində cinayət işi açıb və beynəlxalq axtarışa verib.
Rəsul Quliyevin və Rüstəm İbrahimbəyovun timsalında bu tanış mənzərədir.
ADP sədri Sərdar Cəlaloğliu barədə danışarkən bildirdi ki, ölkə daxilində olan müxalifətlə xaricdə məskunlaşan siyasətçilər arasında çox ciddi fikir ayrılığı var: “Biz bəzən önə çıxırıq, bəzən geri çəkilirik, bəzən güzəştə gedirik. Ölkədə gedən real proseslərdən, situasiyadan xəbərsiz olan xaricə sığınmış siyasətçilər isə bunu başa düşmür və bizi satqınlıq, qorxaqlıq kimi qəbul edirlər. Rəsul Quliyevdə bu cür qiymətləndirmə çox inkişaf edib. Bu, buradakı hadisələri dərk etməməklə, hadisələrin iştirakçısı olmamaqla bağlıdır. Məsələnin ikinci tərəfinə gəldikdə isə xaricdə oturub Azərbaycanda inqilab etmək çağırışları edən insanların özlərinin siyasi lider olması şübhə altındadır. Məsələn, Arif Məmmədov illərlə bu hakimiyyətə xidmət edib. İndi durub bir yanğın hadisəsi ilə bağlı bəyanat veribsə, onu siyasi lider hesab etmək olmaz. Bizim verdiyimiz bəyanatlar onun bəyanatlarından kəskindir. Sadəcə, o yeni ad olduğu üçün bir keçici müddət ərzində cəmiyyətdə sensasiya yaradır. Bu sensasiyanın təsiri altında isə Arif Məmmədov kimi adamlar elə bilirlər ki, artıq böyük siyasi liderdirlər və onların xaricdən bir çağırışı, bir işarəsi ilə xalq ayağa qalxıb hakimiyyəti dəyişəcək".
ADP sədrinin sözlərinə görə, Arif Məmmədovun da çağırışları heç nəyi dəyişməyəcək: “İnsanlar haqlı olaraq düşünürlər ki, özün gedib xaricdə rahat həyat yaşayırsan oradan xalqı meydanlara çağırırsan. Öncə hələ bir özün gəl bura və bircə gün burada müxalifətçilik elə. Bunu etmirsənsə xalq, daxildəki siyasi qüvvələr sənə inanmaz. Onsuz da belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur. 2013-cü ildə Rüstəm İbrahimbəyov da illərlə sağlığına badə qaldırdığı hakimiyyətin əleyhinə danışdı. Onun da ilk vaxtlar bu bəyanatları sensasiya yaradırdı. Sonra getdi xaricə və xaricdə oturub buradakı insanlara liderlik eləmək fikrinə düşdü, o da başladı xalqı bu hakimiyyətə qarşı ayağa qalxmağa çağırmağa. Nəticə nə oldu? Heç nə.
Mən bu adamları heç siyasətçi hesab eləmirəm, xalq da onların hətta hakimiyyətlə münasibətləri pozulduqdan sonra şəxsi rahatlıqlarından vaz keçmək, bura gəlib meydanda mübarizə aparmaq cürətlərinin, istəklərinin olmadığını yaxşı görür. Ona görə də xaricdə oturub xalqı meydanlara çağıranların çağırışları boş sözlərdən başqa heç nə olmur. Azərbaycan cəmiyyəti onların fikirlərini zaman keçdikcə gülünc sayır. Belə “müxalif liderlər”in 50 il müxalifətçilik eləməsi belə, 5-6 il hakimiyyətə qulluq eləmələrinin yanında sıfırdır".
S.Cəlaloğlu vurğuladı ki, Arif Məmmədov da uzun müddət bu hakimiyyətin uzun müddət sevimli kadrı olub. Avropa Şurasında Azərbaycanın nümayəndəsi vəzifəsini tutub. Avropa Şurasında və digər təmsil olunduğu digər qurumlarda Azərbaycanda demokratiyanın pozulması, seçkilərin saxtalaşdırılması ilə bağlı bir dənə də olsun mənfi fikir söyləməyib: “Həmişə Azərbaycan iqtidarının siyasətini müdafiə edib, pozuntuları ört-basdır etməyə çalışıb. Biz burada seçki saxtakarlıqları ilə üz-üzə qalanda, Arif Məmmədov Azərbaycandakı seçki saxtakarlıqları barədə faktların Avropa Şurasına çatmaması üçün iş aparıb. Halbuki onun əlində çox böyük tribuna var idi ki, zamanında Azərbaycan həqiqətlərini çatdırsın. O isə həqiqətləri gizlətməklə məşğul idi. İndi belə birisi hakimiyyətlə şəxsi münasibətlərinin nədənsə pozulması səbəbindən dönüb olub müxalif lider? Kim onun xaricdə oturub etdiyi inqilab çağırışlarına görə meydana çıxar? Heç kim. Mən Arif Məmmədovu heç vaxt müxalifətçi kimi qəbul edə bilmərəm. Düşünürəm ki, xalq da qəbul etməz. Xaricdə oturub burada inqilab etmək istəyənlər bilməlidirlər ki, belə şeylər keçməz. Xalq bilir ki, öz maraqları hakimiyyətlə toqquşanda gedib xaricdə oturub müxalifət olanlardan ölkəyə xeyir gələ bilməz. Daxildəki siyasi qüvvələrdən isə kim istəyir getsin o cür adamlarla əməkdaşlıq eləsin. Sonda bəlli olacaq ki, heç bir müsbət nəticəsi yoxdur. Ortada təcrübələr var, mən təcrübələrə əsaslanıb bunu deyirəm”.(musavat.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|