Müsavatın qalmaqallı namizəd siyahısı - Həm daxildə narazılıq var, həm də kənarda
Tarix: 2-09-2015, 11:57 | Çap et
Parlament seçkilərinə sayılı günlər qaldıqca, partiyalar öz namizədlərini seçmək və təqdim etməkdədir. Təbii ki, hərəsi özünə uyğun formada. Məsələn, Müsavat Partiyası bu günlərdə keçirdiyi yığıncaqda buna cəhd edib. Cəhd edib ona görə deyirik ki, bu dəfə də partiyada hələ də normal atmosfer yaranmadığı, “partiya” kəlməsinə yaraşan durum olmadığı üzə çıxıb. Belə ki, iclas Arif Hacılının sədr olduğu gündən müşahidə olunan narazılıqla keçib. Hətta vəziyyət o həddə çatıb ki, iclas zamanı üzvlər arasında dava düşüb. Belə ki, Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsi zamanı qalmaqal yaşanıb. Səbəb isə bu dairədən kimin namizədliyinin verilməsi ilə bağlı olub. Namizədlər isə Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov olub. Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb. Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.
Onu da deyək ki, parlamentə namizədliyi irəli sürülənlər arasında A.Hacılıya qarşı çıxmış heç bir şəxsin adı yoxdur. Bu, onu göstərir ki, bu şəxs hələ də diktator xislətindən əl çəkməyib və bu qədər iradları, tənqidləri qəbul etməməkdə davam edir. Onun bu addımı etirazla qarşılanıb və çox ciddi tənqid hədəfi olub. Başqanlığa keçmiş namizədlər Tural Abbaslı və Qubad İbadoğlunun tərəfdarlarının adının siyahıya salınmamasına T.Abbaslı özü də etiraz edib. Bildirib ki, hazırkı başqan hələ də qrup maraqlarından kənara çıxa bilməyib: “Siyahıda bir çox dəyərli dostlarımız, fədakar müsavatçılar var. Amma kənarda qalan Qubad bəyin və mənim tərəfdarlarıma baxaq. Yetərincə cəmiyyət və partiya daxilində nüfuza sahib, səs toplayacaq şəxslərdir. Bu şəxslərə partiyanın ehtiyacı var. Müsavat rəhbərliyi artıq reallıq hissini itirib. Partiya böhranlı vəziyyətə doğru aparılır. Bu seçki barışıq mühitinin yaradılması üçün bir şans idi”.
“Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy da məsələyə münasibət bildirib və onun rəyinin soruşulmamasından gileylənib: “Söhbət növbəti dəfə seçkidə iştirak edib-etməməkdən getmir. Amma ədalət naminə bəzi mətləblərin yazılmasına, deyilməsinə zərurət var. 2010-cu ildə partiyaya 2 min səs qazandırmış namizədin də rəyini soruşmaq olardı. Görünür, partiyada hələ də keçən ilin qurultayqabağı və sonrakı mərhələsində Qubad İbadoğlunu müdafiə etmiş şəxslərə mövcud olan qıcıqlı münasibət davam edir. Olsun! Lakin seçkiöncəsi hələ də keçmişlə yaşamaq, alternativ fikrə dözümsüzlük partiyanın onsuz da zəifləmiş durumu üçün heç də yaxşı perspektiv vəd etmir, inanın! Əgər ötən seçkidə Müsavat 3 faizlik baryeri keçsəydi, orda bir çoxları kimi, mənim də rolum olacaqdı. Yeri gəlmişkən, Tural Abbaslı kimi gənc dostların da siyahıdan kənarda saxlanılması qıraqdan heç də normal görünmür. Başqa adlar da var”.
Maraqlı məqam odur ki, A.Hacılının qalmaqallı addımı tək bu deyil. Onun verdiyi növbəti qərar da diqqət çəkib və müzakirə mövzusuna çevrilib. Belə ki, o, seçkilərdə qardaşı Mustafa Hacıbəylinin də namizədliyini irəli sürüb: özü də məhz digər müxalif partiya sədri – AXCP lideri Əli Kərimlinin namizədliyini verməyə hazırlaşdığı dairədən. Bu isə onu göstərir ki, bu iki partiya seçki prosesində də düşmənçiliyi davam etdirəcəklər.
Müsavatda müşahidə olunan daha bir ironik məqam isə eks-başqan, siyasətdən getdiyini açıqlayan İsa Qəmbərin də namizədliyinin irəli sürülməsidir. Belə ki, o, seçkilərə 15 saylı Yasamal Birinci Seçki Dairəsindən qatılacaq. Bu qərar isə partiyadakı mövcud vəziyyətlə bağlı bir çox suallar yaradır. Bu şəxsin heç kabinetini tərk etmədiyi, onu yeni başqana təhvil vermədiyi məlum məsələdir. Partiyada qeyri-rəsmi sədrlik etdiyi, hər şeyin onun istəyinə uyğun olaraq həyata keçirildiyi də hamıya bəllidir. Bu faktlar göstərir ki, Müsavat Partiyası uçurumun dibinə yuvarlanıb və sanki süni nəfəslə zorla həyatda qalıb. Göründüyü kimi, partiyada parçalanma vəziyyəti davam edir və bu cür narazılıq fonunda yenidən birlik yaratmaq, tərəflər arasında razılıq əldə etmək mümkün deyil. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|